AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
17 noyabr 2017
4 352


Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!



Uşaq yalanı bir əyləncə də ola bilər, amma adətən daha ciddi problemlərə işarədir və buna diqqətlə yanaşmaq lazımdır.

 

Əgər uşaq yalan danışırsa, bu zaman hansı fikirlər yarana bilər?

 

Uşaq psixoloqu Lorens Katner uşağı yalana motivasiya edən 5 əsas səbəbləri sadalayır:

 

CƏZA QORXUSU. Uşaqlar cəzalanmaqdan qorxurlar. Əgər valideynlər uşaqlarını doğrudan da cəzalandıra və onlardan real olmayan nə isə gözləyirlərsə. Məsələn, valideyn istəyir ki, 8 yaşlı oğlu əla oxusun və hər gün əla qiymət alsın, ancaq bu, belə olmayan halda uşaq cəzalanır və futbol oynamaq üçün həyətə buraxılmır. Təbii ki, belə vəziyyətdə futbola böyük həvəsi olan uşaq yaxşı qiymət almadığı halda bunu valideyndən gizlədəcək, yaxud "yaxşı cavab verdim, amma müəllim qiymət yazmadı" kimi yalanlar danışacaq.

 

MƏNLİYİN ARTIRILMASI. Məktəbli uşaqlar dostları arasında statusunu artırmaq və yaxşı görünmək üçün yalan danışırlar. Məsələn: məşhur idmançı, aktyor, müğənni ilə rastlaşdığını və ya çox zəngin olduqlarını yoldaşlarına söyləyirlər. Əgər lovğalıq halları vaxtaşırı müşahidə olunursa, narahatçılığa səbəb yoxdur. Amma uşaq öz statusunu artırmaq üçün təkrarən yalan danışırsa, bu, uşağın ozündən tam narazı olmağına işarə edən ciddi bir siqnaldır. Bu hallarda aydınlaşdırmaq lazımdır ki, uşaq hansı səbəbdən özünü alçaldılmış və xeyirsiz hesab edir? Bəlkə məktəbdə yoldaşları uşağa lağ edir, fikir vermirlər?

 

ETİRAZ. Bir çox uşaqlar üçün yalan - məhdudiyyətlərə əks getmək, valideynlərinin avtoritetinə çağırış atmaq üsuludur. 10-12 yaşlarında uşaqlar düşünürlər ki, hər bir şeyi valideynə söyləməyə ehtiyac yoxdur və valideynin sualını hökm, təzyiq kimi qəbul etdikləri zaman yalan danışa bilərlər.

 

ŞƏXSİ SƏRHƏDLƏRİN TƏYİNİ. Uşaq böyüdükcə müstəqilliyinin, şəxsi həyatının və şəxsi məsafəsinin olmasının vacibliyini kəskin hiss edir. Valideynin nəzarəti və himayəsi artdıqca, uşaq daha da çox sirr saxlayır və yalan danışır. Hətta ondan əl çəkilməsi məqsədilə, kobudluğa da yol verə bilirlər: "Sən hara gedirsən?" - "Heç yerə!", "Nə iş görürsən? - "Heç nə!", "O kimdir?"- "Sən onu tanımırsan!".

 

AİLƏDƏ OLAN PROBLEMLƏR. Uşaq daim yalan danışırsa, bu, ailədə hər hansı bir problemin olmasına işarədir. Əsasən də, yalana oğruluq və vandalizm (ətrafda olan əşyalara ziyan verilməsi) qoşulan zaman. Əgər uşaq tərəfindən yaranan pisliklərin qurbanı ailə üzvləridirsə, bu, ciddi diqqət mərkəzində olmalıdır, çünki sözlərdən daha ifadəli olan yardıma çağırış ümidsizlik hallarına işarə edə bilər. Adətən boşanan ailələrin uşaqlarında belə hallara tez-tez rast gəlinir. Bəzi hallarda isə uşaqlar öz hərəkətləri ilə valideynləri yenidən birləşməyə sövq edirlər.

 

Pediatr Şəhla Rüstəmova




Загрузка...
Həmçinin oxuyun:
XƏTALARA GÖZ YUMUN

XƏTALARA GÖZ YUMUN

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Uşaqlarda davranış pozuntuları... PROBLEM

Uşaqlarda davranış pozuntuları... PROBLEM

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Dəcəl, yoxsa hiperaktiv?– UŞAQLARINIZI TANIYIN!

Dəcəl, yoxsa hiperaktiv?– UŞAQLARINIZI TANIYIN!

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Direktor müavini ona böhtan atan ərini məhkəməyə verdi

Direktor müavini ona böhtan atan ərini məhkəməyə verdi

Uşaq psixologiyasını bilirsinizmi?

Uşaq psixologiyasını bilirsinizmi?

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”