AzTehsil.com


Xəbərlər
02 fevral 2017
2 972


Ali məktəbləri bağlamaqdansa rəhbərliyi dəyişsinlər-Şahlar Əsgərov



Ali məktəbləri bağlamaqdansa rəhbərliyi dəyişsinlər-Şahlar Əsgərov

 

"Demokratik, liberal bir cəmiyyətdə hansısa bir müəssisənin zorla açılıb-bağlanılması arzuolunmaz haldır. Yəni müəssisə özü-özünü açdığı kimi, xeyri xərcini ödəməyəndə də özü-özünü bağlamalıdır. Əgər özəl universitetlər administrativ yolla bağlanıbsa, bunu təqdir etmirəm”. 
 
Aztehsil.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında professor Şahlar Əsgərov ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin bağlanılmasına münasibət bildirərkən deyib.
 
Şahlar Əsgərov ali təhsil müəssisələrinin bağlanmasının heç bir xeyrini görmədiyini, əksinə zərərinin daha çox olduğunu bildirib: 
 
"Ali məktəb ocaqdır, cəmiyyətə işıq verir, əgər işığı, istisi azdırsa, ona kömək edin ki, işığı çoxalsın. Yox əgər bu da əlindən gəlmirsə, olan işığın, istinin də üzərinə niyə su tökürsən axı? Elə bir şəxsə verin ki, o işığı, istiliyi çoxalda, yəni işlədə bilsin. Bağlamaqdansa, rəhbərliyi dəyişsinlər, müəssisəni işlədə biləcək yeni kadrlar tapıb rəhbərliyə qoysunlar. 
 
Ali təhsil ocağını bağlamaq küçəmizdə yanan işıqlardan birini vurub sındırmaqdır. Universitetləri küçə işıqlarına bənzətsək, hər bir universitetin bağlanması küçəmizin qaranlığa qərq olması deməkdir. Hesab edirəm ki, bir təhsil ocağını açmaq bir türməni bağlamaq deməkdir. Bir ali təhsil ocağını bağlamaq da ali təhsilli, dəyərli insanların imkanını azaltmaqdır. Deyə bilərsiniz ki, bağlanan ali təhsil ocaqları zəif təhsil verir. Əgər doğrudan da belədirsə, təhsil səviyyəsini aşağa endirsinlər, məsələn, kollec eləsinlər". 



Загрузка...