AzTehsil.com

Xəbərlər
20 aprel 2017
3 543

Fizika və texnologiya fakültəsində “Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başladı

Fizika və texnologiya fakültəsində “Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başladı

Aprelin 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsində "Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başlamışdır. Mərkəzin rəhbəri, professor Həmzə Seyidli fakültədə həyata keçirilən yeniliklərdən biri kimi "Praktik Bacarıqlar Mərkəzi”nin yaradılmasını və bu mərkəzin ayda 2 dəfə fakültənin tələbələri, magistrantları və orta məktəb müəllimləri üçün faydalı olan məşğələlərin, ustad dərslərinin keçiriləcəyini qeyd etmişdir. Bu gün Fizikanın tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Xəlil Padarov "Qravitasiya və elektrik sahəsi anlayışlarının əlaqəli formalaşdırılması” mövzusunda ilk ustad dərsi keçdi. Dərsdə Fizika və texnologiya fakültəsinin III və IV tədris ili tələbələri, fakültənin magistrantları, müəllimləri, Bakı şəhər 132 nömrəli tam orta məktəbdən 2 nəfər fizika müəllimi, Texnologiya və İdarəetmə Kollecindən 1 nəfər fizika müəllimi iştirak edirdi. Dərsi müasir texnologiyalara əsaslanaraq quran müəllim orta məktəbdə fizika müəllimlərinin qarşılaşdığı tipik problemlərə diqqət yetirmiş, faydalı tövsiyələrini vermişdir.
 
Fizika və texnologiya fakültəsində “Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başladı

Qeyd edək ki, "Praktik Bacarıqlar Mərkəzi”nin növbəti dərsi aprelin 25-də professor Şükür Əlizadənin "Məktəb fizika eksperimentinin müasir sistemi” mövzusunda keçiriləcək.
 
Загрузка...