AzTehsil.com


Xəbərlər
04 aprel 2020
1 631


“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl



“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

 

Ölkə ərazisində yayılan koronavirus pandemiyası ilə əlaqədar olaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə artıq bir müddətdir ki, "Mədəniyyət" televiziyasında şagirdlər üçün teledərslər yayımlanır. Gündəlik fənləri tədris edən bu dərslər məktəblilərin mövcud proqramdan geri qalmaması üçün nəzərdə tutulub.

Amma eyni zamanda istifadə olunan bu üsulun müəyyən çatışmazlıqları insanlarda narahatlıq yaradır və təklif olunur ki, distant təhsilə keçid olunsun.

Bəs maraqlıdır, hazırkı zamanda distant təhsilə keçid nə dərəcədə uğurlu ola bilər?

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov teledərslərin distant təhsildən daha üstün olduğunu bildirərək, distant təhsil üçün infrastrukturun olmadığını vurğulayıb:

"Təhsil Nazirliyi, təhsil alanlar üçün hazırkı durum gözlənilən deyildi. Təhsil Nazirliyi bu müddətdə çox düzgün mövqe ortaya qoydu. Baxmayaraq ki, şagirdlər məktəbə getmədi, nazirlik çalışdı ki, onlara evdə də olsa nə isə öyrətsin. Buna görə də uyğun addımlardan biri teledərslərin keçirilməsi idi. Teledərslər layihəsi ortaya gələndə bir çoxları düşündü ki, bu uyğun qərar deyil, uğurlu olmayacaq, interaktivlik təmin olunmayacaq və.s. Bütün bunlar da öz növbəsində cəmiyyəti narahat edirdi və təklif olunurdu ki, distant təhsilə keçid olsun.
Amma distant təhsili Azərbaycanda həyata keçirmək təkcə Təhsil Nazirliyinin qarşısında olan məsələ deyil. Çünki ucqar rayonlarda və Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var. Eyni zamanda, distant təhsillə bağlı infrastruktur da yoxdur. Buna görə ən uyğun addım teledərslərin keçirilməsi idi. Teledərslərin üstünlüyü ondan ibarətdir ki, bu dərslər "Mədəniyyət" kanalında təqdim olunur və sözügedən kanal ölkənin istənilən ərazisində yayımlanır. İctimai Şura olaraq biz də bu addıma müsbət yanaşdığımızı bildirdik”.

 

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

 

Təhsil eksperti deyir ki, hər bir müəllimin evdən tələbələrlə əlaqə yartmaq üçün lazımi şəraiti olmalıdır.


 "Hər bir müəllim evdən tələbələrlə məsafədən əlaqə qurmaq üçün lazımi şəraiti qurmalıdır. Yəni telefonla zənglə, ya da internetlə şagirdlər müəllimə sualı ünvanlayanda cavab almalıdır. Çünki teledərslər zamanı şagirddə suallar yarana bilər. Hazırkı durumda biz ilk olaraq Azərbaycan vətəndaşının sağlamlığını düşünürük. Teledərslərdə olan çatışmazlıqlara gələndə isə görüləcək başqa tədbir olmadığı üçün indi ən ideal vasitə budur.

Bundan başqa Təhsil Nazirliyi ilə Microsoft Korporasiyası arasında digər bir layihə üzərində iş gedir. Belə ki, hər bir şagird öz sinfinə uyğun olaraq onlayn dərslərdə iştirak edə biləcək. Bütün bu addımlar ondan ötrüdür ki, şagirdlər evdə təhsildən uzaq düşməsinlər. Təbii ki, bu tədbirlər ənənəvi dərslərlə əvəz oluna bilməz, amma uyğun addım budur. Valideynlər də çalışsın ki, evdə olduqları müddətdə övladlarına daha çox zaman ayıraraq dərslərinə zaman ayrısınlar”, - deyə İlqar Orucov qeyd edib.



 


 





Загрузка...
Həmçinin oxuyun:
İlahiyyat İnstitutunda distant təhsilə start verildi

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi   "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq  Distant  Təhsil  ideyalarını təbliğ edir.

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq Distant Təhsil ideyalarını təbliğ edir.

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

“Dərs vaxtı” proqramına yenilik ediləcək

“Dərs vaxtı” proqramına yenilik ediləcək

Teledərslərin sabahkı CƏDVƏLİ

Teledərslərin sabahkı CƏDVƏLİ

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.

Təhsil Nazirliyi teledərslərlə bağlı daha bir yenilik edəcək-RƏSMİ

Təhsil Nazirliyi teledərslərlə bağlı daha bir yenilik edəcək-RƏSMİ

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Nadir İsrafilov: Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

Teledərslərin yayımı müvəqqəti dayandırılacaq

Teledərslərin yayımı müvəqqəti dayandırılacaq

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

Türkiyə distant təhsil üzrə ikinci yeri tutur

Türkiyə distant təhsil üzrə ikinci yeri tutur

Özəl məktəblər ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar.

Özəl məktəblər ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar.

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək