Xəbərlər
20 aprel 2017
3078

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

 

Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin professor-müəllim heyəti və tələbələri Azərbaycan Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin rəhbərliyi, müəllim və tələbələri ilə görüşüblər. 
 

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

 

Tədbirin əvvəlində fakültənin dekanı, dosent Laçın Həsənova çıxış edərək görüşün keçirilməsindən məmnun qaldığını bildirib və belə görüşlərin müntəzəm keçirilməsinin vacibliyini vurğulayıb. Sonra Musiqi və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zenfira Abdullayeva və professor Minarə Dadaşova çıxış edərək fakültədə tədris edilən fənlər, o cümlədən "Musiqi müəllimliyi” ixtisası barədə kollecin tələbələrinə və müəllimlərinə məlumat veriblər. Kafedranın müəllimi, bəstəkar Nailə Mirməmmədli çıxışında qeyd edib ki, ADPU-da oxuduğu illəri çox yaxşı xatırlayır və məhz burada aldığı təhsil sayəsində o, mükəmməl bir musiqiçi kimi yetişə bilib. N.Mirməmmədli kollecin tələbələrini ADPU-da təhsillərini davam etdirməyə çağırıb. 
 

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

 

Sonra fakültənin "Musiqi müəllimliyi” ixtisasının tələbələri çıxış ediblər. 
 

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

 

Sonda kollecin direktoru, professor Nazim Kazımov, müavini Gülzar Hətəmzadə və müəllimlər tələbələrin ifasını yüksək qiymətləndirərək fakültənin professor-müəllim heyətinə təşəkkür ediblər.
 

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

 

ADPU bir qrup heyəti Asəf Zeynallı adına Musiqi Kollecində olub

DİQQƏT! Direktor.az saytı məktəb rəhbərləri üçün metodik saytdır !




DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...