AzTehsil.com


test / Müəllim
13 sentyabr 2016
6 797


Pedaqoji Lüğət



Pedaqoji Lüğət

 A

 

•ABİTURİYENT – ali və ya orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün təhsil haqqında müvafiq dövlət sənədi təqdim edən şəxs.

•AVTOREFERAT – müəllifin özü tərəfindən yazılan  hər hansı elmi araşdırmanın nəticəsi. 


•ADLI TƏQAÜD - təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanlar üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüd. 


•ADYUNKTURA - hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması forması.


•AĞIL  - insanın dərketmə bacarığının ümumiləşmiş xüsusiyyəti. Dar mənada  düşüncə ilə bağlı beyində gedən  əməliyyatlar. Ağlın xüsusiyyətləri: cəldlik,dəqiqlik, dərinlik, genişliyi, yaradıcılığı.  


•AÇIQ TİPLİ ALİ TƏHSİL MÜƏSSİSƏSİ – yaş məhdudiyyəti və qəbul olunanların minimal bilik səviyyəsi tələb olunmadan dinləyicilərin qəbul olunduğu ali təhsil müəssisəsi. A.t. t.m.-də qrafiki kifayət qədər sərbəstdir, yəni təhsil müddəti sərhədsizdir. Dinləyicilər stipediya ala, qrant üzrə oxuya və müəyyən təminatlar üzrə ödənişsiz oxuya bilərlər. Bu tip ali təhsil müəssisələrinə Britaniya Açıq universiteti, Almaniyanın açıq universitetləri aid edilə bilər.


•AÇIQ TİPLİ TƏHSİL NÖVÜ – təhsilin genişlənməsi barədə müasir doktrina. Əsas ideyalardan biri – insanın faktiki və formal ixtisasını bərabərləşdirmək. Böyük həyat təcrübəsinə və xüsusən iş təcrübəsin malik olan insanlar öz bilikl səviyyələrini rəsmi təsdiqini istəyirlər. Adətən bu xüsusi növ diplom alınması yolu iləöz təsdiqini tapır.Diplomun alınması aşağıdakı üsullarla ola bilər. a) dəslərdə iştirak etmədən bütün kursun imtahanını vermək; b) dinləyicilərin real səviyyəsinə uyğun olan ısamüddətli kurs keçmək; c) təhsil müəssisənin tələbəsi olmadan tam tədris kursunda iştirak etmək.


•AKADEMİYA - müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarının həyata keçirildiyi, fundamental və tətbiqi elmi tədqiqatların aparıldığı ali təhsil müəssisəsi.


•AKKREDİTASİYA - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunu və onun statusunu müəyyənləşdirib təsdiq edən prosedur.


•ALİ TƏHSİL MÜƏSSİSƏSİ – orta təhsil bazası əsasında  təsərrüfat, elm və mədəniyyətin müxtəlif sahələri üçün ali təhsilli mütəxəsislər yaradır, əksəriyyəti həmçinin, nəzərivə tətbiqi xarakterli elmi-tədqiqat işləri aparır, orta və ali məktəb müəlimlərinin və diplomlu mütəxəssislərin ixtisasartımını həyata keçirir. Ali məktəblərə universitetlər, institutlar, ali kolleclər, konservatoriya aiddir. Təhsil müddəti 4-7 ildir. 


•ALİ TƏHSİL- mütəxəssisin tam orta təhsil bazasında aldığı və uyğun diplomla təsdiq olunan ali təhsil müəssisələrində aldığı ixtisas səviyyəsi 

•ALİ MƏKTƏBİN ELMİ ŞURASI  - rektorun yanında çağırılan məşvərətçi orqan olub  təhsil müəsissəsinin əsas fəaliyyətini; təlim-tədris işlərinin, elmi tədqiqatların aparılmasını, müəllim- professor heyətinin işi barədə danışılır.A.m.e.ş. seçkili orqan olub, 5 il müddətinə seçilir. E.ş.-ya vaxtından əvvəl seçkilər isə onun üzvlərinin yarısının tələbi ilə keçirilə bilər. Şuranın tərkibinə təhsil müəssisəsinin bütün növ işçiləri seçilə bilər.  Elmi şuraya seçki qaydası müəllimlərin ümumi iclasında keçirilir. 

•ALQORİTM – əməliyyatların yerinə yetirilmə ardıcıllığını, daha doğrusu, müəyyən sinfə aid olan məsələləri həll etməyə imkan yaradan təlimat. Alqoritmin əsasında müəllim tərəfindən şagirdlər üçün müxtəlif yaddaş məsələləri, öyrənilən hadisə və faktların təhlili sxemləri tərtib edilir.


•ASPİRANTURA –  (lat. dilindən  Aspiro  cəhd edirəm, yaxınlaşmağa çalışıram), elmi işçilərin hazırlanması forması. Əksər xarici ölkələrdə aspiranturaya uyğun olan hazırlıq universitetlərin daxilində xüsusi mərkəzlərdə həyata keçirilir. Elmi tədqiqat işinin müdafiəsi və ən yüksək elmi dərəcənin (adətən doktor) alınması ilə yekunlaşır.


•ATTESTAT – təhsil müəssisəsini bitirənə hər hansı rütbənin verilməsini bildirən rəsmi sənəd.


•ATTESTASİYA –  (lat. dilindən attestatio – şəhadətnamə) - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təlim nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru.


•AUDİOVİZUAL TƏDRİS VƏSAİTLƏRİ – tədris prosesində çox geniş yayılmış, ekran və səs avadanlıqlarından ibarət olan xüsusi qrup texniki tədris vəsaitləridir. Bu diaproeksiyalar (diafilm və diapozitivlər), epiproeksiyalar (episkoplar vasitəsilə kağızda yazılmış və ya çəkilmiş şəkil, çertyoj və s. ekranda nümayiş olunması), kodproeksiyaları, tədris kinofilmləri, tədris televiziya filmləri, səs ləvazimatı.


•AXŞAM TƏHSİLİ – təhsillə işi bir arada əlaqələndirən  şəxslər üçün təhsil formasının təşkili, fasiləsiz təhsilin tərkib hissəsi. Müəllimin təhsil qrupları ilə təhsil alanlara rahat olan, əsasən axşam saatlarında mütəmadi dərslərin keçirilməsi daimi təhsil prosesinin təşkilini nəzərdə tutur.



B


•BAZA TƏHSİL – gələcək artımı və zənginləşməsi üçün qaydalar, bilik və bacarıqlar toplusudur. Termin iki mənada işlədilir:1) cəmiyyətdə yaşaya bilmək üçün qaydalar, bilik və bacarıqların öyrənilməsinə yönəlmiş təhsil;

•2) ödənişli əmək sahəsinə qədəm qoymazdan əvvəl alınmış və yetkin  yaşda təhsilin davam etdirilməsinə istiqamətlənmiş təhsil.


•BAKALAVR (qədim lat. Baccalaureus), bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi. 


•BAKALAVRİAT - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını təmin edən ali peşə-ixtisas təhsilinin birinci səviyyəsi.


