AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
27 noyabr 2017
3 719


Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT



Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Hazırda günümüzün problemlərindən və valdeynlərin ən çox şikayət etdiyi məsələlərdən biri də iki dillilik problemidir. Valideynlərin şikayətləri isə əsasən bu yöndədir: "Uşağım danışa bilmir və 2 yaşı var. O, daha çox evdə yalnız mənimlə əlaqədə olur. Mən rus dilində danışıram. Uşağımla da bu vaxta qədər rus dilində danışmışam. Nənə, baba azərbaycan dilində danışır".


Uşağın danışmasında problem olduğu üçün, loqopedə müraciət etmişik. O arada hər iki dildə sözlər deyir. Mən nə etməliyəm? Hansı dildə bağçaya və loqopedə aparmalıyam...” 


Belə hallarda isə mənim məsləhətim o olur ki, ümumiyyətlə hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, uşağın yaşadığı mühitdə hansı dil üstünlük təşkil edirsə, uşağa həmin dil öyrədilməlidir. Çünki dil irsi deyil, irqidir. Mütəxəssis kimi məsləhət görürəm ki, uşağın dili açılıb nitqi formalaşana kimi, bir dil seçimi etmək daha uyğundur. Əgər ata, ana rus dilli, lakin nənə, baba azərbaycan dilini istifadə edirsə, bu o deməkdir ki ailəni iki dillidir və uşağınızın nitqində bu problem yarada bilər və nitqinə mənfi təsir edə bilər. 


Bəs, bu halda nə etməli? Əgər, siz ailənizdə iki dil istifadə edir və hər bir istifadə etdiyiniz sözləri, uşağınıza başa salırsınızsa, tərcümə edirsinizsə, doğru yoldasınız. Əgər yuxarıda göstərildiyi kimi ana rus dilli, digər ailə fərdləri azərbaycan dilində danışırsa, bu zaman uşağın bağça və ya loqopedi azərbaycan dilində olması məsləhətlidir. Ancaq bir məsələ var ki, əgər uşaqla 2 il müddətində rus dilində danışılıbsa, onu tam yığışdırmaq olmaz.


Çünki istəsək də bunu edə bilmərik və bacarmarıq. Uşağın nitqində mütləq rus dilli sözlər qalır. Uşaq ya salam verəndə, ya sağollaşanda və ya dərs müddətində, rus dilli sözləri istifadə edəcək. Ona görə də həmin anda uşağın istifadə etdiyi sözləri ona tərcümə edərək, başa salaraq, möhkəmləndirmək lazımdır. Məsələn uşağa kökü göstərdikdə, „morkovь" deyirsə, ona bunu həm kök, həm „morkovь" kimi öyrətmək lazımdır. Və hər dəfə uşaq „morkovь" dedikdə, onu başa salaraq bunun rus dilində olduğunu, demək lazımdır.


Bəs, evdə valideynlər nə etməlidilər? Məhz belə hallarda mənim şəxsən hər bir valideynə tapşırığım bu yöndə olur ki, uşağın nitqi açılıb formalaşana kimi mümkün dərəcədə azərbaycan dilində danışsınlar. Əgər uşaq danışmağa başladıqda rus dilində sözlər deyirsə və ya siz valideynlərindən rus dilində söz eşitdiyi zaman onu yönləndirməyə çalışın başa salın ki, bu eşitdiyin rus dilidir və bu söz bu anlama gəlir. Bəzən valideynə elə gəlir ki, "əşi, uşaqdır, o, nə başa düşür?". Amma bu adi görünsə də, diqqət edilməsi gərəkən məqamlardır.


Çünki edilmədikdə mənfi nüanslar yaradır. Əgər uşağınız dil açanda ona tərcümə edərək, hər iki dildən istifadə etsəniz uşağın nitqi ilə bağlı problem yaşamayacaqsınız. Lakin bu təbii ki mütəxəssis kimi məsləhət gördüyüm, alternativ variantdır. Yəni bu o demək deyil ki, iki dil istifadə etmək lazımdır. Yenə də bildirirəm ki, uşağın nitqi açılıb formalaşana kimi, bir dildən istifadə etmək daha məqsədyönlüdür. 


Loqoped Bəsirə Pənciyeva




Загрузка...
Həmçinin oxuyun:
Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Yad sözlərə düşmən münasibət bəsləməyin!- EKSPERT

Yad sözlərə düşmən münasibət bəsləməyin!- EKSPERT

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

Sayalı Sadıqova: “Mouse”a “bələdçi” deməyi informatika mütəxəssisləri təklif edib”

Sayalı Sadıqova: “Mouse”a “bələdçi” deməyi informatika mütəxəssisləri təklif edib”

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

“Hər hansı sözü əvəzləyib işlətmək üçün hoqqabazlıq etmək düzgün deyil”- Musa Yaqub

“Hər hansı sözü əvəzləyib işlətmək üçün hoqqabazlıq etmək düzgün deyil”- Musa Yaqub

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?

Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?