Xəbərlər, Psixoloq, Valideyn
23 noyabr 2017
1891

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Araşdırmalara görə, uşaq psixoloqları körpələrdə travma olmaması üçün valideynlərə bəzi cümlələri işlətməməyi məsləhət görürlər. Onların fikrincə körpənin neçə yaşının olması əhəmiyyətli deyil — o artıq hər şeyi, hətta səs tonunu belə ayırd edir. 


1. Heç nəyi bacara bilmirsən, əlindən bir iş gəlmir — Ver, mən edim! 

 

Psixoloqlar təsdiq edirlər ki, bu cümlə uşağı travmaya məruz qoyur və qabaqcadan onu uğursuzluq üzrə proqramlaşdırır. O özünü axmaq və kobud hiss edir, ana yenidən qışqıracaq deyə düşünərək, gələcəkdə təşəbbüs göstərməyə qorxur. İşlədilməsi lazım olan cümlə: "Özün etməyə çalış, əgər yardıma ehtiyacın olsa, mənə güvənə bilərsən". 


2. Al, götür, təki sakit ol! 

 

Bəzi valideynlər üçün çoxsaatlı qəmgin halda «Nə olar, ver də» sözlərinə səbr edib, dözmək çətindir. Lakin, istədiyi şeyi uşağa verməklə razılaşdıqda, valideynlər özləri belə istəmədən, uşağın bu cür düşünməsinə icazə verirlər: Ah-vay və yola gətirməklə hər şeyə nail olmaq olar və ananın «Yox» sözünü ciddiyə almaq lazım deyil. İşlədilməsi lazım olan cümlə: «Başa düşürəm ki, çox istəyirsən..., amma bilirsən ki, bunu sənə icazə verə bilmərəm.» 


3. Əgər bir də belə etdiyini görsəm — sən görərsən!

 

Praktikanın göstərdiyi kimi, təhdidin davamı işin nəticəsinə gedib çatmır. Yəni, çox vaxt valideynlər övladlarını cəzalandırmaq istəsələr də, cəzalandırmırlar. Nə ana, nə də ata cəzalandırmanı yerinə yetirmirlər, uşaq isə, nəticədə fəqət bərk qorxmuş olacaq. Uyğun cümlə uşaqlarda inciklik və bacarısızlıq yaradır. Balacanızı qorxutmayın. Uşaq bu və ya əks təqdirdə nəyi gözləməyin lazım olduğunu dəqiq bilməlidir. Valideynlərin gözlənilməz qırılmaları yaxşı bir şeyə səbəb olmayacaq. İşlədilməsi lazım olan cümlə: «Mən sənə bu işin nəticəsi barədə xəbərdarlıq etmişdim, buna görə də incimə, gərək verdiyim sözü tutum.» 


4. Dedim ki, dərhal dur gözlə! 

 

Bu cür kəskin şəkildə uşaqla danışmağa dəyməz. Bu ki, sizin övladınızdır! Əgər özünüzdən çıxmısınızsa, ən yaxşısı üzr istəyin. Axı, uşaq özünü mütləq şəkildə səhv hesab etdiyi üçün inciyir. «Saxlamaq» əvəzinə etiraz etməyə başlayacaq — uşaqlar ağlayır və şıltaqlıq edir, yeniyetmələr isə, susaraq gedib, özlərinə qapılırlar. Ümumiliklə, hər nə cür edirsən, et, bu cümlə istənilən məqsədə çatmağa yardımçı olmayacaq. İşlədilməsi lazım olan cümlə: «Mən görürəm ki, bikefsən, bu haqda sən sakitləşdikdən sonra danışarıq.» 


5. Bunu anlamalısan ki… 

Bir çox uşaqlarda bu cümləyə qarşı mühafizə reaksiyası və onun zəhlətökən davamı yaranır. Uşaq öyüd-nəsihət anlamır və sizə qulaq asmadan başqa bir şeyə qoşulur. Nəsihətin daha pis qəbul edilməsi, uşaqların həyəcanlı, məyus və ya qəzəbli anlarında olur. Yadda saxlayın, o da hər hansı bir «problemi» ortaya çıxmış bir insandır və hal hazırda onun dərdindədir və sizin hətta məntiqi və düzgün qərarınızı belə heç cür qəbul etmir. İşlədilməsi lazım olancümlə: «Bu barədə nəzər nöqtəni dinləməyə hazıram, — Gəl, səninlə bir az gəzək, rəsm çəkək və s. 


