AzTehsil.com


Xəbərlər / Direktor
29 avqust 2017
3 963


Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI



 

Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbinin müəllimlərindən biri təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş edib.
 
Aztehsil.com Axar.az-ın redaksiyasına da göndərilən həmin məktubda illərdir pedaqoji fəaliyyətlə məşğul olduğunu deyən şikayətçi məktəb direktoru Məmmədova Nailənin müəllimlərdən aylıq haqq tələb etdiyini, onları ağır sözlərlə təhqir etdiyini qeyd edib.
Adının açıqlanacağı təqdirdə direktorun təzyiqi ilə üzləşəcəyindən ehtiyat etdiyini vurğulayan məktub müəllifi 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın hər bayramda "bayrampayı” adı ilə şagirdlərdən müəyyən məbləğdə pul yığdırdığını, məktəbin xadimələrini evində qulluqçu kimi işlətdiyini də iddia edib. Nailə Məmmədovaya qarşı irəli sürülən başqa bir ittiham isə onun uşaqların 1-ci sinifə qəbulu, dərs bölgüsü, attestatların satılması, fond pulu, təmir pulu və s. məsələlərdə suçlanmasıdır.
 
Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün saytın əməkdaşı Sabunçu rayon 187 saylı tam orta məktəblə əlaqə saxlayıb. Özünü direktor müavini kimi təqdim edən şəxs isə jurnalisti təhqir və təhdid edib: 
"Get işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa yaz! "Dux”un varsa, dediklərinin arxasında dayan! Səni məhkəməyə verib başına oyun açaram. Çox ayıb olsun. Sənin "Axar.az"ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun... Tərbiyəsiz!”
 
Sayt yazır ki, özünü "direktor müavini” kimi təqdim etsə də, telefonda danışan şəxs səsinə və intonasiyasına görə onun məhz direktor olduğu şübhəsi yaranır: "Bu cür əxlaq sahibi olan direktor və ya direktor müavininin fəaliyyət göstərdiyi məktəbdə isə işçilərin təhqir edildiyi barədə məktubda yazılanların həqiqət olduğuna inam artır".
 
Təhsil Nazirliyindən məsələ ilə bağlı bildiriblər ki, nazirlik 3-cü şəxslərin müraciətlərinə baxmır. Bunun üçün şikayətçilər birbaşa Təhsil Nazirliyinə müraciət etməlidirlər.



Загрузка...
Həmçinin oxuyun:
“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

'Məktəb direktoru və 40 quldur' – “Sənin ananı ağladajam”

'Məktəb direktoru və 40 quldur' – “Sənin ananı ağladajam”

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Təhsil işçilərinə sahib çıxın!  Ekspertdən VİDEO müraciət.

Təhsil işçilərinə sahib çıxın! Ekspertdən VİDEO müraciət.

Daşkəsəndə direktor məktəbdin həyətində arıçılığa şərait yaradıb-VİDEO

Daşkəsəndə direktor məktəbdin həyətində arıçılığa şərait yaradıb-VİDEO

Valideyndən Mikayıl Cabbarova şikayət..direktor səhlənkarlığı, biganəlik....

Valideyndən Mikayıl Cabbarova şikayət..direktor səhlənkarlığı, biganəlik....

"Vakansiyada yer tuta bilməyən namizəd direktorlardan ibarət ehtiyat baza yaradılacaq"

"Vakansiyada yer tuta bilməyən namizəd direktorlardan ibarət ehtiyat baza yaradılacaq"

“Direktor dedi ki, məktəbə gəlmə, qiymətini yazacağıq…”

“Direktor dedi ki, məktəbə gəlmə, qiymətini yazacağıq…”

Sayt redaktorundan Mikayıl Cabbarova müraciət

Sayt redaktorundan Mikayıl Cabbarova müraciət

ATV pedaqoji ictimaiyyətdən üzr istəməlidir "sadə həqiqəti bilməyən bir şəxs məktəbdə necə yoxlama apara bilər?"

ATV pedaqoji ictimaiyyətdən üzr istəməlidir "sadə həqiqəti bilməyən bir şəxs məktəbdə necə yoxlama apara bilər?"

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Direktorun ölüm səbəbi bilindi

Direktorun ölüm səbəbi bilindi

Məktəb direktorunun əsas bacarıqlarından biri   Direktorun stolüstu kitabından....

Məktəb direktorunun əsas bacarıqlarından biri Direktorun stolüstu kitabından....

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

”2 “qiymət  alan şagirdlərin əsas günahkarı kimdir?”

”2 “qiymət alan şagirdlərin əsas günahkarı kimdir?”

ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb

ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb

Deputat müəllimləri həbs etdirib?

Deputat müəllimləri həbs etdirib?

ATV-nin “Yoxlama”sı  ilə qalmaqal yaşayan direktor vəfat etdi

ATV-nin “Yoxlama”sı ilə qalmaqal yaşayan direktor vəfat etdi

Dekan müavininin tələbələri hədələyən ikinci səs yazısı üzə çıxdı-"İpinizi çox boş buraxmışıq"

Dekan müavininin tələbələri hədələyən ikinci səs yazısı üzə çıxdı-"İpinizi çox boş buraxmışıq"

Təhsil naziri Mikayıl Cabbarov daha bir uğurlu təyinat edib.

Təhsil naziri Mikayıl Cabbarov daha bir uğurlu təyinat edib.

"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"

"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??