Xəbərlər / Ekspert
01 aprel 2020
2 414


Distant təhsilə doğru ilk kövrək addımlar.

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

  

Təhsil sistemində  yaranmış məcburi  fasilə  ilə  əlaqəli bütün dünyada  distant  təhsilə keçid baş vermişdir.

Bunula  bağlı YUNESCO müəyyən  işlər planlayır. Belə ki,  YUNESKO koronavirus pandemiyası səbəbindən məktəblərin bağlanması şəraitində distant  təhsilin inkişafı üzrə koalisiya  yaradır. Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib. Təşkilatın verdiyi məlumata  görə məktəblərin qlobal bağlanması prosesi 165 ölkədə 1,5 milyard şagird və tələbənin  təhsilinə təsir göstərib. Bu, dünya üzrə bütün  təhsilalanların 87% - ni təşkil edir.  "Biz əvvəllər heç vaxt tədris prosesinin bu miqyasda pozulmasının şahidi olmamışıq", -deyə təşkilatın baş direktoru Odri Azule  bildirib. O, təhsil prosesinin dayanmaması üçün müxtəlif ölkələri  öz  səylərini birləşdirməyə çağırıb. Baş direktor, həmçinin distant təhsil formalarına keçid zamanı  müxtəlif sosial təbəqələrdən olan şagirdləri üçün təhsilin əlçatanlığının qorunmasının vacibliyini qeyd edib.


Bu məqsədlə  YUNESKO  Təhsil üzrə  Qlobal Koalisiyanın yaradılması prosesinə start verir. Koalisiyanın əsas məqsədi şagirdlərin ən az müdafiə olunan hissəsi  üçün distant təhsilin ən yaxşı variantlarını tətbiq etmək istəyən ölkələrə dəstək verməkdir.  "Biz  internetə çıxışın olmadığı yerlərdə ən həssas qruplara yardım etməli və bu sahədə təcrübənin ötürülməsini sürətləndirməliyik",-deyə  BMT -nin  Qaçqınların İşi üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Angelina Jolinin müraciətində bildirilir. Koalisiya özəl sektorun təhsil və digər iri beynəlxalq şirkətləri (Microsoft və ya Google), qeyri-kommersiya və xeyriyyə fondları kimi beynəlxalq təşkilatları əhatə edir.


Orta məktəblərdə  distant təhsilin kütləvi  tətbiqi bütün dünyada  az və  ya  çox  dərəcədə   müəyyən  problemlər yaradır.  Çünki  gündəlik  rejimdə  distant  formatda  işləyən orta  məktəblər yox  dərəcəsindədir  (inklyuziv təhsildən və  azkomplektli məktəblərdən başqa).    Yaranan   problemlər  əsasən texniki  yönümlüdür.  Məsələn,  RF-da  orta  təhsildə  distant   texnologiyalar  geniş  tətbiq edilməsə də, bunun üçün çoxdan  lazım olan  bütün resurslar  hazırlanmışdır ( həm  özəl sektor, həm də  dövlət sektoru tərəfindən).  İndi  də  bu  resurslara  pulsuz giriş imkanı yaradılaraq   şagirdlərin  distant  təhsil alma imkanı  təmin edilir.

  

Qazaxstan Respublikasında  vəziyyətlə  əlaqədar  bütün müəllim, tələbə və şagirdlərə dövlət  tərəfindən  pulsuz İnternet   imkanı yaradılmışdır.  Az  vaxtda operativ olaraq  80.000  məktəbliyə  dövlət hesabına planşet paylanmışdır.  Bu ölkədə distant təhsilin tətbiqi üzrə  20  illik  təcrübə var.  Ölkədə olan  150-dən artıq  ali  məktəbin və  800-dən artıq  kollecin  80%  distant  təhsil sistemini  illərcə əvvəl qurmuşlar.  Bu səbəbdən distant təhsilə  onlarda  problemsiz keçid mümkün oldu. 

 

Digər  ölkələrdə  də  eləcə, harada ki, vaxtında  işlərini yüksək səviyyədə qura biliblər, distant  təhsilə  yumşaq  keçid  mümkün olmuşdur.    

Bəs  bizdə  nə var, nə yox?  Universitetlərimizdə  distant təhsilin tətbiqi cəhdi ilk günlərdən müəyyən çətinliklərlə, problemlərlə üzləşdi.  İnternetin zəif sürəti  əsas problemlərdən idi.  Distant təhsilin tətbiqi  ilə    bağlı müəllimlər düşüncələrini FB-də paylaşırlar. Bu tip problemlər və suallar təbii ki, hər bir "distant müəllimi”   narahat  edə bilər.  Çünki,   tədrisdə hansı texnologiya tətbiq edilməyindən asılı olmayaraq,  müəllimi  təlimdə keyfiyyət, ünsiyyət, insani münasibətlər, tərbiyə prosesi daha çox  narahat edir. 

