AzTehsil.com
RU


Xəbərlər
07 iyun 2020
1 209


UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi



UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi

 

UNEC-in rektoru, professor Ədalət Muradovun iştirakı ilə İctimai Nəzarət Şurasının üzvləri arasında onlayn müzakirə aparılıb.
UNEC-dən  bildirilib ki, müzakirələrin məqsədi İctimai Nəzarət Şurasının üzvləri ilə distant tədrisin yekunu və distant imtahan sessiyasının müzakirəsini təmin etmək olub.

Milli Məclisin deputatları Hikmət Babaoğlu, Arzu Nağıyev, Etibar Əliyev, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Parlament Jurnalistləri Birliyinin sədri, "Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, "Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun iştirakı ilə keçirilən görüşdə rektor Ədalət Muradov pandemiya dövründə UNEC-də təşkil olunan distant dərslər barədə məlumat verib.
UNEC Ekstern Mərkəzində başlanılan distant dərslərin karantin rejiminin tətbiqindən sonra evlərə köçürülərək davam etdirildiyini diqqətə çatdıran rektor, tədris ilinin əvvəlində nəzərdə tutulmuş akademik cədvəl əsasında gün ərzində 900-1100 distant dərsin təşkil olunduğunu, ümumilikdə isə tədris ilinin sonunadək dərslərin təşkilinin 100 faiz yerinə yetirildiyini deyib. Ə.Muradov virtual dərslərin videoyazılarının, mühazirələrin, tövsiyə olunan materialların siyahısının, eləcə də sınaq imtahanlarının və test suallarının tələbələrin şəxsi kabinetlərinə göndərildiyini bildirib.
Rektor imtahan sessiyasının təşkili qaydaları ilə bağlı tələbələrin mütəmadi olaraq məlumatlandırıldığını, imtahan mərkəzinin rəhbərinin, eləcə də bütün fakültələrin dekanlarının "Facebook” səhifələri üzərindən canlı yayımda tələbələrin suallarını cavablandırdığını qeyd edib. İmtahanlardan öncə tələbələrə sınaq imtahanlarının da keçirildiyini vurğulayıb.
UNEC-də imtahanların proktorinq sistemi əsasında aparılacağını deyən rektor, universitetin 420 əməkdaşına (proktorlara) imtahana nəzarət təlimlərinin keçirildiyini bildirib. Rektor distant təhsillə bağlı tətbiq olunan iki yeniliyi də şura üzvləri ilə bölüşüb. Ə.Muradov UNEC-də Distant Ali Təhsil üzrə Beynəlxalq Forumun təsis olunduğunu və xaricdə yaşayan nüfuzlu alimlərin iştirakı ilə birinci forumun keçirildiyini, eləcə də UNEC Distant Təhsil Tədqiqat İnstitutu yaradıldığını şura üzvlərinin diqqətinə çatdırıb.
Sonra imtahan mərkəzinin direktoru, dosent Söhrab İsayev imtahanlarda tələbələrə edilən güzəştlər və imtahan sessiyasının təşkili qaydaları haqqında məlumat verib.
Deputat Hikmət Babaoğlu pandemiyadan öncə də UNEC-də distant təhsil təcrübəsinin olduğunu və distant təhsilin tətbiqi zamanı İqtisad Universitetinin ölkə ali təhsil müəssisələri arasında öndə olduğunu bildirib. UNEC-in bu istiqamətdə təcrübəsinin təhsilimizə yeni keyfiyyət qazandıracağını deyib.
Osman Gündüz isə UNEC-də imtahanların təşkil olunmasını yüksək qiymətləndirərək, bunun universitetlərin reytinqi baxımından önəmli olduğunu diqqətə çatdırıb.
Pandemiyanın distant təhsillə bağlı təşəbbüslərin sürətli həllinə yeni imkanlar yaratdığını deyən Əliməmməd Nuriyev, İctimai Nəzarət Şurasının üzvlərinə UNEC-də distant imtahanları müşahidə etmək imkanı yaradıldığını yüksək qiymətləndirib. O, distant ali təhsillə bağlı qanunun hazırlanmasının vacibliyini diqqətə çatdıraraq, bu istiqamətdə müsabiqə və qrant layihələrinin təşkil olunması təşəbbüsü ilə çıxış edib. Distant təhsil haqqında qanunların hazırlanması zamanı UNEC təcrübəsinin faydalı olacağını diqqətə çatdırıb.
Sahib Məmmədov isə deputatlara səslənərək, distant təhsil layihələrinin və qanunlarının hazırlanmasının əhəmiyyətndən söz açıb. UNEC-də distant imtahanların keçirilməsi mexanizminin müşahidə olunmasını yeni təcrübənin öyrənilməsi baxımından faydalı olacağını deyib.
Deputat Etibar Əliyev ölkədə distant təhsil mədəniyyətinin formalaşmasının vacibliyindən danışaraq, distant imtahanların təşkilində qarşılıqlı inam və etimadın əsas rol oynadığını vurğulayıb.
Məlahət Mürşüdlü isə UNEC-in hər zaman olduğu kimi, mövcud durumda da məqsədyönlü addımlar atdığını deyib. UNEC-də distant imtahan sessiyası zamanı şura üzvləri tərəfindən müşahidələrin aparılacağını bildirib.
Elşad Eyvazlı ölkə təhsilinin aparıcı qüvvələrindən olan cəmiyyətin distant təhsilə hazırlığı məsələsinə toxunub. Cəmiyyətin bu məsələyə adaptasiyası üçün distant təhsilin mahiyyəti haqqında dolğun məlumatların çatdırılmasının vacibliyindən danışıb.
Deputat Arzu Nağıyev UNEC-də təşkil olunan distant təhsil barədə Milli Məclisdə müsbət fikirlər səsləndirildiyini, bu təcrübənin parlament üzvləri tərəfindən yüksək qarşılandığını deyib. O, UNEC-lə yanaşı, Maliyyə İqtisad Kolecində də dərslərin distant təşkilinin yüksək səviyyədə aparıldığının şahidi olduğunu deyib.
Görüşün sonunda İctimai Nəzarət Şurasının üzvlərinə bütün fakültələr üzrə imtahan cədvəlləri göndərilib. Şura üzvləri iyunun 8-dən başlanacaq yazılı və şifahi distant imtahan sessiyasını izləmək üçün müvafiq linkə daxil olmaqla, cədvəl üzrə istənilən vaxt imtahanları müşahidə edə biləcəklər.



Загрузка...
Həmçinin oxuyun:
İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”

Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

Şura üzvləri: Apelyasiyaya müraciətlər 1 faizdən də aşağıdır

Şura üzvləri: Apelyasiyaya müraciətlər 1 faizdən də aşağıdır

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

UNEC-in 90 illik yubiley tədbirləri onlayn davam etdirilir

UNEC-in 90 illik yubiley tədbirləri onlayn davam etdirilir

Xaricdə təhsilini yarımçıq qoyan azərbaycanlı tələbələrə UNEC-dən təklif

Xaricdə təhsilini yarımçıq qoyan azərbaycanlı tələbələrə UNEC-dən təklif

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

UNEC dekanları tələbələrlə görüşür

UNEC dekanları tələbələrlə görüşür

“Bir Cousera sertifikatı qazanan tələbə yalnız bir imtahandan azad oluna bilər”

“Bir Cousera sertifikatı qazanan tələbə yalnız bir imtahandan azad oluna bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

UNEC-in keyfiyyət elçiləri ilə görüş

UNEC-in keyfiyyət elçiləri ilə görüş

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC