AzTehsil.com


Xəbərlər
27 yanvar 2017
8 799


ATV-nin “Yoxlama”sı ilə qalmaqal yaşayan direktor vəfat etdi



ATV-nin “Yoxlama”sı  ilə qalmaqal yaşayan direktor vəfat etdi

Telman Qardaşov insult keçirdikdən sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib


 Baknın 171 saylı orta məktəbinin direktoru Telman Qardaşov vəfat edib. Bizimyol.info saytına verilən məlumata görə, T.Qaraşov dünən metroda insult keçirib və xəstəxanaya yerləşdirilib. Bu gün isə xəstəxanada dünyasını dəyişib. 


Qeyd edək ki, Telman Qaraşov bir müddət əvvəl "ATV” telekanalında yayımlanan "Yoxlama” verilişi ilə qalmaqal yaşamışdı. Məktəb rəhbərliyindən saytımıza bildirilmişdi ki, 6 yanvar 2017-ci il tarixində verilişin aparıcısı Azər İsmayılov 12 nəfərdən artıq idmançı görünüşlü şəxslə gələrək məktəbdə zorla şəkiliş aparmış, təqribən bir saat müddətində məktəbdə böyük ajiotaj yaratmışdır. "Məktəbin müxtəlif ərazilərində, həmçinin icazəsiz siniflərə daxil olaraq tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparıblar.

 

Məktəb rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət verməmiş, özlərini sözün həqiqi mənasında qoçu kimi aparmışlar. Bu qoçu dəstəsinin üzvləri tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluqlar edilmiş, ələ salma tipli suallar verilmiş, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunmuşlar. Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq çəkiliş aparmışlar.

 

Bütün bunlar ciddi narahatçılıq yaratmış, həmin "çəkiliş qrupu”nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında vahiməyə səbəb olmuşdur. Bu hadisədə ən acınacaqlı hal ondan ibarət olmuşdur ki, ATV kanalının əməkdaşlarından biri məktəbin 6e sinif şagirdini kobudcasına itələyərək yıxmış və ona xəsarət yetirmişdir” – deyə məktəb rəhbərliyi bildirirdi.


Məsələnin ictimailəşməsindən sonra ATV telekanalı məsələ ilə bağlı açıqlama verərək ittihamlarla razılaşmayıb. Kanaldan Bizimyol.info saytına bildirilib ki, "Yoxlama” verilişinin ətrafında qoparılan növbəti süni və saxta hay-küy tamamilə əsassızdır: "Həmçinin məlum məktəb rəhbərliyi tərəfindən fəaliyyətlərindəki nöqsanların ifşasının qarşısını böhtan atmaqla örtməyə çalışmaqdan başqa bir şey deyil. Verilişin heç bir çəkilişində hansısa qanunsuzluğa yol verilməyib.

Qeyd edək ki, sözügedən veriliş 10 yanvar tarixində efirə verilib. 

 http://www.bizimyol.info/news/91197.html

 

ATV-nin “Yoxlama”sı  ilə qalmaqal yaşayan direktor vəfat etdi


 

 





Загрузка...