AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
26 dekabr 2017
3 330


Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!



Müasir dövrdə uşaqların ünsiyyət  vasitələri çox dəyişib. Onlar az görüşsələr, zəngləşsələr də sosial şəbəkələrdə daima əlaqədə olurlar.

 

Müəyyən yaşda (11-14 yaş arası) övladınız hansısa sosial şəbəkədə özünə səhifə açmaq istəyəcək, lakin onların onlayn həyatda işlərinin necə gedəcəyinə görə daha çox məsuliyyət valideynlərin üzərinə düşür. Sosial şəbəkələr müxtəlif insanları birləşdirir, burada bir linkə basıb keçməklə istənilən insanla əlaqə qurmaq mümkündür, bəzən bu cür əlaqə çox təhlükəli ola bilər, və övladınız bundan sığortalanmayıb.

 

Aşağıdakı məsləhətlər uşağın onlayn həyatını daha təhlükəsiz etməyə yardım edər.

 

Qadağan etmək lazım deyil – qadağan olunan şeylərə meyl və istək daha çox olur. Qoy uşağın öz adına bir səhifəsi olsun, və sizin bundan xəbəriniz olsun, nəinki yalançı adlar altında 10 səhifəsi.

 

İkinci əsas şərt: uşağın sosial şəbəkələrdəki səhifəsini daima nəzarət altında saxlamaq vacibdir. Bu cür nəzarəti necə həyata keçirəcəyini hər bir valideyn özü təyin etməlidir ki, övladının etibarını itirməsin.

 

Bəzi analar uşaqlarından soruşur: "Olar sənin səhifənə baxım?”, bəzən uşaqlar buna razılıq verir.

 

Bəzi valideynlər isə uşağın səhifəsini öz elektron ünvanına bağlayır və bildirişləri oxumaqla sosial şəbəkədə övladının fəallığını izləyirlər. Hərçənd bu cür yanaşma doğru olmaya da bilər.   

 

İstənilən halda valideynlər ən azı bilməlidirlər ki, uşağın sosial şəbəkədə səhifəsi var, uşağın dost siyahısını görməli, vaxtaşırı ona nəzər yetirməli – bunu onun səhifəsindən etmək mütləq deyil, öz səhifənizdən də olar, - və dostluğunda olan insanların kim olduğunu bilməlidirlər. Bu çox vacibdir. Misal üçün anadan soruşanda ki, uşağın sosial şəbəkədə səhifəsi varmı, o, cavab verir ki, xəbərim yoxdur, mən sosial şəbəkələrdən istifadə etmirəm, buna görə başım çıxmır.

 

Belə halda dost siyahısına baxmağı təklif edirsən: "Bu kimdir?” – "Sinif yoldaşıdır”. "Bəs bu?” – "Bax, bunu tanımıram”. "Uşağın dostluğunda 42 yaşlı kişi var, bu kimdir?” Ana: "Xəbərim yoxdur! Kim olduğunu bilmirəm”. Bu kişi orada dünən və ya sırağagün peyda olmayıb axı.       Buna görə hansı nəzarət üsulunu seçməyinizdən asılı olmayaraq – ya uşağın həyatına ondan xəbərsiz müdaxilə etməklə və ya bütün etiket normalarına riayət edib onun səhifəsinə öz səhifənizdən baxmaqla, - istənilən halda video, şəkilləri, onun dostluq etdiyi insalar və daxil olduğu qrupları nəzarətdə saxlayın.   

 

Bu artıq kifayətdir ki, uşağınızın maraqları barədə təsəvvürünüz olsun. Özünüzə ən uyğun üsul tapın. Bütün hallarda uşaqlarla ünsiyyət, əsas da yeniyetmə yaşlarda, məntiqə uyğun suallarla müşayiət edilməlidir ki, nəzarəti tətbiq etməklə onun etibarını itirməyəsiniz. Hər ailənin öz əsasları və təyin edilmiş qaydaları var ki, onları nəzərə almamaq olmaz, və etibar ən əsas məqamdır, amma bununla belə unutmaq lazım deyil ki, 10-14 yaşlı uşaq hələ çox gəncdir, və onun sosial şəbəkələrdə fəaliyyətini nəzarət altında saxlamaq lazımdır. Bu ona görə deyil ki, o pisdir, axmaq və ya ağılsızdır və siz ona internetdən istifadə etməyi icazə verən kimi o, mütləq pis əməllər törədəcək.

 

Təcrübəsizlik və bu yaşa xas özünəgüvənmə səbəbindən uşaqlar çox vaxt əmin olurlar ki, onlar hər şeyi daha yaxşı bilirlər və səhvə yol vermədən pisi yaxşıdan ayırmağı bacarırlar. Lakin biz anlayırıq ki, bu heç də belə deyil.

 

Övladınız sosial şəbəkədə özünə səhifə açdığı zaman yanında olun və bu işdə ona yardım edin. Yaxşı olar ki, ona spamın nə olduğunu və ona necə reaksiya verməyi başa salasınız, gizlilik funksiyalarını birgə quraşdırasınız ki, səhifədəki məlumatları hər kəs deyil, yalnız dostlar görsün, və ona bu cür ölçülərin səbəbini açıqlayasınız. Uşağın ev ünvanını, telefon nömrəsini və digər şəxsi məlumatları qeyd etməsinə icazə verməyin.




Загрузка...
Həmçinin oxuyun:
Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Övladlarla necə davranmalı?- Anaların diqqətinə!- Bunları etsəniz...

Övladlarla necə davranmalı?- Anaların diqqətinə!- Bunları etsəniz...

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

Uşağınızla yaşına uyğun davranın

Uşağınızla yaşına uyğun davranın

Uşağınızla yaşına uyğun davranın - DİQQƏT!

Uşağınızla yaşına uyğun davranın - DİQQƏT!

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Yalan danışan uşağa necə davranmalı?

Yalan danışan uşağa necə davranmalı?

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqlar valideynlərini necə idarə edir?

Uşaqlar valideynlərini necə idarə edir?

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Uşağınız qaranlıqdan qorxursa... -PSİXOLOQ TÖVSİYƏSİ

Uşağınız qaranlıqdan qorxursa... -PSİXOLOQ TÖVSİYƏSİ

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqlar nə üçün çox sual verirlər? - BÖYÜKLƏRİN DİQQƏTİNƏ

Uşaqlar nə üçün çox sual verirlər? - BÖYÜKLƏRİN DİQQƏTİNƏ