Xəbərlər
03 aprel 2020
1 590


Türkiyə distant təhsil üzrə ikinci yeri tutur

Türkiyə distant təhsil üzrə ikinci yeri tutur

 

Anadolu agentliyinin məlumatına əsasən, Türkiyə  koronavirus  pandemiyası (COVID-19) ilə əlaqədar ümummilli səviyyədə distant təhsil sisteminə keçən dünyanın ikinci ölkəsidir.  Çin öz vətəndaşlarına ümummilli miqyasda distant təhsil almaq imkanı verən ilk ölkə olub.  Çinin nümunəsini  isə Türkiyə təkrar edib.

Qeyd edək ki, bu gün 1,5 milyarddan çox şagird (87%) dünyanın 184 ölkəsində COVID -19 təhlükəsi səbəbindən təhsil prosesini dayandırmaq məcburiyyətində qalıb.

COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində Türkiyə hökuməti bütün orta məktəblərdə planlaşdırılmamış tətillər  elan edib. Bununla yanaşı, ölkənin Təhsil Nazirliyi qısa müddət ərzində üç telekanal üzrə dərslərin yayımına başlayıb, həmçinin milli təhsil informasiya şəbəkəsinin (EBA) imkanlarını artırıb.

18 milyondan artıq şagird üçün distant təlimə martın 23-də TRT-EBA telekanalının efirində start verilib. Bu zaman distant təhsil müddəti aprelin 30-dək uzadılıb.

İbtidai, orta və ali siniflər üçün dərslər üç müxtəlif televiziya kanalı ilə yayımlanır. Hər dərsin müddəti 20-25 dəqiqədir. Yayım axşama qədər davam edir.

Türkiyənin ən böyük rəqəmsal təhsil platforması olan EBA təhsilalanlara 1600 dərsə giriş imkanı verir. Sistem 20 mindən çox materialı ehtiva edir.
Təhsilalanlar və müəllimlər arasında ünsiyyət prosesini asanlaşdırmaq və dərsləri daha məhsuldar etmək üçün  Təhsil Nazirliyi, həmçinin pilot rejimdə 8 və 12-ci sinif şagirdləri üçün qrup şəklində onlayn məşğələlər proqramını işə salıb. Proqrama,  təxminən 1,7 milyon 8-ci sinif şagirdi və 1 milyon 12-ci sinif şagirdi qoşulub.
 muallim.edu.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi   "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq  Distant  Təhsil  ideyalarını təbliğ edir.

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq Distant Təhsil ideyalarını təbliğ edir.

AzTU nəzdindəki Bakı Texniki Kollecində video dərslər

AzTU nəzdindəki Bakı Texniki Kollecində video dərslər

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

Cənubi Koreyada məktəblərin açılması ilə heç də hamı razı deyil.

Cənubi Koreyada məktəblərin açılması ilə heç də hamı razı deyil.

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi

Təhsil Nazirliyi teledərslərlə bağlı daha bir yenilik edəcək-RƏSMİ

Təhsil Nazirliyi teledərslərlə bağlı daha bir yenilik edəcək-RƏSMİ

BMU-da distant təlimlər

BMU-da distant təlimlər

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”