AzTehsil.com


Xəbərlər / Ekspert
14 dekabr 2017
3 307


“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər



Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tez-tez tənqidlərə tuş gəlir. Bu tənqidlər hətta rəsmi şəxslərin də dilindən eşidilir. Hər il dövlət büdcəsindən AMEA-ya xeyli vəsait ayrıldığı, amma bunun müqabilində yüksək səviyyəli işlərin görülmədiyi vurğulanır. Hətta AMEA-da bəzi institutların bağlanması təklifləri də gündəmə gətirilir.


Aztəhsil.com xəbər verir ki, modern.az saytı məsələ ilə bağlı Milli Məclisin deputatların da fikirlərini öyrənib.



Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, təhsillə elmi birləşdirmək lazımdır.


"Bütün elmi tədqiqat işlərinin hamısını universitetlərin  özlərinə aid etmək lazımdır. Yəni təhsillə elmi birləşdirmək lazımdır. Bu çox çətin prosesdir. Çünki biz illərlə müzakirəsi sürən elm və təhsil sahələrinə aid qanunları bu yaxınlarda qəbul edə bildik. Alimlərin özlərinin təqsiri deyil ki, vaxtilə onlar dövlət tərəfindən müəyyən edilmiş kateqoriyalarla Elmlər Akademiyası sistemində çalışmağa məcbur olublar. Bu açıqdan-açığa rentabelli deyil. Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqat işləri kifayət qədər yüksək deyil. Onların əməkhaqqı çox aşağıdır”.


Deputat bildirib ki, əvvəllər 11 mindən yuxarı alim AMEA-da fəaliyyət göstərib.


"Amma çox təəssüflər olsun ki, bu rəqəm hazırda çox aşağı düşüb. Hər hansı tədbirlərin görülməsinə baxmayaraq, elmi tədqiqat institutları istənilən rentabelliyi verə bilmir. Düşünürəm ki, universitetlərə getdikcə daha çox müstəqillik hüququ verilməlidir. Onlar öz labaratoriyalarında tədqiqat materiallarından istifadə etməklə yaradıcı işlərlə məşğul olmalıdır. Necə ki, bu tendensiya xarici ölkələrdə var. Sovet dövründə akademiya sistemində kosmik, nüvə tədqiqatları sahəsində dünyada tayı-bərabəri olmayan işlər görülüb. Mən inkar etmirəm ki, dövlətin dəstəyilə az işlər görülüb. Bu sistemin müəyyən qədər faydaları olur. Amma keyfiyyət deyil, kəmiyyət göstəriciləri  daha çox olur. Biz bazar iqtisadiyyatına keçsək də, təhsil müəssisələrimiz buna keçə bilməyib. Yəni universitetlərimizin sifariş qəbul etmək, elmi tədqiqatlar aparmaq sahəsində işlərini dərinləşdirmək lazımdır. Biz AMEA sistemi ilə təhsil sistemini birləşdirməyin yollarını axtarmalıyıq.  Hamını qane edəcək variant tapmaq çox çətindir, amma buna gedilməlidir”.


İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, AMEA-nın strukturunda və işində ciddi dəyişikliklər aparılmalıdır.


"Mən büdcə müzakirələri zamanı da məsələ qaldırdım ki, elmə niyə az vəsait ayrılıb. Maliyyə naziri Samir Şərifov da bildirdi ki, hökumət elmə ayrılan pulu artırmağa hazırdı, amma alimlərin hazır layihələri yoxdur. AMEA-nın tərkibində fəaliyyət göstərən elmi tədqiqat institutlarının fəaliyyətində ciddi problemlər var. Yəni Azərbaycan üçün kifayət qədər beynəlxalq əhəmiyyətli layihələri olsa, əlbəttə ki, maliyyələşməsində problem olmaz. Bu onu göstərir ki, AMEA-nın tərkibindəki institutlarda müəyyən problemlər var. Ona görə də mütləq struktur dəyişikliyinə, təyinatına  baxmaq lazımdır. Bu çox ciddi məsələdir. Ümumiyyətlə, AMEA  ilə bağlı müəyyən fəaliyyət mexanizmini təkmilləşdirməyə ehtiyac var”.


İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa dünyada elmi tədqiqat institutlarının xüsusi sifarişlərlə çalışdığını bildirib.


"Bizdə isə AMEA-ya dövlət büdcəsindən ayrılan vəsait daha çox əmək haqqına yönəldilir.  Ona görə də elmi ixtiralara, kəşflərə və yaxud da bu istiqamətdə məsələlərin həllinə həmin vəsaiti sərf etmək imkansızdır. Bu baxımdan da məsələnin fundamental həllinə ehtiyac var. AMEA-nın nəzdində olan institutların laboratoriyalarının müəyyən dərəcədə universitet bazasına köçürülməsinə ehtiyac var. Yeni universitet modelinə ehtiyac var. Bu model qurulmadığına görə çox təəssüf ki, problemlər yaşanır. Bizdə elmin inkişafı o səviyyədə deyil ki, elmi tədqiqat institutları müəyyən layihələr hazırlasınlar, proqnozlar versinlər.  Ona görə də bu istiqamətdə hərtərəfli işlərin görülməsinə ehtiyac var”.




Загрузка...
Həmçinin oxuyun:
Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

AMEA: "Ali təhsilli gənclərimiz iş axtarırlar,  yeni iş yeri yaratmırlar"

AMEA: "Ali təhsilli gənclərimiz iş axtarırlar, yeni iş yeri yaratmırlar"

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Azərbaycanda elmi müəssisələr birləşdirilir?

Azərbaycanda elmi müəssisələr birləşdirilir?

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

AMEA-nın bir institutu digərini ittiham edib

AMEA-nın bir institutu digərini ittiham edib

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

Kamal Abdullanın təşəbbüsünə əsasən ADU-da yeni laboratoriyalar yaradılıb

Kamal Abdullanın təşəbbüsünə əsasən ADU-da yeni laboratoriyalar yaradılıb

Magistraturaay qəbul olan oğlanların sayı artıb-Nazirin çıxışı

Magistraturaay qəbul olan oğlanların sayı artıb-Nazirin çıxışı

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

Bu il AMEA-nın magistraturasına neçə nəfər qəbul olub?

Bu il AMEA-nın magistraturasına neçə nəfər qəbul olub?

AMEA tərcüməçi axtarır -MÜSABİQƏ

AMEA tərcüməçi axtarır -MÜSABİQƏ

AMEA-da yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirilib

AMEA-da yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirilib

AMEA və Belarus Dövlət Elm və Texnologiya Komitəsi birgə müsabiqə elan edir

AMEA və Belarus Dövlət Elm və Texnologiya Komitəsi birgə müsabiqə elan edir

AMEA 20 milyona zəhər satmaq üçün alıcı axtarır

AMEA 20 milyona zəhər satmaq üçün alıcı axtarır

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

AMEA əməkdaşlarının mənzil problemi..-İsa Həbibbəyli aydınlıq gətirib

AMEA əməkdaşlarının mənzil problemi..-İsa Həbibbəyli aydınlıq gətirib

Azərbaycan elmində yenilik - virtual laboratoriya yaradılır

Azərbaycan elmində yenilik - virtual laboratoriya yaradılır

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

Bu ixtisaslarda təhsil alanlar elmi tədqiqatla məşğul olmayacaq və onlar tədqiqatçı kimi deyil, mütəxəssis kimi hazırlanacaq

Bu ixtisaslarda təhsil alanlar elmi tədqiqatla məşğul olmayacaq və onlar tədqiqatçı kimi deyil, mütəxəssis kimi hazırlanacaq