Məktəb rəhbəri dərs ilinin ilk günündə iş otağından xəstəxanaya aparıldı...
Müsəlman tatarların kompakt yaşadığı Belozerye kəndinin orta məktəbində hicabla bağlı qalmaqal 2016-cı ilin dekabrında başlayıb. Həmin vaxt məktəbə yenicə direktor təyin olunmuş Vera Lipatova qadın və qızlara müəssisə ərazisinə hicabla daxil olmağı qadağan edən əmr imzalayıb. Mordoviya təhsil nazirinin müavini Qalina Yavkina Belozerye kənd məktəbi müəllimlərinin Yeni il qabağı yığıncağında çıxış edərkən baş örtüyünə qadağanı belə izah etmişdi:”Artıq nə kəndin icra nümayəndəsi, nə də məktəb direktoru hər bir başı örtüklü pedaqoqa görə saatlarla başçı(Mordoviya rəhbəri nəzərdə tutulur-S.L.) qarşısında hesabat verməyə hazırlaşır...”
Bir qrup müəllimə müsəlmanların inancına zidd olmasına və ayrı-seçkiliyə yol verməsinə görə məktəb direktorunun tələblərini yerinə yetirməkdən imtina edərək məhkəməyə üz tutublar. Pedaqoqlar onlara vurulmuş mənəvi ziyana görə direktorun hər birinə 5 min rubl ödəməsini tələb ediblər. Lakin məhkəmə şikayətçilərin bütün iddialarını rədd edib.
Moderator.az