•BAL – təhsil alanların (tələbə) təhsil müvəffəqiyyətinin qiymətləndirilməsi üçün biliklərin  yoxlanmasından sonra müəllim tərəfindən qoyulan şərti rəqəmli qiymət. Bizim ölkəmizdə təhsil alanların (tələbə) müvəffəqiyyəti beşballıq qiymət sistemi ilə qiymətləndirilir: «5», «4», «3», «2», «1».


•BİLİK (geniş mənada) – praktikada təsdiq olunmuş reallığın dərki, onun insan təfəkküründə düzgün əksi; anlayış, qanun, prinsip, mühakimə formasında çıxış edir,  empirik olur, təcrübə, praktika, nəzəriyyə və s. formada olur; (ped.)- anlamaq, elmi  faktların yadda saxlanılması, qaydalar,qanunlar, nəzəriyyə.     

•BİLİK DAİRƏSİ –  insanın maraq və biliklərinin əhatəsi.

•BƏDƏN TƏRBİYƏSİ  - insanın həyat tərzindən asılı olaraq öz sağlamlığına və fiziki vəiyyətinə düzgün davranış mədəniyyətinin formalaşmasıdır.B.t. sağlamlığı qorumaq və fiziki-idman fəaliyyətin sistemi, bədən və ruhun sağlamlığı və vəhdəti barədə məlumata malik olmaq, mənəvi və fiziki qüvvələrin inkişafı ilə səciyyələnir. 


D


•DAHİLİK (lat. genius - ruh) – bacarıqların ümumi inkişaf səviyyəsi, həm ümumi (intellektual), həm də xüsusi. D. olması barədə o zaman danışmaq olar ki, şəxsiyyət tərəfindən yaradıcılıq fəaliyyətində elə nəticələr əldə edir ki, onlar cəmiyyət həyatında, mədəniyyətin inkişafında xüsusi dövr təşkil edir. Qeyri - adi bacarıqları ilə fərqlənən uşağın öz potensialını reallaşdıra bilməsi onun müəllimindən asılıdır.

•DAVRANIŞ MƏDƏNİYYƏTİ - insan birgə yaşayışının ümumi tələb və qaydalarının müəyyənləşməsi, əhatə edənlərlə düzgün münasibət qurmaq  bacarığı.

•DEKANAT – dekanın rəhbərlik etdiyi fakültənin idarə edilməsi.


•DEKAN (lat. Decanus, ilkin mənada on nəfərin rəhbəri), ali təhsil müəssisəsində fakültə rəhbəri. Bir qayda olaraq, professorlar, müəllimlər və fakültənin elmi işçiləri tərəfindən seçilir.

•DƏRS – a) məktəbdə təlim, öyrətmə və öyrənmə prosesi, tədris işi. Bu fəaliyyət zamanı müəllimkonkret zaman daxilində siniflə konkret fənn üzrə məşqul olur. Bu və ya digər vasitələrin istifadəsi ilə əlaqədar olaraq dərsin müxtəlif növləri ola bilər. Məs. açıq, izahlı, mühazirə dərs, virtual dərs. 

•DƏRS CƏDVƏLİ – siniflər üzrə hər dərs gününə uyğun olan dərslərin keçirilmə yeri, vaxtı və ardıcıllığı haqqında məlumata malik qrafik. Bu cədvəldə hər dərs saatını keçirən müəllimin adı və fənnni qeyd olunur. Dərs cədvəli təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq olunur.

•DƏRSİN KONSPEKTİ  mövzunun, tapşırığın, dərs mərhələsinin xülasəsindən, müəllimin nitqinin hissələrindən və yeni mövzunun tam mətnindən ibarətdir. 

•DƏRSİN PLANI- dərs zamanı dərs vaxtını düzgün bölüşdürə bilmək üçün  müəllim və şagird arasında  qarşılıqlı münasibətin planlanması. Dərsin planlanmasının əsası kimi müəllimin tədris materialını şagirdlərə çatdıra bilmək üçün məqsədlər, tapşırıqlar, prinsiplər, metodlar düzgün istifadə edilməsi çıxış edir. Dərsin planı  konspekt şəklində çıxış edir.

•DƏRSİN STRUKTURU- dərsin bütövlüyünə və onun müxtəlif variantlarda əsas xüsusiyyətlərini saxlayan elementlərinin cəmi. Bu elementlərə aiddir: dərsin əvvəlinin təşkili, dərsin məqsəd və vəzifələrinin təyini,  izahat, möhkəmləndirmə, təkrarlama,ev tapşırığı, dərsin nəticəsinin keçirilməsi. Dərsin növü struktur hissələrin müəyyənləşməsi və ardıcıllığı üzrə müəyyən edilir.  

•DƏRSİN EFFEKTİVLİYİ - qoyulmuş məqsədə çatmaq üçün müəllimdən başqa digər faktorların neytrallaşması halında verilmiş və ya mümkün olan tədris məqsədlərinin (məsələn, şagirdin savadsızlıqdan savadlılığa keçməsi) həyata keçirilmə dərəcəsi.

•DƏRSDƏ QRUP İŞİ-dərs zamanı müxtəlif kiçik qrupların müəllim tərəfindən verilmiş eyni, özünəməxsus tapşırığının və elmi idrakının inkişafı işinin təşkili.


•DƏRS HİSSƏ MÜDİRİ – məktəb direktorunun təlim-tədris işləri üzrə əvəzləyicisi. 


•DİDAKTİKA (yun. didaktikos  alan, tədrisə aid) – təlim-tədris nəzəriyyəsi, pedaqogikanın sahəsi. D. predmeti  tədris insanın təlim və təhsil vasitəsi kimi, yəni tədris və təlimin vahid qarşılıqlı əlaqəsi. D.-nın funksiyaları: nəzəri (diaqnostik və proqnostik) və praktiki (normativ, alət).


•DİDAKTİK BACARIQLAR – öyrətmək bacarığı.


•DİDAKTİK VƏ ƏQLİ İNKİŞAF ÜÇÜN KOMPÜTER OYUNLAR–tədris və inkişaf xarakterli fərdi kompüterlər üçün oyun proqramları. Bir neçə növdə olur – abstrakt-məntiqi, süjet, rol), kompüter oyunları şagirdlərin dünyagörüşünü artırır, onların  maraqlarını stimullaşdırır, bilik və bacarıqlarını formalaşdırır, psixofiziki inkişafına səbəb olur. Lakin həddən artıq oyunla maralanmaq uşağın sağlamlığına zərər verə bilər. 


•DİDAKTİK PRİNSİPLƏR –ümumi məqsəd və qanunauyğunluqlara əsasən təhsil prosesinin məzmununu, tədris metod və formalarının təşkilinin əsas məqamları.


•DİDAKTİK QAYDALAR – tədrisin bu və ya digər prinsipinin tətbiqinin müxtəlif cəhətlərinin açılmasında aparıcı mövqe. Məs.əyaniliyin əsas prinsiplərindən biri belədir: müxtəlif növ əyani vəsait işlətmək, amma onların həddini keçməmək şərtilə.   


•DƏRSİN DİDAKTİKASI – dərsin hazırlanması, keçirilməsi və dərsin nəticələrinin  sistemi


•DİPLOM (fr. Diplôme, yun. Díplōma – ikiqatlanmış sənəd, diplóō – iki yerə qatlayıram), 1) ali və ya ali-ixtisas təhsil müəssisəsini bitirmək barəsində, elmi dərəcə və ya ad verilməsi barədə sənəd. 2) Müəssisə, təşkilat və ya vətəndaşın müəyyən fəaliyyəti həyata keçirtmək üçün verilən sənəd (məs. ticarət).3) Müxtəlif məzmunlu müsabiqə,yarış, sərgi və s. nailiyyətlər üçün mükafat.


•DİPLOM İŞİ – ali təhsil müəssisəsinin məzunlarınınelmi-tədqiqat xarakterli yekunlaşdırıcı işi. D.i. bir qayda  olaraq tələbə tərəfindən seçilmiş sahə üzrə aktual mövzunun tədqiqi, məzunların nəzəri biliklərinin və praktiki bacıqlarının ümumiləşmiş bütöv sistemidir. D.i. tədqiqat mövzusu ilə bağlı ədəbiyyatlardan,qaynaqlardan istifadə etməklə  nəzəri hissənin, nəticənin hazırlanmasıdır. D.i. dövlət  imtahan komissiyası və dövlət ixtisas komisssiyası iclaslarında müdafiə olunur. İctimai-siyasi fənlər üzrə D.i. müdafiə edən və dövlət imtahanını verən məzunlara uyğun ixtisasın verilməsini bildirən diplom verilir.


•DİPLOM İŞİNİN MÜDAFİƏSİ – tədris müəssisəsini bitirən mütəxəssislərin hazırlıq səviyyəsinin yoxlanması. Müdafiə Dövlət Komissiyasının açıq iclasında keçirilir və müdafiənin nəticəsində məzunlara uyğun ixtisas verilir. 


•DİREKTOR (lat. Director – rəhbər). 

•Hər hansı müəssisənin, təşkilatın rəhbəri məs. Fabrik direktoru, məktəb direktoru və s. 

•     Bəzi tarixi dövrlərdə kollegiya üzvlərinin adı, dövlət, direktoriya rəhbəri. 


•DİSSERTASİYA - müvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi-tədqiqat işi.


•DİSSERTANT - dissertasiya işi yerinə yetirən şəxs.


•DİSTANT (MƏSAFƏDƏN) TƏHSİL – tədris prosesinin elektron, telekommunikasiya, proqram - texniki vasitələrlə yazışmalar əsasında təşkil olunduğu təhsil forması.


•DOKTORANT – doktoranturada təhsil alan şəxs.


•DOKTORANTURA – ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını təmin edən yüksək səviyyəli elmi-pedaqoji kadr hazırlığı forması.


•DOSENT (lat. Docens öyrədən), ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə.

E


•ELİTAR TƏHSİL - xüsusi istedadlı şəxslər üçün təşkil olunan təhsil.


•ELMİ EV İŞİ – tədris prosesinin təşkili forması, müəllimin birbaşa deyil, dolayısı idarəsi ilə şagirdlərin tapşırığı yerinə yetirməsi. E.e.i.-nin növləri: tədris fəaliyyətinin xüsusiyyətinə əsasən – reproduktiv və yaradıcı; tədris hərəkətinə əsasən – məsələ və tapşırıqların yerinə yetirilməsi, dərsliklə iş, əlavə ədəbiyyatın oxusu, hesabat və məlumatların hazırlanması. 

•ELMİ DƏRƏCƏ VƏ ADLAR – ali təhsilli mütəxəsislərə verilir, onların elmi kvalifikasiyasını, elm və texnikanın inkişafında, mütəxəsis hazırlığında  əldə etdikləri nailiyyyətlərinə görə təqdim edilir.  Hər bir ölkədə elmi kadrların özünəməxsus attestasiya qaydası, özünəməxsus adlandırılması və terminologiyası var. AR-də aşağıdakı elmi adlar vardır: elmlər namizədi, elmlər dokroru, professor və s. Elmi dərəcələr: baş elmi işçi, dosent, baş müəllim, baş laborant. Akademik adlar: mübir-üzv və həqiqi-üzv.  

•ELMİ-METODİKİ İŞLƏR ÜZRƏ DİREKTOR MÜAVİNİ- yeni tipli təhsil müəssisələrində bilavasitə elmi və metodiki işlərin rəhbər və təşkilatçısı. Bir qayda olaraq, məhz  ixtisası üzrə 5 ildən artıq müddətə staja malik olan yüksək ixtisaslaşmış işçilərdən seçilir.


•ELMİ- İSTEHSALAT İŞİ ÜZRƏ DİREKTOR MÜAVİNİ- peşə-ixtisas məktəblərində elmi-istehsalat və metodiki işlərin təşkilatçısı hesab olunur. O, tədris və elmi –istehsalat fəaliyyətinə, tədris plan və proqramının icrasına, qabaqcıl elm və istehsalat nailiyyətlərinin elmə tətbiq edilməsinə birbaşa nəzarət edir və cavabdehdir. 


•ELMLƏR DOKTORU - elm sahələri üzrə doktoranturanın ikinci pilləsində verilən ən yüksək elmi dərəcə.


•EVDƏ TƏHSİL - müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili forması.


Ə

•ƏLAVƏ TƏHSİL - vətəndaşların hərtərəfli təhsil tələblərini ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil.

•ƏYANİ VƏSAİTLƏR- tədrisdə əyani vəsaitlər. Tədris prosesində ə.v. iki əsas funksiyanı yerinə yetirir: əyani görüntü vasitəsi və məlumat mənbəyi. Ə.v. təbii və təsviri , yəni məxsusi tədris məqsədilə yaradılmış vəsaitlərə bölünür. Natural obyektləri və təsviri birləşdirən kombinə edilmiş Ə.v. xüsusi növ təşkil edir. 


F

•FAKÜLTƏ (alm. Fakultat, lat. Facultas bacarıq), müəyyən ixtisas üzrə tələbə və aspirant hazırlayan ali təhsil müəssisəsinin elmi-tədris və inzibati bölməsi, həmçinin onların birləşdirdiyi kafedraların rəhbərlərinin elmi-tədqiqat və təlim tədris fəaliyyəti. Fakultəyə dekan rəhbərlik edir.

•FAKULTATİVLƏR – şagirdlərin elmi-nəzəri və praktiki biliklərinin  genişlənməsinə, onların idrakı maraqlarının, yaradıcılıq qabiliyyətinin və ixtisasa istiqamətlənməsinə yönəlmiş təhsil forması. F. məcburi fənlərin proqramlarına uyğun  xüsusi proqramlar əsasında keçirilir, tədris planında onlara ayrılmış saatlara uyğun olaraq şagirdlərin seçim və istəklərinə uyğun  keçirilir. 

