AzTehsil.com


Xəbərlər
21 mart 2020
1 924


Tətil davam edir necə hərəkət edək?



Tətil davam edir necə hərəkət edək?

 

Azərbaycanda koronavirus infeksiyasının (COVİD – 19) yayılmasının qarşısının alınması məqsədi ilə təhsil müəssisələrində tətilin vaxtı daha bir ay uzadılıb.

Nazirliyin ali məktəblərə yolladığı təlimati məktuba əsasən universitetlər onlayn dərslərə başlamalıdır. Məktubda qeyd edilir ki, bu məqsədlə Microsoft Teams korporativ platformasından istifadə tövsiyyə edilir. Lakin real vəziyyətlə tanış olduqda məlum olur ki, müxtəlif universitetlət müxtəlif proqram vasitələrindən istifadə etməyə başlamışdır.

Məsələn, BMU Google Classroom LMS (Learning Managament System) vasitəsilə ilə, UNEC ZOOM vasitəsilə ilə, bəziləri Microsoft Teams vasitəsi ilə, bəziləri sosial şəbəkələrdən istifadə edərək tədrisi davam etməyə cəhd edirlər. Tətilin davam etməsi, xüsusi rejimin və tətilin nə vaxt bitməsi qeyri müəyyən olduğundan universitetlər belə ekstremal vəziyyətdə video dərslərin çəkilişi və tələbələrə təqdim edilməsini davam edəcəklər. Lakin belə müxtəliflik ölkə üzrə vahid informasiya-təhsil məkanının formalaşmasına imkan verməyəcək. Görünür xüsusi rejim bitdikdən sonra bu işləri yenidən təhlil etmək, hər şeyi yenidən "0”-dan başlamaq lazım olacaq.

Bilmirəm TN-nin bu sahədə hər hansı planı varmı (məncə yoxdur)? Ola da bilsin yenə universitetlərə deyiləcəkdir ki, sizə müxtariyyət verildiyi üçün, hər biriniz pablik hüquqi şəxs olduğunuz üçün "başlı başını saxlasın” prinsipi ilə necə bacarırsınız işinizi elə də davam edin və öz daxili imkanlarınızla distant təhsil sisteminizi qurun (ehtimal ki, belə olacaq). Bu o deməkdir ki, ölkənin təhsil siyasətini formalaşdıran və həyata keçirən qurum olaraq TN-nin bu sahədə heç bir siyasəti, fəaliyyət planı yoxdur. Yəni, necə ki, 20 il distant təhsil sistemi qurmamışıq, bundan sonra da belə fikrimiz yoxdur. Yox fərqli yanaşma olacaqsa, onda bir az strateji düşünmək lazımdır, həm də vaxt itirmək olmaz, paralel olaraq təcili surətdə ölkə üzrə vahid-informasiya təhsil sistemini qurmaq haqda düçünmək lazımdır. Onsuz da 20 il itirmişik.
 
İlham Əhmədov



Загрузка...