AzTehsil.com


Xəbərlər
11 aprel 2017
3 256


Sayt redaktorundan Mikayıl Cabbarova müraciət



Sayt redaktorundan Mikayıl Cabbarova müraciət

 

Sherg.az saytının redaktoru Ayyət Əhməd təhsil naziri Mikayıl Cabbarova müraciət edib. Müraciətində jurnalist elm yolunda irəliləməsinə yaradılan əngəllərə, pedaqoji fəaliyyətini davam etdirmək üçün ona şərait yaradılmamasına diqqət çəkib.
 
 Jurnalist müraciətində bildirib ki, onun elmi yolu magistratura pilləsi ilə sona çatıb. A.Əhməd qeyd edib ki, heç bir ali təhsil müəssəsi qapılarını onun üzünə açmayıb. Jurnalist dəfələrlə Dillər, Pedaqoji universitetlərdə, İdman Akademiyasında rektorların qəbulunda olduğunu bildirib:
 
Aztehsil.com həmin müraciəti olduğu kimi oxucularına çatdırır:
"Dil səviyyəmi ekspertlərinə yoxlatdırdılar və gözümün qabağında da müsbət rəy verdilər… "Gedin sənədlərinizi Kadrlar Şöbəsinə təqdim edin, növbəti dərs ilində dəvət edəcəklər” deyə sevindirib yola saldılar… Hələ də gözləyirəm… Sonradan dəfələrlə həmin ali təhsil müəssəsinə baş çəksəm də "yer yoxdur, dərs saatı yoxdur.. ştat yoxdur” deyib əli boş yola saldılar”.
 
Jurnalist iddia edib ki, dil bilməyənlər universitetlərə işə cəlb ediliblər… 
"2 ildir magistraturanı bitirmişəm.. Baxıram ki, fransız dilimi itirirəm… Hər ötən gün bir amil, detal passiv beynə keçir” deyən jurnalist təhsil naziri Mikayıl Cabbarova müraciət edirək ondan kömək istəyib:
 
"…şam işığında oxuyub, bir qəpik belə, rüşvət vermədən magistratura pilləsini qazanmış və ixtisasına mükəmməl şəkildə yiyələnmiş bir gənc iş tapa bilmirsə, gənclərin qarşısnda bu cür maneələr varsa, gənclər elmə necə və hansı yolla gələ bilər? Mövcud durum elm yolunu davam etdirmək istəyən gəncləri rüşvətə məcburetmədir”…
 
Elmi yolunu davam etdirmək istəyən jurnalist daha yüksək instansiyalara da müraciət edəcəyini vurğulayıb.
 
aztehsil.com



Загрузка...