•FASİLƏSİZ TƏHSİL- ümumi qəbul edilmiş ərifi yoxdur. Bu termin təhsilin sosial effektivliyini artırmaq üçün mövcud təhsil səviyyəsinin müsbət istiqamətdə dəyişilməsinə bildirir. F.t. insanın bütün ömrü boyu bir şəxsiyyət kimi formalaşması üçün fasiləsiz təhsil almasını nəzərdə tutur. F.t.-nin əsas mərhələləri: a) insanın müstəqil həyata daxil olması üçün təlim, tərbiyə və təhsili-uşaq-gənc təhsili; b) insanın müxtəlif praktiki fəaliyyəti ilə bağlı olan yetkin yaşda tədris fəaliyyəti.


•FƏLSƏFƏ DOKTORU - elm sahələri üzrə doktoranturanın birinci pilləsində verilən elmi dərəcə.


•FƏNN- hər hansı elmin və ya elmlər toplusunun didaktik əsaslandırılmış sistemi. F. Elmə xas olan materialın konkret təqdim edilməsini göstərir. F-in məzmunu təlim, tərbiyə, təhsil ilə birbaşa bağlıdır.                                    


•FƏRZİYYƏ – səbəblərin izah edilməsi məqsədilə irəli sürülən əsaslar, ehtimallar. Ped. araşdırmalarda fərziyyənin ifadəsi, bir qayda olaraq, bu və ya digər ped. proseslərin və halların müəyyənləşməsinə yönəlmişdir.


•FƏRD  - 1) insan vahid  təbiət varlığı, Homo sapiens növünün nümayəndəsi kimi. Fərd  anlayışı özü verilmiş insanın insan növü ilə əlaqəsini göstərir; 2) insan cəmiyyətinin ayrı nümayəndəsi götürülür.


•FƏRDİ TƏHSİL - müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması.

•FƏXRİ PROFESSOR (DOKTOR) - elmi-pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərqlənən professor və dosentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkələrin alim və ictimai xadimlərinə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydada verilən akademik fəxri ad/dərəcə.


•FORMAL TƏHSİL - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil.


G


•GİMNAZİYA – əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi.

•G. fənlərin daha dərin öyrənməyə şərait yaradır ki, bu da təhsil konkret istiqamətindən asılı olaraq variasiyalılığını, həm də şagirdin ixtisası üzrə seçdiyi ümumtəhsil fənlərinin və əsas kursların mənımsəməsini təmin edir.



H


•HƏKİM – ali baza tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsi.


•HƏKİM MÜTƏXƏSSİS – müvafiq təhsil proqramlarına əsasən rezidentura təhsilini bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi


•HUMANİTAR– insan cəmiyyətinə, insana və onun mədəniyyətinə aid olan.


•HUMANİTAR TƏHSİL- təhsilin məzmununda təhsil alanların şəxsi yetkinliyinin formalaşmasına yönəlmiş ümummədəni komponentlərin inkişafıdır



İ

•İDRAK –obyektiv qanunauyğunluqların şüur vasitəsilə dərk edilməsi. İdrak təlim-tədris prosesinin əsasını təşkil edir

•İLKİN PEŞƏ-İXTİSAS TƏHSİLİ - əsas orta təhsil bazasında ixtisaslaşmış mütəxəsislərin hazırlanması. İ.p-i.t.  peşə-ixtisas məktəblərində alına bilər (ixtisas kollecləri, peşə-ixtisas və s. təhsil müəssisələrində).

•İLKİN İBTİDAİ ORTA TƏHSİL –ana dili, riyaziyyat, təbiət və cəmiyyət elmləri barədə, əsas elemetar tədris bacarıq və biliklərini öyrədən ilk təhsil pilləsi.

•İLKİN İXTİSAS HAZIRLIĞI – bu termin inistitut hazırlığı olmadan müəyyən ixtisaslar üzrə xüsusi hazırlığı bildirir. O ixtisas (politenik, ümumi texniki, ümumi ixtisas) almaq üçün nəzəri bilikləri  fundamental əsas kimi qəbul edir; müxtəlif fəaliyyət növlərinə aid olan və onun ümumi xüsusiyyətlərini əks etdirən  təcrübi və politexnik bilik və bacarıqları; müxtəlif mütəxəssis qruplarının əlamət və xüsusiyyətlərini; fəaliyyətin (layihələşdirmə, texnoloji prosesə nəzarət, fəaliyyətin qeydiyyat uçotu və s) əks etdirir; fərdin şəxsi keyfiyyətləri - əməksevərlik, intizamlılığı, fəaliyyətinin dəqiqiliyi, düşüncələrində sistemlilik, işdəki səliqəliliyi, təcrübi, yaradıcı fəaliyyətə can atması; ixtisas məktəbinə girməzdən öncə praktik fəaliyətindəki təcrübə.

•İMTAHAN (lat . examen - sınaq) – ali və  orta ixtisas təhsil müəssisələrinə qəbul olunmaq, təhsilin müəyyən dövrünü bitirdikdən sonra (məs. məktəblərdə keçid və buraxılış imtahanları, aspirant) və aspiranturaya qəbul olunmaq üçün biliklərin yoxlanılması.

•İMTAHAN BİLETİ (fr. billet, lat. billeta) – şifahi imtahanlarda təhsil alanın cavablandırmalı olduğu suallar olan bilet. 


•İNFORMAL TƏHSİL - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması.


•İNNOVASİYA -  müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər;


•İNSTİTUT (ALİ MƏKTƏB) - müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata keçirən tətbiqi tədqiqatların aparıldığı ali təhsil müəssisəsi.

•İSTEHSALAT TƏHSİLİ – peşə-ixtisas təhsilinin mütləq tərkib hissəsi,  təhsil alanların konkret ixtisas hazırlığı üçün dövlət standartlarına uyğun praktiki təcrübəsidir. 

•İXTİSAS - müvafiq təhsil sənədində təsbit olunan peşə, vahid bir peşə daxilində fəaliyyət növü.

•İXTİSASLAŞMA - müvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası.

•İXTİSASARTIRMA KURSLARI – rəhbərlərin və işçi kolektivinin ixtisasını artırmaq forması. Bu kurslar işçininfəaliyyəti ilə bilavasitə bağlı olan nazirliklərdə, müxtəlif universitetlərdə, onların filialında, müəssisələrdə, kurslarda təşkil olunur.  

•İXTİSAS İMTAHANLARI – buraxılış ixtisas sınaqlarının tərkib hissəsidir; tədris zamanı təhsil alanların aldığı xüsusi nəzəri biliklərin yoxlanılması məqsədilə keçirilir; təhsil ocaqlarında və müəssisələrdə keçirilir. İxtisas imtahanlarının keçirilməsi üçün tərkibində müdriyyət nümayəndəsi (məsələn, müəssisənin baş mühəndisi), komissiya sədri-məktəb direktoru, sədr müavini-bəzi sexlərin rəhbərləri, istehsal-texniki tədris bölmələrinin nümayəndələri, texniki, əmək və əmək haqqı nəzarətçiləri, təhlükəsizlik texnikləri, istehsal tədrisin müəllim və təlimçiləri və ictimai təşkilat nümayəndələri olan ixtisas komissiyası yaradılır. Hər bir ixtisas üzrə istehsal tədris və xüsusi fənlərin bütün proqram mövzularına dair əsas sual və tapşırıqları əks etdirən imtahan biletləri hazırlanır.



