AzTehsil.com


Xəbərlər
12 aprel 2017
5 765


Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu



Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

 

Səfər Raziyev  1957-ci ildə Qax rayonunda anadan olub. 1975-ci ildə Qax şəhər 1 nömrəli tam orta məktəbi bitirib və eyni ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olub. 1980-ci ildə universiteti bitirərək  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Elmi-tədqiqat İnstitutunda baş laborant işləməyə başlayıb.  1982-ci ildə Moskva Dövlət Universitetinin biofizika fakültəsinə qəbul olub. 1986-cı ildə həmin fakültəni bitirib. 1988-ci ildə Moskva Dövlət Universitetində dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi elmi dərəcəsini alıb. 2004-cü ildə isə fizika və riyaziyyatın tədrisi metodikası kafedrası üzrə dosent elmi adını alan Səfər müəllim AMEA-nın Fizika İnstitutunda elmi işçi, Zaqatala Rayon Gənc Texniklər Stansiyasında direktor  və AMİ-nin Zaqatala filialının direktoru vəzifələrində çalışıb.
 

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

 

Pedaqoji fəaliyyətə 1989-cu ildə Zaqatala şəhər 3 nömrəli tam orta məktəbdə başlayıb.  2006-cı ildən isə Yuxarı Tala kənd 4 nömrəli tam orta məktəbdə fizika müəllimi işləyir. Səfər müəllimin dərs dediyi şagirdlər olimpiadalarda və müsabiqələrdə daim yüksək nəticə göstəriblər. Bu uğurlarına görə Səfər Raziyev 2008-ci ildə "İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.
 

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

 

Elmi fəaliyyətlə məşğul olan Səfər müəllim, Azərbaycan, rus və ingilis dillərində  25 elmi məqalə və 5 kitab müəllifidir.
 

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

 

Vusalə Bədəlova(Zaqatala-Balakən təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)



Загрузка...