AzTehsil.com
RU


Xəbərlər
01 fevral 2017
2 656


Təhsil Nazirliyi Təfəkkür Universitetinin fəaliyyətinin bərpası ilə bağlı fikirlərə münasibət bildirib Böyüt



Təhsil Nazirliyi Təfəkkür Universitetinin fəaliyyətinin bərpası ilə bağlı fikirlərə münasibət bildirib  Böyüt

 

Təhsil Nazirliyindən Təfəkkür Universitetinin fəaliyyətinin bərpa olunacağı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirilib.
 
Aztehsil.com məlumatına görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov APA-ya açıqlamasında bildirib ki, Təfəkkür Universitetinin təsisçisi ötən il maliyyə çətinlikləri ilə bağlı qərar qəbul edərək nazirliyə müraciət edib.
 
Onun sözlərinə görə, həmin müraciət əsasında nazirlik tərəfindən hazırda müvafiq tədbirlər görülür: "Əgər təsisçi özəl ali təhsil müəssisəsinin bağlanması ilə bağlı qərar qəbul edirsə, burada təhsil alan tələbələrin təhsil hüquqlarının qorunması Təhsil Nazirliyinin üzərinə düşür. Nazirlik də Azərbaycan vətəndaşlarının təhsil hüququnu qoruyaraq onların təhsili davam etdirməsi üçün zəruri tədbirlərin hamısını yerinə yetirməlidir və yerinə yetirir. Təfəkkür Universitetində təhsil alan tələbələrin digər ali məktəblərə köçürülməsinə yay tətilindən sonra başlanılacaq. Tələbələr cari tədris ilinin sonunadək təhsillərini davam etdirəcəklər”.




Загрузка...