6. Oğlanlar (qızlar) özlərini bu cür aparmır!

 

Bunu daim təkrarlayaraq, övladlarını bəlirlənmiş stereotplərlə cilalayırlar. Yaşa dolduqda belə, artıq böyümüş olan oğlan şəxsi emosionallığını layiq olmayan bir şey kimi qəbul edəcək, qız isə — qadına layiq olmayan sənət və ya yetərincə yığışdırılmamış ev səbəbiylə kompleks hiss edəcək. İşlədilməsi lazım olan cümlə: „Doğurdanmı, bu sənin xoşuna gəlir?" 


7. Boş şeyə görə məyus olma! 

 

Ola bilər ki, bu, övlad üçün boş bir şey deyil. Öz uşaqlığınızı yadınıza salın! Bəli, uşaq — ona maşın verilmədiyi üçün və ya kubiklərdən yığılmış ev dağıldı deyə, kədərlənə bilər. Axı, onun kiçik dünyasında maşın və evcik — ən əsas şeyin özüdür! Uşağın problemlərinə qarşı etinasızlıq göstərərkən, onun etibarını itirməklə və gələcəkdə övladınızın heç də boş bir şey olmayan digər problemlərini bilməməyəcəyinizə dair risk edirsiz. Yəni, siz onun problemlərini boş bir şey olduğunu dilinizə gətirərək, həm etibarınızı itirir, həm də onun bir daha sizə problemini deməyəcəyinə zəmin yaradırsız. İşlədilməsi lazım olan cümlə: „Bilirəm, sənə necə ağır gəlir, mən də sənin yerində olsaydım, bikef olardım." 


8. Sağlamlığımı qoru! 

 

Çox vaxt bəzi analar bunu övladlarına deyir. Amma anlayın, gec-tez bunların hamısı ciddiliyini itirir, eynən „Çoban və canavarlar"ın nağılı kimi. Ananın özünü həqiqi cəhətədən pis hiss etməsi zamanı övlad adət səbəbindən diqqət göstərməyə bilər. Düşünəcək ki, ana yalnız səs salmasın, atdanıb-düşməsin, oyunamasın və s. deyə şikayət edir. 


9. Yox, bunu almayacağıq — pul yoxdur! 

 

Hər şeyi ardıcıl almağın niyə mümkünsüz olmasını uşağa başa salmaq çətindir. Amma belə çıxır ki, əgər ana və atanın pulu olsa, dükanda hər bir şeyi almaq mümkündür! Uşaq bu cümləni məhz bu cür anlayır. Məgər ana və atanın bu cür deməsi yaxşı deyilmi: „Sənin bu cür oyuncağın artıq var", „Çox şokolad yemək ziyandır". Bəli, başa salmaq hər zaman çətindir! Lakin uşaq valideynlərin bunu nə üçün onun üçün almadıqlarını anlamalıdır. 


10. Hamının uşaqları uşaq kimidir, sən isə... 

 

… Allahın bəlası, pinti, axmaq və s. bu kimi sözləri uşaqların boynundan „asmaq" lazım deyil! Bu özünə dəyər verməyi alçaldır və həqiqətən uşaq onlara uyğun gəlməyə başlayır. 


İşlədilməsi lazım olan cümlə: "Mən sənin yaxşı tərəfini də, pis tərəfini də sevirəm".






DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...

Həmçinin oxuyun:
Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

Uşaqlar valideynlərini necə idarə edir?

Uşaqlar valideynlərini necə idarə edir?

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Övladlarla necə davranmalı?- Anaların diqqətinə!- Bunları etsəniz...

Övladlarla necə davranmalı?- Anaların diqqətinə!- Bunları etsəniz...

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Övladınızın davranışı xoşunuza gəlmirsə, səhvi özünüzdə axtarın- DİQQƏT

Övladınızın davranışı xoşunuza gəlmirsə, səhvi özünüzdə axtarın- DİQQƏT

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

XƏTALARA GÖZ YUMUN

XƏTALARA GÖZ YUMUN

Valideyinlərə Pedaqoji məsləhət -1 ÇALIŞIN FİKİR BİRLİYİNƏ ÇATASIZ

Valideyinlərə Pedaqoji məsləhət -1 ÇALIŞIN FİKİR BİRLİYİNƏ ÇATASIZ

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?