AzTehsil.com


Xəbərlər / Kitabxanaçı / Magistr
15 dekabr 2017
2 292


AMEA prezidenti: “Bütün magistrantlar işlə təmin olunur”



AMEA prezidenti: “Bütün magistrantlar işlə təmin olunur”

"AMEA-da bütün magistrantlar işlə təmin olunur, eyni zamanda qrant layihələrinə cəlb olunurlar”.


Aztəhsil.com xəbər verir ki, bu sözləri Azərbaycan gənc alimlərinin I qurultayında çıxışı zamanı akademik A.Əlizadə bildirib. Qeyd edib ki, Akademiyada çalışan magistrantlar müasir cihazlarla təchiz olunmuş laboratoriyalarda təcrübə keçməklə yanaşı, xaricdə beynəlxalq təcrübəkeçmələrdə də iştirak edirlər.


Alim onu da bildirib ki, hazırda Akademiyada magistratura təhsilinin müasir səviyyədə qurulması və magistrantların peşəkar mütəxəssis kimi yetişmələri üçün daha yaxşı şərait yaratmağa çalışırlar. 


"Bu məqsədlə elmi müəssisələrdə müasir tələblərə cavab verən tədris mühiti yaradılıb. Akademiyada təhsil alan 123 magistrant üçün AMEA-nın 30-a yaxın üzvü, 100-ə yaxın elmlər doktoru və 150-yə yaxın fəlsəfə doktoru tədris prosesinə cəlb olunub. Cari ilin iyul ayında Akademiyanın ilk magistrlərinin buraxılışını böyük təntənə ilə qeyd etdik. Sevindirici hal odur ki, onların hamısı Akademiyada qalıb öz elmi karyeralarını davam etdirirlər”.


A.Əlizadə deyib ki, AMEA elm və təhsilin inteqrasiyasını ən vacib bir istiqamət kimi qəbul edərək, bu sahədə aktiv fəaliyyət göstərməkdədir. O qeyd edib ki, AMEA-nın elmi tədqiqat müəssisələrində ali təhsil müəssisələri üçün təcrübə mərkəzlərinin təşkili, tələbələrin təcrübə keçməsinə şəraitin yaradılması, birgə elmi tədqiqatların aparılması və elmi nəticələrin tədris prosesinə tətbiqi və digər tədbirlərin təşkili nəzərdə tutulur.


Akademik onu da əlavə edib ki, AMEA ilə Təhsil Nazirliyi arasında əldə olunmuş razılığa əsasən, ali təhsil müəssisələrində yaradılmış "SABAH" qrup­larında təhsil alan 210  tələbə AMEA-nın elmi müəs­sisələrində təcrübə keçib. AMEA-nın dəstəyi ilə elm və təhsilin inteqrasiyası istiqamətində ölkənin bir sıra lisey və məktəblərində "Kiçik Akademiya”lar yaradılıb: 


""Kiçik Akademiya”ların yaradılmasında məqsəd istedadlı, yaradıcı təfəkkürə malik, araşdırma aparmaq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, onları maraqlandırmaq və bir məqsəd ətrafında birləşdirməkdir”.




Загрузка...
Həmçinin oxuyun:
Qəbul imtahanlarından sonra 200-dən çox magistr akademiyada çalışacaq

Qəbul imtahanlarından sonra 200-dən çox magistr akademiyada çalışacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA-nın ilk magistrlərinin Məzun günü keçiriləcək

AMEA-nın ilk magistrlərinin Məzun günü keçiriləcək

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

Bu il AMEA-nın magistraturasına neçə nəfər qəbul olub?

Bu il AMEA-nın magistraturasına neçə nəfər qəbul olub?

Azərbaycanda elmi müəssisələr birləşdirilir?

Azərbaycanda elmi müəssisələr birləşdirilir?

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Kamal Abdullanın təşəbbüsünə əsasən ADU-da yeni laboratoriyalar yaradılıb

Kamal Abdullanın təşəbbüsünə əsasən ADU-da yeni laboratoriyalar yaradılıb

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

"Magistr-2017" müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Magistr-2017" müsabiqəsinin qalibləri mükafatlandırılıb

AMEA-da yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirilib

AMEA-da yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirilib

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Alimlər üçün layihə müsabiqəsi elan edilib

AMEA: "Ali təhsilli gənclərimiz iş axtarırlar,  yeni iş yeri yaratmırlar"

AMEA: "Ali təhsilli gənclərimiz iş axtarırlar, yeni iş yeri yaratmırlar"

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

Magistr, doktorant və dissertantlar üçün müsabiqə:  “Ana dilimiz – milli varlığımızdır”

Magistr, doktorant və dissertantlar üçün müsabiqə: “Ana dilimiz – milli varlığımızdır”

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH Karyera Akademiyası təqdim olundu

Nazir: "Dissertasiyaları vaxtında müdafiə edənlərin azlığı narahatlıq doğuran məsələdir"

Nazir: "Dissertasiyaları vaxtında müdafiə edənlərin azlığı narahatlıq doğuran məsələdir"

AMEA-nın bir institutu digərini ittiham edib

AMEA-nın bir institutu digərini ittiham edib

ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib

ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib