Xəbərlər
27 mart 2017

Azərbaycanda elmi müəssisələr birləşdirilir?

Azərbaycanda elmi müəssisələr birləşdirilir?

 

Azərbaycanda elmi müəssisələrin birləşdirilməsi və onlardan bəzilərinin ləğv edilməsi məsələsi hazırda gündəmdə deyil.
 
Aztehsil.com xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.
 
Onun sözlərinə görə, hazırkı dövrdə Azərbaycandakı elmi müəssisələrin birləşdirilməsinə ehtiyac yoxdur.
 A.Əlizadə qeyd edib ki, elmi müəssisələrin birləşdirilməsi üçün ilk növbədə təhlillər aparmaq lazımdır:
 
"Lakin AMEA tərəfindən hələ bu istiqamətdə təhlillər aparılmayıb. Buna görə də elmi müəssisələrin birləşdirilməsi məsələsi hələ nəzərdə tutulmayıb".





Загрузка...
loading...