ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib
Oktyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində Rusiya Təhsil Akademiyasının UNİTVİN-UNESKO şəbəkə kafedrası ilə birgə "Regional şəbəkə tərəfdaşlığı:Qlobal dünyada yaşamağı öyrənək!” pilot layihəsinin tərəfdaşı olaraq ADPU-da reallaşdırılan tədbirlər planı çərçivəsində "Qloballaşma və insan inkişafı” (BMT-nin İnkişaf Proqramı əsasında) mövzusunda elmi seminar keçirilib.
Seminarda fakültənin ixtisas kafedralarının müəllimləri və tələbələr iştirak ediblər.
Seminarı fakültənin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva açaraq tədbirin əhəmiyyətindən və məqsədindən danışıb. Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev geniş və məzmunlu məruzə ilə çıxış edib.
Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, professor Müseyib İlyasov, kafedranın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva, Ümumi psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanova və başqaları maraqlı çıxışlar ediblər.