K


•KABİNET- LABORATORİYA SİSTEMİ – təhsilin təşkili sisteminə görə tədris prosesi fənlər üzrə tədris kabinetlərində və laboratoriyalarda keçirilir; tədris kabinetlərində humanitar dərslər, laboratoriyalarda isə təbiət və riyaziyyat, texniki və digər fənlər keçirilir. Kabinet və laboratoriyalar müvafiq tədris ədəbiyyatı, lüğət və soraqçalarla, əyani vəsaitlər və laboratoriya avadanlıqları ilə təchiz olunur ki, bu da öz növbəsində şagirdləri aktiv fəaliyyətə cəlb etməyə, onlarda müsbət tədris motivasiyasının formalaşmasına dəstək olur.


•KAFEDRA (yunanca Kathédra, hərfi mənada - oturacaq, stul), 1) Qədim Yunanıstan və Romada ritor və fəlsəfəçilərin çıxış etdikləri yer 2) Xristian kilsəsində moizələrin oxunduğu yer 3) İbadət zamanı yepiskopun (arxiyereya) oturacağı, məcazi mənada isə yeparxiya (yepiskop dairəsi). 4) Təhsil müəssisələrində, lektoriya və akt zallarında müəllim, məruzəçilərin çıxış etdikləri yer. 5) Ali təhsil müəssisələrində (fakültədə) kafedra bir və ya bir neçə alt fənlər üzrə tədris, metodiki və elmi-tədqiqat, tələbələr arasında tərbiyəvi  işi və həmçinin elmi-pedaqoji kadrların hazırlığını və mütəxəssislərin ixtisaslaşdırılmasının artırılmasını həyata keçirən əsas elmi-tədris bölməsidir. Bir qayda olaraq, kafedraya professor, elmlər doktoru başçılıq edir. Kafedranın tərkibinə professor, dosent, köməkçi, baş müəllimlər, baş və kiçik elmi əməkdaşlar, aspirantlar və digərləri daxildir. Kafedra özünün tədris laboratoriyalarına və kabinetlərinə malikdir. Kafedralara mühazirələrin, laboratoriya, praktiki, seminar və digər tədris məşğələlərin keçirilməsi, tədris və istehsalat təcrübələrə, tədqiqat işlərə, kurs və diplom layihələrə (işlərə) başçılıq etmək, kurs imtahanların və məqbulların keçirilməsi həvalə olunur. 


•KAMPUS - müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi (şəhərciyi).


•KART-TAPŞIRIQ – şagirdlərə tapşırıqları təqdim etmə formasıdır. Ümumi texniki və xüsusi fənləri öyrənərkən kart-tapşırıqlar əsasən şagirdlərin biliyinin yoxlanması zamanı istifadə olunur. Kart-tapşırıq əsasən proqramlaşdırılmış sorğu zamanı tətbiq olunur. Kart-tapşırıqların verilməsi elmi namizəd dərəcəsinin təltif olunması üçün mütləqdir. Namizədlik imtahanı fəlsəfə, xarici dil və dissertasiya mövzusuna müvafiq olaraq xüsusi fənlər üzrə tətbiq olunur.

•KOLLEC (ing . college) - orta peşə-ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi.

•KOLLOKVİUM (lat . colloquium – danışıq, söhbət),1)  tədris növlərindən biri müəllimin şagirdlərlə söhbəti, adətən ali məktəblərdə semestr sonlarında tələbənin bilik səviyyəsini yoxlamaq üsullarından biri; 2) məruzələrin müzakirə olunduğu elmi iclas.

•KOMPÜTER  BİLİYİ – texnoloji təhsilin hissəsi. K.b-nin tərkibinə  daxildir: hesablama texnologiyasının və informatikanın əsas anlayışlarının bilmək; kompüter texnologiyasının əsas quruluşunu və funksional bacarıqlarını bilmək; müasir əməliyyat sistemlərinin və onların əsas komandalarını bilmək ; müasir proqramlar və ümumi təyinatlı əməliyyat vasitələrini(Norton Commander, Windows  və onların fayl genişlənmələrini)və onların funksiyalarını bilmək; ən azı bir mətn redaktorunu bilmək; proqramlaşdırma alqoritmi, dili və paketi barədə ilkin təsəvvür; utilitar məqsədli tətbiqi proqramların ilikin istifadə təcrübəsi.


•KONSERVATORİYA - musiqi sahələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsi.

•KONSPEKT – müəyyən bir əsərin, məruzənin, mühazirənin və s. qısa xülasəsi 

•KONSPEKTLƏŞDİRMƏ (lat. conspectus - baxış) – məruzənin, nitqin qısalmış məzmunu, xülasəsidir. Elmi k. Hər hansı elmi mövzunun sitatlar, tezislər vasitəsilə xülasəsi. Bədii k. öz sözlərinin , fikirlərinin vasitəsilə xülasəsi. 

•KURS İŞİ -  iqtisadi, humanitar , ümumiyyətlə, bütün  istiqamətlərdə təhsil alanların  fənnin tədrisinin sonunda yerinə yetirdiyi müstəqil iş. K.İ.-nin yerinə yetirilməsi prosesində tələbələrin yaradıcı fikirlərinin də qeyd olunduğu işlər təqdim olunur. 

Q

•QEYRİ-FORMAL TƏHSİL - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə olunan və dövlət təhsil sənədi verilməsi ilə müşayiət olunmayan təhsil forması.

L

•LİSENZİYA - təhsil fəaliyyətinə dövlət tərəfindən verilən xüsusi razılıq.

•LİSEY - ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri həyata keçirilən ümumtəhsil müəssisəsi.

•M

•MAARİF PROSESİ –dövlət təhsil standartlarına uyğun təhsil məsələlərinin həllinə və şəxsiyyətin inkişafına yönəlmiş təlim-tədris və özünütəhsil proseslərinin məcmusudur. 

•MAGİSTRATURA – ali təhsilin ikinci səviyyəsi.

•MAGİSTR (lat. magister – rəhbər, müəllim) – magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsi. 

•MƏKTƏB – sos. inistitut, cəmiyyət, şəxsiyyət və dövlətin təhsil tələbatını ödəmək üçün ictimai- dövlət sistemi

•MƏKTƏBDAXİLİ İNNOVATİV VƏZİYYƏT  - məktəbin idarə edilməsinə müsbət və ya mənfi təsir göstərən yeni yaranmış qaydaların cəmi. M.i.v.  ölkədə və dünyada baş verən innovativ proseslər təsir edir.


•MƏKTƏBDƏNXARİC İŞ- mədəni- maaarif, digət təşkilatlar tərəfindən şagirdlər ilə  keçirilən təlim- tərbiyə işləri; şagirdlərin asudə vaxtını dəyərləndirilməsi, nəzarətsizlik ilə mübarizə.M.i. şagirdlərin maraqlarını nəzərə almaqla könüllü iştirakı, aktivliyivə müstəqilliyini üzərində həyata keçirilir.


