Nazir: “Xankəndidə ən qısa zamanda təhsil müəssisələri bərpa olunacaq” - VİDEO
“Əminəm ki, Xankəndidə ən qısa zamanda təhsil müəssisələri bərpa olunacaq”.
Aztehsil.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, təbii ki, bu məsələdə müəyyən işlər, yəni təhlükəsizlik həll olunmalıdır:
“Bundan sonra əhalinin qayıtmasını və təhsilin başlamasını görəcəyik. Tarixlər isə müvafiq qərargahın qərarından sonra olacaq”.