AzTehsil.com


Xəbərlər
24 yanvar 2017
3 225


Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək



Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək

 

"Keçən ilin oktyabr ayında Təfəkkür Universiteti Təhsil Nazirliyinə müraciət edərək universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətin dayandırılması barədə qərar qəbul edildiyini bildirib".
 Aztehsil.com-un apa-ya istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirib ki, Qafqaz Universitetinin rəhbərliyi də yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığını və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb. Onun sözlərinə görə, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali məktəblərə köçürülməsinə köməklik göstərilməsini xahiş edilib.
 
Sektor müdiri qeyd edib ki, bununla əlaqədar olaraq Təhsil Nazirliyi həm Təfəkkür, həm də Qafqaz Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı müvafiq işçi qruplar yaradılıb: "İşçi qrupların tərkibi haqqında artıq ictimaiyyətə məlumat verilib, eyni zamanda Təhsil Nazirliyinin saytında məlumatlar gedib. Təfəkkür Universitetinin tələbələri cari tədris ili bitdikdən sonra digər ali təhsil müəssisələrinə yerləşdiriləcək. Qafqaz Universitetinin tələbələri isə qış semestri bitdikdən sonra ölkənin ən nüfuzlu universitetlərinə yerləşdiriləcək. Tələbələrin gələcək təhsili yüksələn istiqamətdə təmin olunacaq. Təhsil Nazirliyi bunun üçün bütün şəraiti yaradacaq. Bir məsələni də vurğulayım ki, tələbələrin təhsil haqqının artımından söhbət gedə bilməz”.



Загрузка...