•MƏKTƏBDAXİLİ İDARƏ SİSTEMİ – bir-birilə bağlı elementlərin elə cəmidir ki, onların qarşılıqlı təsiri ilə idarəetmə funksiyalarını və onların idarə edilən obyektə təsirini həyata  keçirtmək mümkündür.


•MƏKTƏBDAXİLİ İDARƏ – qarşısında duran məqsədlərdən asılı bütün işlərin koordinasiyası, ped. heyətə mümkün səhvlər barədə xəbərdarlıq etmək və onlara lazımı köməyi göstərmək. M.n.-in prinsipləri: xəbərdaredici xarakter, planauyğunluq, əsaslılıq, hərtərəflilik, nəzəri və metodoloji hazırlıq. olaraq məktəbdə təlim- tədris prosesinin hərtərəfli tədqiqi və analizi. M.n.-in obyektləri: tədris prosesi, tərbiyə prosesi, metodiki iş, elmi və təcrübi fəaliyyət, uşaq və ped. kollektivin psixoloji vəziyyəti, təlim-tədris prosesinin zəruri şərtlərlə təmin edilməsi. M.n.-in növləri: nəzarəti  həyata keçirənin əlamətləri (kollektiv, qarşılıqlı idarə, özünüidarəetmə, planlı və planlaşmamış inzibati  idarə etmə); idarə edilən obyektlərin əhatə edilməsinə görə

•(sinif ümumiləşdirici –eyni sinifdə oxuyan şagird və müəllimlərin işinin təhlili, ümumi – bütün istiqamətlər üzrə işlərin ümumi vəziyyətinin dərin tədqiqi və analizi, tematik –təlim-tədris prosesinin konkret istiqamət üzrə öyrənilməsi, şəxsi – ayrı müəllimlərin fəaliyyətinin hərtərəfli tədqiqi, icmal – məktəbdəki vəziyyətin  dərin tədqiq edilmədən təhlili. M.i. metodları: dərs və təlim məşğələlərinə gəlmək və onları təhlil etmək, məktəb sənədlərinin və şagirdlərin işlərinin təhlili, müəllim, şagird və valideynlərlə söhbət, inzibati yoxlama tədbirlərinin və sorğularının aparılması; anketləşdirmə, testləşdirmə, xronometraj və s.  

•MƏKTƏB VALEOQOLOGİYASI – uşaq, onların valideynləri və pedaqoqların sağlamlığının möhkəmləndirilməsini öyrənən elm sahəsi. M.v-nın əsas məqsədləri ped. prosesin  iştirakçılarının və onu müəyyən edən faktorların sağlamlıq vəziyyətinin öyrənilməsi; uşaq və böyülərin sağlamlığının qorunması, yenidən bərpası və s., onların bu sahədə məlumatlandrılması və təlimi, təhsilin valoqoloji məzmunlu nəzəri və məsuliyət hissi yaranır.

•MƏKTƏBİN TƏRBİYƏ SİSTEMİ – məktəbin bütöv sos.-ped. strukturunu təşkil edən və tərbiyənin əsas və daimi inkişaf edən faktoru kimi çıxış edən qarşılıqlı bağlı komponentlərin (tərbiyəvi məqsədlər, onları həyata keçirən insanların fəaliyyəti və münasibəti, əlaqələri, yaşam məkanı) cəmidir. Humanist istiqamətli vahid M.t.s.-nin inkişafı, sağlam həyat tərzinin formalaşmasına, təsir və qarşılıqlı təsir, kollektivin müdafiə funksiyalarının təminatı, müxtəlif yaş səviyyəsi müxtəlif və çoxistiqamətli fəaliyyəti.

•MƏKTƏB MÜHAZİRƏSİ – tədris materialının davamlı şifahi ifadəsi (45-50 dəq).               


•MƏKTƏBİN TƏRBİYƏ SİSTEMİ – məktəbin bütöv sos.-ped. strukturunu təşkil edən və tərbiyənin əsas və daimi inkişaf edən faktoru kimi çıxış edən qarşılıqlı bağlı komponentlərin (tərbiyəvi məqsədlər, onları həyata keçirən insanların fəaliyyəti və münasibəti, əlaqələri, yaşam məkanı) cəmidir. Humanist istiqamətli vahid M.t.s.-nin inkişafı, sağlam həyat tərzinin formalaşmas, təsir və qarşılıqlı təsir, kollektivin müdafiə funksiyalarının təminatı, müxtəlif yaş səviyyəsinin müxtəlif və çoxistiqamətli fəaliyyəti.


•MƏQBUL – laborator, praktiki, hesabi-qrafiki işlərin, kurs işlərinin və həmçinin seminar məşğələlərində, diplomqabağı hazırlıq zamanı görülən işlərə nəzarət formasıdır. Məqbulun nəticələri həm beşballıq sistemlə, həm də təhsilin formasından asılı olaraq  "məqbul”  qeydi ilə göstərilə bilər. 


•MƏŞĞƏLƏ –müəllim tərəfindən dəqiq müəyyən edilmiş vaxtda, daimi şagird tərkibi olan və elmi tapşırıqların həll edildiyi tədris prosesinin forması.

•METOD (yun. methodos – tədqiqat və ya dərketmə yolu) – praktiki və nəzəri biliklərin dərki, müəyyən tapşırığın həllinə istiqamətlənmiş vəzifələr. Pedaqogikada təlim və tədris metodlarının probleminin həlli yollarını və klasifikasiyası əsas xüsusiyyət kimi çıxış edir. 

•METODİKA -Tədris metodikası barədə elm. Nə isə öyrənmək, nə isə yerinə yetirməyin praktik icra metodlarının  cəmi.

•METODİST – Hər hansı fənnin tədrisi sahəsində mütəxəssis.

•MÜHAZİRƏ (leksiya) (lat . lectio – qiraət) – tədris materialının, hər hansı sualın, elmi, siyasi mövzunun sistematik şifahi ifadəsi. 

•MÜƏLLİM – ümumtəhsil məktəblərində yeni yetişən nəslin tərbiyə, təhsil və tədrisini həyata keçirən pedaqoji işçi..metodoloji problemlərinin işlənib hazırlanması, valeoqoloji baxışları nəzərə almaqla  pedaqoji kadrların hazırlanması

•MÜƏLLİMLƏRİN ATTESTASİYASI – Dövlət və ya özəl təhsil müəssisələrinin işçilərinin bacarığının, pedaqoji profesionallığının və əmək məhsuldarlığının kompleks qiymətləndirilməsi.

•MÜƏLLİMİN DİAQNOSTİK DÜŞÜNCƏSİ – uşağın müxtəlif xüsusiyyətlərinin təhlili və şəxsiyyətin proqnozlaşdırılması ilə vahid şəkildə birləşdirilməsi. 

•MÜƏLLİMİN DİDAKTİK SİSTEMİ –müəllimin dərsdə və dərsdənkənar məşğələlərdə istifadə etdiyi  sənəd və didaktik materialların toplusu. Daxildir: təhsil standartı, tədris proqramı, təqvim və tematik planlar, dəslərin konspekti, Tərbiyəvi iş planı, vəsait, əyani vəsaitlər və s. 


