Lənkəran Dövlət Universiteti Türkiyə Cumhuriyyətinin universitetləri ilə ikitərəfli əlaqələrini genişləndirir
Türkiyə Cumhuriyyətinin daha bir universiteti ilə LDU arasında ikitərəfli müqavilələr imzalanıb.
Aztəhsil.com LDU-nun mətbuat xidmətinə istinadən məlumat verir ki, Türkiyə Cumhuriyyətinin Çukurova və Üsküdar Universitetlərindən sonra Lənkəran Dövlət Universiteti ( LDU ) ilə qardaş ölkənin daha bir ali təhsil müəssisəsi– Ankara Atılım Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.
Universitetlər arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək və elmi-təcrübi əlaqələri genişləndirmək məqsədi ilə imzalanan müqaviləyə hər iki tərəfdən universitet rəsmiləri imza atıblar.
İmzalanan müqaviləyə əsasən, bundan sonra universitetlər arasında birgə elmi tədqiqat işlərinin aparılması, tədqiqat proqramlarının hazırlanması, informasiya və təhsil resurslarının, professor, tələbə, mütəxəssis və texniki serverlərin, elmi-tədqiqat məlumatlarının və s. birgə mübadiləsi, nəşr fəaliyyətində əməkdaşlıq, birgə elmi-praktik konfransların təşkili və s. Istiqamətlərdə əməkdaşlığa start veriləcək.