AzTehsil.com


Xəbərlər / Ekspert
26 aprel 2020
2 571


Distant təhsilalma forması və Azərbaycan təhsili



 

Distant təhsil - təhsil müəssisələrində tədrisin informasiya və kommunikasiya texnologiyalarına əsaslanaraq planlandığı və həyata keçirildiyi, fənlərin tədrisinin birbaşa müəllim tərəfindən eyni məkanda olma məcburiyyəti olmadan, sinxron qaydada həyata keçirildiyi təhsilalma formasıdır.

Hal-hazırda distant təhsilin tətbiqi üçün müvafiq qanunvericilik bazası hazırlanır.

Distant təhsil  müəllim və təhsilalanların ( şagird,tələbə və s) internet və İKT vasitələri ilə əməkdaşlığı nəticəsində tədris prosesinin komponentlərinin ( təhsilin məzmun ,forma və məqsədlərini həyata keçirtmək ,eləcə də qarşıya qoyulmuş hədəflərə çatmaq)  həyata keçirildiyi təhsilalma formasıdır .
 
Distant təhsilalma formasının ilk elementləri hələ Avropada XVIII əsrdə ,Rusiyada isə XIX əsrdə poçt vasitəsi ilə müəllimlərin təhsilalanlarla məktublar vasitəsi ilə tədrisi həyata keçirməsindən meydana gəlmişdi.

XX əsrin əvvələrində dünyada telefon və teleqraf xidmətinin geniş yayılmasına baxmayaraq   məsəfadən  təhsil  əvvəlki kimi poçt vasitəsi ilə davam etdirilirdi.

 Televiziya və radionun əhatə dairəsi genişləndikcə ,xüsusi ilə XX əsrin ortalarından , distant təhsildə ciddi dəyişiliklər baş verməyə başladı. Lakin təhsilalanla əks əlaqə yaratmaq mümkün olmadığına görə ( bizim teledərslər kimi ) ciddi çatışmamazlıq ortaya çıxdı.

1969-cu ildə İlgiltərədə ilk dəfə distant təhsil verən ali təhsil müəssəsi – Böyük Britaniya Açıq Universiteti təsis olundu.Bu addım distant təhsilalmanın yeni ,Elmi Texniki Tərəqqi dövründə təhsildə böyük bir inqilab da adlandırmaq olar.Universitetin Açıq adlandırılmasında məqsəd onun əlçatan olması və təhsil almaq üçün tələbələrin auditoriyalara gəlmək zəruriyyəti ilə şərtləndirilməməsi idi. 

Hal –hazırda dünyada bir çox universitet və kolleclər əsasən ditant təhsilalma vormasında təhsil verirlər.( Cənubi Afrika Universiteti ( 1946-cı il ) ,Hegen Fern Universiteti (Almaniya,1974), Milli Texnalogiya Universiteti ( ABŞ ,1984 yalnız mühəndislik istisası üzrə) , Hegen Açıq Universiteti ( Almaniya) , Keyptaun  INTEC kollegi İspaniya  Distanttəhsilverən Milli Universiteti, Böyük Britaniya Açıq Universitetinin Açıq Biznez məktəbi və s .)

XX əsrin 80-ci illərində personal kompyüterlərin kütləvi istehsalı və təhsil prosesinə tətbiqi distant təhsilalma formasının özünün tamamiylə açdı və 1988-ci ildə ilk dəfə Sovet-ABŞ layihəsi olan  " Məktəblərə elektron poçt " tətbiq olundu.

Bizimdə daxil olduğumuz postsovet məkəninda SSRİ-nin süqutu ilə yaranan respublikalarda 90-cı illərdə bütün sahələrdə olduğu kimi təhsil sahəsində 10 ildən çox davam edən dərin böhran distant təhsilalma forması ilə bağlı məsələləri arxa plana keçirtdi. Baxmayaraq ki ,Rusiya Federasiyasında bu distant təhsilalma forması ilə bağlı ilk dəfə hüquqi-normativ sənəd 1997-ci ilə qəbul olunub , ölkəmiz keçən müddət ərzində birmənalı şəkildə bundan imtina edib. 

COVİD-19 pandemiyası dövründə tətbiq edilən teledərslər və "Virtual məktəb " layihəsi müəllimlər üçün yeni olduğundan, istər təhsilalanlər ,istərsə də təhsil verənlər üçün çox ciddi çətinliklər yaradır. Nəzərə alsaq ki , bütün sahələrdə ,o cümlədən pedaqoji sahədə ali və orta ixtisas təhsili müəssələrinə kadr hazırlığı prosesində İKT biliklərinin minimum səviyyədə belə öyrədilməməsi ( məktəblərdə informatika müəllimlərinin böyük əksəriyyətinin İKT bilikləri minumum səviyyədən də aşağıdır ) ,yaranmış vəziyyətdə  müəllimlərimizin böyük çətinliklə üzləşməsinə gətirib çıxardıb.

Eyni zamanda nəzərə alsaq ki ,ehtiyac yaranan zaman müəllimlərinn distant dərs keçməsi onlarla bağlanmış əmək müqaviləsində ,həmçinin kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmaması ,qanunvericiliyə əsas gətirərək müəllimlərin bir qisminin Təhsil Nazirliyinin sözdə könüllü adlandırılan ,işdə isə məcburi  sayılan tələblərini yerinə yetirməməsi ilə nəticələnir.

Əgər Təhsil Nazirliyi bundan sonra distant təhsilalma formasını ciddiyə alarsa , ən yaxşı halda 3-5 il ərzində  ölkəmizdə bu təhsilalma formasının tətbiqində müəyyən nailiyyətlər əldə etmək olar.

P.S. Dövlət mülkiyyətində olan ümumi təhsil məktəblərində çalışan təhsilverənlərin bu ilin sonundan başlanması , gözlənilən sertifikasiyası eləcə də, yayda keçiriləcək  Müəllimlərin İşə Qəbulu  müsabiqəsində müəllimlərin İKT bacarıqlarının yoxlanması əsas şərt kimi qoyulması  distant təhsilalma formasının tətbiqində müsbət təkan vermiş olacaq.
 
Təhsil üzrə araşdırmaçı mütəxəssis  Elşən Qafarov.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

Ali təhsilin sərbəst (eksternat) təhsilalma forması ləğv edilib

Ali təhsilin sərbəst (eksternat) təhsilalma forması ləğv edilib

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

İlk distant təhsil məktəbi

İlk distant təhsil məktəbi

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

BMU-da distant təlimlər

BMU-da distant təlimlər

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

Türkiyə distant təhsil üzrə ikinci yeri tutur

Türkiyə distant təhsil üzrə ikinci yeri tutur

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunda distant dərslər davam edir

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunda distant dərslər davam edir