•MÜƏLLİMİN İMİCİ (ing. image – surət) – şagirdlərin, həmkarlarının, sosial ətrafının təfəkküründə müəllimin stereotripinin qavranması. İmicin for malaşmasında ona xas olan real xüsiyyətlərlə yanaşı ona ətrafdakıların da aid xüsusiyyətlər təsir göstərir. 


•MÜƏLLİMİN FƏRDİ FƏALİYYƏT VƏ ÜNSİYYƏT TƏRZİ  - ped. fəaliyyət və ünsiyyətin tapşırıq, vasitə və üsullarının cəmi. M.f.f.ü.t dəyişilə bilər. 


•MÜƏLLİMİN NÜFUZU – şagirdlərə təsirilə seçilən, qərar qəbul etmək, qiymət qoymaq, məsləhət vermək hüququ verən xüsusi peşə mövqeyi. Əsl M.n. vəzifə və yaş üstünlüklərində deyil, tərbiyəçinin yüksək şəxsi və mütəxəsis keyfiyyətlərinə: tərbiyə etdikləri ilə demokratik əməkdaşlıq tərzinə, başqasının dərdinə şərik ola bilmək, açıq ünsiyyət qura bilmək bacarığı, müəllimin müsbət konsepsiyasına, onun daima təkmilləşmək, hərtərəfli biliyə sahib olmaq istəyi, səriştəliliyi, ədalətlilik və mehribanlığına, ümumi mədəniyyətinə əsaslanır. Müəllimin nüfuzunun irradiasiyası –nüfuz təsiri  hüququnun hələ tətbiq olunmadığı sahələrə keçirilməsidir. Nüfuzun spesifikasiyası -  insanın sahələrdən yalnız birində nüfuzunu tanıyır, digər sahədə o, nüfuz sahibi olmur.   


•MÜƏLLİMİN XİDMƏTİ SƏLAHİYYƏTİ –  müəllimin ped. fəaliyyətini müəyyənləşdirən bilik və bacarıq  səviyyəsinə malik olması, onun müəyyən dəyərlər, ideayalar daşıyıcısı kimi ped.cəhətdən dəyərləndirilməsi

•MÜƏLLİMİN MƏNƏVİYYYATI  - müəllimin ped.fəaliyyəti zamanı ətrafındakı insanlarla münasibətinin xüsusi normativ- dəyərlər forması.

•MÜHAZİRƏ (leksiya) (lat . lectio – qiraət) – tədris materialının, hər hansı sualın, elmi, siyasi mövzunun sistematik şifahi ifadəsi. 

•MÜHAZİRƏ-SEMİNAR MƏŞĞƏLƏLƏRİ  - müstəqil surətdə tədris materialının öyrənilməsi, dərs materialını təkrarlanmaq və dərinləşdirmək məqsədilə təşkil edilən tədris prosesi növüdür. M-s.m.-də bir qayda olaraq  fənnin ən mühüm və əhəmiyyətli hissəsi öyrənilir. M-s. m.-i 3 mərhələdə keçirilir: birinci – müəllimin mühazirəsi, ikinci – tələbələrin mühazirəyə hazırlaşmaq üçün müstəqil işləri; üçüncü – seminarın keçirilməsi. M-s.m. dərslə müqayisədə daha effektivdir burada müəllim və şagirdlərin funksiyaları dəyişilir; müəllimin təşkilatçılıq fəaliyyəti daha canlı olur.  

•MÜSAHİBƏ - təhsil alanın suallar sisteminə cavab verdiyi tədris metodu. Müsahibənin məqsədi - yeni biliklərin əldə edilməsi və keçilən materialın təkrarlanması


•MÜSTƏQİL TƏHSİL MÜƏSSİSƏSİ – birbaşa və ya hər hansı təşkilat rəhbərlik edilmədən   təsdiqlənmiş proqram əsasında fəaliyyət göstərən təhsil müəssisəsi. Adətən bu humanitar istiqamətli təhsil verən müəssisədir. Bu təhsil müəssisələri dövlət, özəl qurumlar, yerli özünüidarəetmə orqanları, qeyri-hökümət təşkilatları tərəfindən maliyələşdirilə bilər.

•MÜVƏFƏQİYYƏT – təhsil alanların tədris proqramlarının tələblərinə əsasən profesinal  elm, bilik və bacarıqlara yiyələnməsinin xüsusiyyətləri.  Təhsil alanların m. göstəriciləri: cari, cari mövzuya görə, yarımilliklərə əsasən; yekun- bütün il boyu fənn üzrə beşballıq sistem əsasında ol qiymətlər hesab edilir.


N

•NAMİZƏDLİK İMTAHANLARI – elmi və elmi-pedaqoji heyətin attestasiyasının tərkib hissəsidir.

•NİTQ MƏDƏNİYYƏTİ - yazılı və şifahi nitqin normativliyi, səlisliyi, leksik zənginliyi, həmsöhbətlərlə mədəni davranış və onlara mədəni cavabın və s. əhatə edir.

•NOSTRİFİKASİYA - təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi (tanınması) proseduru.

O

•ORTA TƏHSİL - uyğun tədris proqramının mənimsənilməsi nəticəsində əldə edilən ümumi və ya profesional təhsil səviyyəsi. Orta təhsildə natamam orta (orta məktəbin IX sinfinədək təhsil) və tam orta (11 illik təhsil) növlər fərqləndirilir. Əksər ölkələrdə  natamam orta təhsil dövlət tərəfindən qəbul edilmiş qaydaya əsasən məcburidir.

Ö

•ÖZƏL TƏHSİL MÜƏSSİSƏLƏRİ – şəxsi təşkilatçıları tərəfindən təsis edilən, öz şəxsi büdcəsindən maliyyələşən təhsil müəssisəəri. Aid olduğu quruma və yerinə yetirdiyi vəzifələrin əlamətlərinə görə üç növə ayrılır: a) müəyyən müəssisə və ya müəssisələr qrupuna aid olan - kadr tələbatından irəli gələn xidmət; b) qeyri-hökümət təşkilatları, siyasi partiyalar, həmkarlar ittifaqları, dini qurumlar yanında fəaliyyət göstərənlər; c) yerli özünüidarəetmə orqanları yanında fəaliyyət göstərənlər.  

•ÖZÜNÜTƏHSİL MƏDƏNİYYƏTİ  (öz-özünə təhsilin mədəniyyəti) – özünütəhsilin bütün komponentlərinin yüksək inkişaf və mükəmməllik səviyyəsi. Özünütəhsil tələbatı inkişaf etmiş şəxsin zəruri elementidir. Özünütəhsil nəticəsində insanın iradi keyfiyyətləri, yüksək şüurluluq səviyyəsi və təşkilatçılığı formalaşır. 

•ÖZ-ÖZÜNƏ TƏHSİL – təhsil müəssisələrindən kənarda, müstəqil surətdə iş  yolu ilə əldə edilir. Qiyabi təhsil növü nisbətən öz-özünə təhsilə yaxındır. Lakin bu tip təhsil bütöv təhsil sisteminin ayrılmaz tərkib hissəsidir. Öz-özünə təhsil –bu məqsədyönlü, sistematik, təhsilin təkmilləşməsinə yönəlmiş fəaliyyətdir.   

