AzTehsil.com


Xəbərlər
13 noyabr 2017
2 519


Direktor müavini ona böhtan atan ərini məhkəməyə verdi



Bakıda arvadının ona dostu ilə xəyanət etməsi haqda məlumatlar yayan ər məhkəmə tərəfindən cəzalandırılıb.


Aztəhsil.com xəbər verir ki, "Qafqazinfo”ya istinadla xəbər verir ki, Yasamal rayonunda məktəblərin birində direktor müavini işləyən qadın məhkəməyə müraciət edərək ərinin onun haqda yalan məlumat yaymaq, böhtan atmaqla şərəf və ləyaqətini alçatdığını iddia edib və buna görə cəzalandırılmasını istəyib.


Belə ki, qadın ərinin yaydığı məlumatların yalan kimi tanınmasını, təkzib məktubu göndərərək üzr istəməsi və mənəvi zərərə görə 30 min manat cərimələnməsini tələb edib.


Şəxsi məlumatların qorunması məqsədi ilə tərəflərin adları tam açıqlanmır. Cütlük 1986-ci ildən evlidir, rəsmi olaraq boşanmasalar da, ayrı yaşayırlar.


Yasamal rayon məhkəməsi qadının iddiasını rədd edib, bundan sonra o, apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərov işə baxaraq müəllimin xeyrinə qərar çıxarıb. Məhkəmə araşdırması zamanı şahidlərin ifadələrinə əsaslanılıb. Qonşusu bildirib ki, qadının əri onlara zəng edərək, arvadının ona dostu ilə xəyanət etdiyini deyib. Həmin məktəbdə işləyən 3 şahid də eyni halın baş verdiyini iddia ediblər.


Məhkəmədə ifadə verən ər isə belə bir məlumat yaymadığını qeyd edib.


Məhkəmə belə qərara gəlib ki, 2 uşaq anası, direktor müavininin özü barədə yalan məlumat yayması, sonra da həmin şəxsləri öyrədərək yalançı şahid kimi istifadə etməsi inandırıcı deyil.


Buna görə də iddiası qismən təmin edilib. Məhkəmə qərarına görə, ər arvadının xəyanət etməsi haqda yalan məlumat yaydığı üçün ondan yazılı formada üzr istəməli, mənəvi zərərə görə də min manat ödəməlidir.




Загрузка...
Həmçinin oxuyun:
Məhkəmənin barəsində müsbət qərar verdiyi müəllim vəzifəsinə qaytarılmayıb

Məhkəmənin barəsində müsbət qərar verdiyi müəllim vəzifəsinə qaytarılmayıb

İşdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi

İşdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ

Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ

Müəllim işdən çıxarıldığına görə məktəbi məhkəməyə verərək qalib gəldi

Müəllim işdən çıxarıldığına görə məktəbi məhkəməyə verərək qalib gəldi

Rektorun nazirliyə qarşı məhkəməsinə ekspert cəlb olunacaq

Rektorun nazirliyə qarşı məhkəməsinə ekspert cəlb olunacaq

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Məktəb rəhbəri dərs ilinin ilk günündə iş otağından xəstəxanaya aparıldı...

Məktəb rəhbəri dərs ilinin ilk günündə iş otağından xəstəxanaya aparıldı...

Dekan müavininin şikayətçi olduğu tələbə ilə bağlı QƏRAR VERİLDİ

Dekan müavininin şikayətçi olduğu tələbə ilə bağlı QƏRAR VERİLDİ

Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı

Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Təhsil Nazirliyinin dələduzluğa görə tutulan sabiq əməkdaşı: "Pulu qaytaracam"

Təhsil Nazirliyinin dələduzluğa görə tutulan sabiq əməkdaşı: "Pulu qaytaracam"

Bağça müəllimi işdən çıxarıldı - Qəribə səbəb

Bağça müəllimi işdən çıxarıldı - Qəribə səbəb

Şamaxı məktəbində QALMAQAL- Direktor ittihamlara cavab verdi

Şamaxı məktəbində QALMAQAL- Direktor ittihamlara cavab verdi

Təhsil şöbəsinin iclasında dava – Müavin müdirə əl qaldırdı?

Təhsil şöbəsinin iclasında dava – Müavin müdirə əl qaldırdı?

Bakıda oğurluq edən şagird azadlığa buraxıldı

Bakıda oğurluq edən şagird azadlığa buraxıldı

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Saxta diplomla işləyən qadın ilin müəllimi seçildi

Saxta diplomla işləyən qadın ilin müəllimi seçildi

Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda

Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi