AzTehsil.com


Xəbərlər
30 oktyabr 2017
2 711


Ali məktəblər Bakının mərkəzindən köçürüləcək - SƏBƏB



Bu gün Azərbaycanda fəaliyyət göstərən 50-dən çox ali təhsil müəssisəsinin yalnız 4-5-nin infrastrukturu standartlara cavab verir. Məhz buna görədir ki, ölkəmizin universitetləri beynəlxalq reytinq siyahılarında irəliləyə bilmirlər.


Aztəhsil.com axar.az-a istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərdə kampusların yaradılması məsələsi dəfələrlə müzakirəyə çıxarılıb:


"Hətta paytaxtın mərkəzində yerləşən universitetlərin şəhərdən kənara köçürülməsi də gündəmə gətirilib. Çünki 2013-cü ilin oktyabrında təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın dördüncü istiqaməti məhz müasir tələblərə cavab verən, təhsil prosesində fasiləsizliyi təmin edən müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur.


Bundan başqa, "Təhsil haqqında" qanuna görə kampus müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi, başqa sözlə, şəhərciyidir. Sənədə əsasən, ölkədə müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında fəaliyyət göstərə bilər. Eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyasında da ali təhsil müəssisələri üçün kampuslar və müvafiq texnoparkların yaradılması tövsiyyə olunur".


Təhsil eksperti qeyd edib ki, Nazirlər Kabinetinin Torpaq Məcəlləsi ilə əlaqəli bəzi normativ hüquqi aktları haqqında qərarının 4.6-cı maddəsi akademik şəhərciklərə, elmi-tədqiqat mərkəzlərinə, konstruktor bürolarına aiddir:


"Sənəddə eyni zamanda akademik şəhərciklərin ya şəhərdən kənarda xüsusi ayrılmış ərazilərdə, ya da iri şəhərlərin bunun üçün uyğun olan peyk-şəhərlərində yerləşməli olduğu göstərilib. Şəhərlərdə akademik şəhərciklər kitabxanalar, tipoqrafiyalar, mühəndis-texniki infrastruktur, yollar və yaşıllıqlar daxil olmaqla, vahid planın strukturuna uyğun yerləşməlidir. Tələbə şəhərcikləri, ali və orta təhsil zonaları haqqında 4.7-ci maddə özündə liseyləri, texniki peşə məktəblərini, institutları birləşdirir. Tələbə şəhərcikləri də akademik şəhərciklər kimi, ya şəhərdən kənarda xüsusi ayrılmış yerlərdə, ya da iri şəhərlərin bunun üçün uyğun olan kənar qəsəbələrində yerləşməlidir. Bu halda sərnişin tutumu çox olan nəqliyyat vasitələri ilə təminat da nəzərdə tutulmalıdır. Şəhərciyin yataqxanaları kompleks çərçivəsində olmalıdır. Bu zona elmi-tədqiqat kompleksi, kitabxana, texniki və mədəni-məişət strukturu, idman kompleksi, istirahət zonası və piyadaların gəzintisi üçün zolaqlarla tam komplektləşdirilməlidir. Eyni zamanda, texniki peşə məktəbləri profilinə uyğun sənaye obyektlərinə yaxın ərazidə yerləşə bilər".


K.Əsədov vurğulayıb ki, əgər universitetlər kampus halında fəaliyət göstərsələr, bu zaman tələbələrin təhlükəsizliyi də həll olmuş olar:


Çünki böyük əksəriyyət tələbələr təhsil aldıqları universitetlərdən uzaq məsafədə yaşayırlar və dərsə gəlmək üçün bir neçə nəqliyyat vasitəsindən istifadə edirlər. Bu zaman yol nəqliyyat hadisələri qaçılmaz olur. Bir neçə ay öncə Bakı–Sumqayıt yolunda baş vermiş faciəli yol nəqliyyat hadisəsi buna əyani sübutdur.


Bundan başqa kirayə yaşayan tələbələrin yaşadıqları yerlərdə normal oxumaları və yaşamaları üçün şərait demək olar ki, olmur. Kirayə evlər təhsil mühitinə yaddır. Lakin tələbələrin birlikdə yaşayacağı, ancaq tələbələrdən ibarət olan şəhərciklərdə məskunlaşdırılması bir çox mənfi halların aradan qalxmasına, təhsilin keyfiyyətinin artmasına səbəb olacaq.


Etiraf edək ki, ali məktəblərimizin çoxu paytaxtın mərkəzində yerləşdiyindən hazırda onların əksəriyyəti üçün kampus yaratmaq mümkünsüzdür. Bu səbəbdən kampus yaratmaq istəyən məktəblər üçün Bakı ətrafında və bölgələrdə torpaq sahələrinin ayrılması vacib sayılır.


Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində ali təhsil müəssisələri üçün universitet şəhərçikləri (kampuslar) və müvafiq texnoparkların yaradılması, ali təhsil müəssisələrində distant təhsilin geniş tətbiqi təhsilin prioritet istqamətləri sırasına daxil edilib.




Загрузка...
Həmçinin oxuyun:
QƏBƏLƏYƏ KÖÇÜRÜLƏCƏK UNIVERSITETLƏRIN ADLARI AÇIQLANDI – SİYAHI

QƏBƏLƏYƏ KÖÇÜRÜLƏCƏK UNIVERSITETLƏRIN ADLARI AÇIQLANDI – SİYAHI

Azərbaycanda xüsusi təhsil kompleksləri yaradılacaq

Azərbaycanda xüsusi təhsil kompleksləri yaradılacaq

Bu universitetlər Qəbələyə köçürüləcək- SİYAHI

Bu universitetlər Qəbələyə köçürüləcək- SİYAHI

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıda tələbələr üçün yataqxana kompleksi tikilir

Bakıda tələbələr üçün yataqxana kompleksi tikilir

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

Uşaq bağçaları ilə bağlı yenilik

Uşaq bağçaları ilə bağlı yenilik

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

"Müəllimlərə torpaq sahələri verilməli, nəqliyyat xərcləri qarşılanmalıdır"

"Müəllimlərə torpaq sahələri verilməli, nəqliyyat xərcləri qarşılanmalıdır"

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Yataqxana problemi və universitetlərin planları

Yataqxana problemi və universitetlərin planları