•ÖZƏL TƏHSİL MÜƏSSİSƏLƏRİ – şəxsi təşkilatçıları tərəfindən təsis edilən, öz şəxsi büdcəsindən maliyyələşən təhsil müəssisəəri. Aid olduğu quruma və yerinə yetirdiyi vəzifələrin əlamətlərinə görə üç növə ayrılır: a) müəyyən müəssisə və ya müəssisələr qrupuna aid olan - kadr tələbatından irəli gələn xidmət; b) qeyri-hökümət təşkilatları, siyasi partiyalar, həmkarlar ittifaqları, dini qurumlar yanında fəaliyyət göstərənlər; c) yerli özünüidarəetmə orqanları yanında fəaliyyət göstərənlər.  


P

•PEDAQOQ (yun. Paidagogós – tərbiyəçi, páis, yiyəlik halı paidós - uşaq и ágo – tərbiyə edirəm), Orta ümumtəhsil,  peşə-ixtisas məktəbinin, ali, orta-ixtisas, internat, uşaq evi, tərbiyə koloniyasında, məktəbdənkənar müəssisənin müəllimi, həmçinin  elmi işçisidir.

•PEDAQOGİKA - 1) tərbiyənin konkret-tarixi qanunlarını,  cəmiyyətin bu qanunlarla bağlılığını, cəmiyyətin mövcud təlim-tədris qaydalarını öyrənənelmdir; 2) təlim,təhsil və tərbiyəni öyrənən nəzəri və tətbiqi elmlərin toplusu; 3) ali təhsil müəssisələrində tədris edilən fənn . 

•PEDAQOJİ QARŞILIQLI ƏLAQƏ – tərbiyə verənlə tərbiyə alanın arasında şəxsi təsadüfi və ya məqsədli, fərdi və ya ictimai, uzunmüddətli və ya qısamüddətli, şifahi  və ya qeyri-şifahi əlaqə formasıdır ki, onların davranışının, fəaliyyətinin,qaydalarının qarşılıqlı dəyişməsinə təsiri müəyyənləşdirir. P.q.ə hər iki tərəfdə qarşılıqlı fəliyyətin məqsədlərinin və onun həyata keçirilməsində həmrəylik əldə edildikdə, qarşılıqlı fəaliyyətdə olan iştirakçılardan bəzilərinin uğurları digər iştirakçıları stimullaşdırması və ya dayandırması zamanı rəqabət formasında özünü göstərə bilər. Humanitar istiqamətli ped. proses yalnız o zaman tərbiyəçi və tərbiyə alanlar arasında p.q.ə ola bilər ki, burada hər iki iştirakçı öz bilik və bacarıqları çərçrivəsində bərabərhüquqlu,paritet partnyor kimi çıxış edir.


•PEDAQOJİ DEONTOLOGİYA - 1)müəllimin professional fəaliyyəti barədə elm; 2) fəaliyyət iştirakçıları arasında etibarlı münasibətləri təmin edən profesional etika. Digər insanlara və onların ideyalarına münasibətdə ped. kompetensiya təlim-tədris prosesində qəbul edilmiş mənəvi məsuliyyəti ifadə edir.

•PEDAQOJİ ETİKA –bütöv ped. proses şərtində əxlaqın (mənəviyyatın) fəaliyyət spesifikasını əks etdirən etikanın tərkib hisəsi; müəllimin əxlaqi fəaliyyətinin aspektləri barədə elmdir. P.e.-nın predmeti müəllimin düşüncə, davranış, münasibət və fəaliyətində əxlaqının əks olunmasıdır.

•PEDAQOJİ EKSPERİMENT – ped. problemin həllinin yeni, daha effektiv həlli yollarını axtarmaq məqsədilə tədris və ya tərbiyə sahəsində elmi cəhətdən qoyulmuş təcrübə; ped. hadisə zamanı səbəb-məqsəd əlaqəsinin tədqiqatı, hansı ki, tədqiqatçının ped. hadisəyə aktiv təsirini bildirir, ped. təsir və qarşılıqlı əlaqənin nəticələri barədə  rəyin öyrənilməsi; ped. hadisə və proseslərin fasiləsiz təkrarlanması.

•PEDAQOJİ PROSESLƏRİN QANUNAUYĞUNLUQLARI  - ped. prosesin hadisələri, müxtəlif tərəfləri arasında yaranmış obyektiv, təkrarlanan, dəyişməz əlaqələr. P.p.q. sos. şərtlərlə (konkret tarixi  şərtlər daxilində cəmiyyətin, iqtisadiyyatın, milli-mədəni); insan təbiəti (uşağın  şəxsiyyətinin formalaşması yaş və fərdi xüsusiyyətlərdən asılıdı); tərbiyə prosesinin məğzi ilə (təlim, tədris, təhsil prosesləri və şəxsiyyətin inkişafı qarşılıqlı əlaqəlidir; sosial qrup və şəxsiyyətin qarşılıqlı əlaqəsinin inkişafı) və silə bağlıdır.


•PEDAQOJİ iMPROVİZASİYA- müəllimin dərs və ya ünsiyyət zamanı  ped.həlli tapması və onu ani olaraq həyata keçirməsi. P.i. prosesi 4 mərhələdən ibarətdir: Birinci mərhələ - ped. maarifləndirmə. İkinci mərhələ- ped.ideyanın ani dərki və onun həyata keçirtmək yolunun seçilməsi. Üçüncü mərhələ - ped. ideyanın ictimaiyyət önündə həyata keçirtmək. Bu mərhələ mərkəzi olur ondan effektivlik asılıdır. Dördüncü mərhələ-dərk, yəni ped.ideyanı reallaşdırmağınani təhlili. P.i. ped.texnikanın mükəməlləşdirməyə, yaranan məsələlərə çevik reaksiya vermək imkanı yaradır.  


•PEDAQOJİ İNVARİANTLAR – dəyişilməyən ped.həqiqətlər. Termin pedaqogikaya S.Fren tərəfindən daxil edilib. O, humanist ped. əsasında 30 invariant prinsip  hazırlayıb. Məs: uşağın təbiəti böyüklərin təbiəti kimidir; uşağın məktəbdəki davranışı onun psi.quruluşundan və sağlamlıq vəziyyətindən asılıdır; heç kim ona əmr edilməsini sevmir və s


•PEDAQOJİ TAPŞIRIQ – yaranmış ped. vəziyyətin dərki və bu vəziyyətə uyğun qərar qəbulu.


•PEDAQOJİ TƏDQİQATIN MƏSƏLƏLƏRİ- ped. tədqiqatın konkret və ya daha dəqiq məqsədləri

•PEDAQOJi MƏQSƏD –müəllim və şagird arasında qarşılıql




Загрузка...
Həmçinin oxuyun:
Məktəbdə işləyən MÜƏLLİMİN  Əmək funksiyası

Məktəbdə işləyən MÜƏLLİMİN Əmək funksiyası

Təhsilin məzmunu

Təhsilin məzmunu

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Fəal dərsin mərhələləri və nəticələri

Fəal dərsin mərhələləri və nəticələri

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri