AzTehsil.com


Xəbərlər
12 iyul 2020
1 952


Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov



 

"Ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində geri qalırlar”.


Bu sözləri   Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.

O, universitetlərin onlayn tədrisə nə dərəcədə hazır olmasından söz açıb.


"Distant təhsil hazırki dövrdə universitetlər üçün yeni üfüqlər açır. Ali təhsil müəssisələri distant təhsilə bağlı işlər ortaya qoyacaqlar, çünki digər alternativlər yoxdur.

Bu formada təhsili vermək üçün xeyli təkmilləşdirmələr aparmalıdır. İlk olaraq, müəllim hazırlığına önəm verməlidir. Universitetlərin maddi-texniki bazaları bu prosesə hazır olmalıdır. İnkişaf etmiş ölkələrin tətbiq etdiyi formada distant təhsil sistemi yaradılmalıdır. Azərbaycan reallığında bu mümkündü, yetər ki, ali təhsil müəssisələrimizin rəhbərlərinin bununla bağlı məqsədləri olsun”.

İlqar Orucov dünya ilə müqayisədə bizdə distant təhsilin yüksək səviyyədə inkişaf etmədiyini deyib.
"Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar. Onlar dünyanın tətbiq edib, bəhrələndiyi bu təhsil növündən kənarda olublar. Bunu nə dərəcədə qısa müddətdə təşkil olunacağını deyə bilmərəm, lakin universitetlərimiz öz profillərinə uyğun müxtəlif dövlətlərin ali təhsil müəssisələrinin bu istiqamətdə təcrübələrini tətbiq etməlidilər. Çünki distant təhsil dünyada tətbiq olunan növlərdən biridir və burada yeni nəsə kəşf etməyə ehtiyac yoxdu. Sadəcə qabaqcıl universitetlərin bu istiqamətdə olan təcrübələrindən yararlanmaq lazımdı. Amma burada əsas çətinliklərdən biri ondan ibarətdir ki, tələbələri və müəllimləri bu dönəmdə proseslərə cəlb edə bilək. Bu, tələbələr üçün çox çətin olmayacaq. Çünki yeni nəsil müasir texnologiyaları daha tez və çevik istifadə edə bilir. Tələbə gənclərimizin böyük əksəriyyətində ən müasir mobil cihazlar var. Amma onlar doğru və təhsil məqsədləri üçün istifadə edilməlidir. Ümid edirəm ki, müəllimlərimiz də yeni texnologiyaları mənimsəyəcəklər. Bunun başqa yolu yoxdur. Çünki bizi nə gözləyir heç kim bilmir”.

Qeyd edək ki, aprel ayından etibarən bir çox universitetlər tədris prosesini onlayn davam etdirir.AzEdu. 



Загрузка...
Həmçinin oxuyun:
İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov

İlqar Orucov: MİQ imtahanı zamanı bütün təhlükəsizlik qaydaları təmin ediləcək

İlqar Orucov: MİQ imtahanı zamanı bütün təhlükəsizlik qaydaları təmin ediləcək

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov

Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

İlk distant təhsil məktəbi

İlk distant təhsil məktəbi

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

ADA Universitetinin Prorektoru Gülnur İsparova: “Pandemiyadan sonra yeni bilik və bacarıqlar tələb olunacaq”

ADA Universitetinin Prorektoru Gülnur İsparova: “Pandemiyadan sonra yeni bilik və bacarıqlar tələb olunacaq”

Bu, çıxış yolu deyil, nazirlik hərəkətə keçəcək – Elşən Qafarov

Bu, çıxış yolu deyil, nazirlik hərəkətə keçəcək – Elşən Qafarov