Xəbərlər
11 fevral 2017
3 131


"Rafiq Əliyev öz şərəfli ömründə elmə, elmi ilə də millətinə qulluq edib"

"Rafiq Əliyev öz şərəfli ömründə elmə, elmi ilə də millətinə qulluq edib"

 

Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, prfessor Şahlar Əsgərov Moderator.az-a göndərdiyi təbrik məktubunda bu gün 75 yaşı tamam olan dünya şöhrətli alimimiz Rafiq Əliyev haqqında xoş sözlər yazıb:
 
"Ancaq elimin ön cəbəsində fəaliyyət göstərməklə milli - bəşər elminə töhfə, millətə  isə şöhrət gətirmək mümkündür. Rafiq müəllim sistemli təhlil, qərarqəbuletmə və idarəetmə sahələrində böyük elmi uğurlar əldə edib. Bu istiqamətlərin hər biri müasir dünya elminin mərkəzində yer alır. Bu səbəbdən də idarəetmə son 200 ildə bəşəriyyətə xeyr verən beş ixtira və kəşfdən (radio, telefon, compüter kimi) biri sayılır. Qərar qəbuletmə problemi  həm idarəedənlər, həm də idarəolunanlar üçün çox əhəmiyyətlidir. Çünki, insanlar düzgün qərar qəbul etməklə şəxsiyyətə, dövlətlər düzgün qərar qəbul etməklə qüdrətli dövlətə çevrilir. Böyük sistemlərdə (misal üçün təhsildə) problemləri uğurla həll etmək üçün sistemlər nəzəriyyəsindən bəhrələnmək lazımdır. 
 
Professor Rafiq Əliyevin rəhbərliyi altında bu sahələrdə 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlanıb. Deyirlər niyyət fəaliyyətin ruhudur. Rafiq müəllim öz şərəfli ömründə elmə, elmi ilə isə millətinə qulluq edib. Bu yolda ona can sağlığı və uğurlar diləyirəm. 100 yaşa çox az qalıb. Yaşamağa dəyər".
Məqalə Göndər








Загрузка...