 

Hak-hazırda    bu və ya digər şəkildə, heç bir hazırlıq olmadan- texniki, metodiki, kadr hazırlığı, insan kapitalı, maliyyə v.s . məsələlər həll edilmədən universitetlərin distant təhsili tətbiq etmək cəhdi təbii ki, gözlənilən nəticəni verə bilməzdi, uğur verə bilməzdi, bunun xeyrindən çox ziyanı olacaq. Buna   illər lazımdır hələ. Bu addım üzməyi bacarmayan adamların kütləvi şəkildə özünü dənizə atması kimi bir  işdir.   Müqayisəni davam etsək,  biz  sanki,  dənizin sahilində dayanıb, 20 il başqa ölkə universitetlərinin tədricən "üzməyi öyrənməsini" sakit, soyuqqanlılıqla müşahidə etmişik, bu qədər dəyərli  illəri  boşuna  itirmiş.  İndi  Pandemiya  gəlib dənizin sahilində  bizi  haqlayanda,  hamı kimi qurtuluşu  dənizə  atılmaqla  tapmaq istəyirik.   Biz də qonşudan qalma geri prinsipi ilə dənizə atıldıq və  üzmək əvəzinə  hələ çabalayırıq. 


RF, Qazaxstan, Ukrayna, Belorusiya, Özbəkstan  kimi  ölkələr  20 il əvvəl bu işə başladılar, asan olmayan yollarla tədricən irəlilədilər.  İndi  də "dənizdə sərbəst üzürlər".  Bizdə  durum  tam fərqlidir   və  bunun  ciddiliyini  çoxu deyəsən hələ dərk etmir....

UNEC  bu gün  digər universitetlərdən fərqli olaraq  daha  mütəşəkkil şəkildə distant  təhsili  irəlilədə  bilir.    Çünki onlar 5 il yol gəliblər bu günkü səviyyəyə  (nəzərə  alaq ki,   20  il əvvəl də sınaq-səhv metodu ilə bəzi işlər görülmüşdü, distant təhsil haqqında məlumatı olan kadrları var).  Amma  başqa universitetlər  heç  bir  altyapı  yapmadan  nə  uğur qazana bilər ki?  Halva deməklə ağız şirin olmaz. 

RF 1995-ci ildə bu istiqamətdə ilk addımı atmaq üçün xüsusi komissiya yaratdı,  komissiya sədri baş nazirin müavini,  sədr müavini  təhsil naziri, komissiya üzvləri  digər  5  nazir və onların mütəxəssisləri v.s.  5 il ərzində  300 təhsil müəssisəsində  300.000 tələbəni, 30.000 müəllimi   əhatə edən  davamlı eksperiment  aparılıb, bütün  normativ hüquqi baza, texniki, proqram, maliyyə və kadr təminatı məsələləri formalaşdırılıb.   


Bütün bunlardan  sonra  rəsmi şəkildə  distant təhsilə keçid edilidi.  İndi bizdə  nə TN, nə universitetlədə  bu işi bilən komanda, normativ və texniki baza olmadığı  halda,  İnternetin  axsadığı  şəraitdə  belə  problemlər   gözləniləndir.... Amma,  TN  bu  işdə  yüksək  peşəkarlıq və səriştə göstərə bilsə (kurikulum və dərslik hazırlanmasında olan kimi yox), biz  də  bəlkə  5-10 ilə nəsə edə bilərik. Beynəlxalq təcrübədə 10 fakultəsi və   10000 tələbəsi olan universitetin  normal distant təhsil sistemi qurması üçün 10 il vaxt, 20-30 milyon dollar maliyyə lazımdır. Düşünməyək ki,  MS-un Teams proqramı ilə hər şey həll ediləcəkdir. Bu müvəqqəti   olaraq   yaranmış  çətin  vəziyyətdən çıxış vasitəsi ola bilər. 
 
DT sistemini universitetdə  qurmaq  üçün  beynəlxalq standartlara cavab verən xüsusi platforma lazımdır. Distant təhsilin tətbiqinin   ilk günlərində  müəllimlərin narahatlığı həm də bir pedaqoq narahatlığıdır.  Təhsil insanla bağlı sahədir, istənilən təhsil texnologiyası   əvvəlkinə nisbətən yaxşı ola bilər, amma hələ mükəmməlliyə  çox var.  Süni intellekt bu problemləri tam həll edənə qədər yaranan və tətbiq edilən istənilən  təhsil   texnologiyası  hələ  canlı  müəllimə  uduzacaqdır.  Sonrasını  da  həyat göstərər. 
 
Bütün həmkarlarıma   onlayn təhsilə keçid  mərhələsində  bu  - asan olmayan yolda uğurlar arzu edirəm, ruhdan düşməyin, bu iş təhsilinmizin gələcəyidir.  Məmurların davamlı səhvləri ucbatından    20 il vaxt  itirəndən sonra,  nəhayət ki,   gec də olsa,  real  işə  başlamaq istəyirik.   Əgər  indi də biz bunu edə bilməsək, deməli təhsilimiz  qlobal rəqabət nəticəsində  yox olmaq təhlükəsi ilə üzbəüz qalacaqdır.

Dosent  ILHAM  ƏHMƏDOV.  Təhsil eksperti .
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi   "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq  Distant  Təhsil  ideyalarını təbliğ edir.

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq Distant Təhsil ideyalarını təbliğ edir.

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

“Distant təhsil bizdən niyə distant düşüb?”-İndoneziyada işləyən professor cavab  yazıb

“Distant təhsil bizdən niyə distant düşüb?”-İndoneziyada işləyən professor cavab yazıb

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

BMU-da distant təlimlər

BMU-da distant təlimlər