AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
13 sentyabr 2020
1 725


Karantin dövründə təhsil: Maska taxmaq məcburidirmi? Dərslər necə keçiriləcək? – suallarınıza cavablar



Karantin dövründə təhsil: Maska taxmaq məcburidirmi? Dərslər necə keçiriləcək? – suallarınıza cavablar

 

Sentyabrın 15-dən Azərbaycan məktəblərində dərslər başlayır.

Amma bu il dərslər koronavirus pandemiyası ilə əlaqadər olaraq fərqli şəkildə keçiriləcək. Eləcə də məktəblərdə davranışla bağlı müəyyən qaydaların tətbiqi planlaşdırılır.

BBC News Azərbaycanca bu qaydalarla bağlı sual-cavab hazırlayıb.

Azərbaycanda məktəblərdə dərslər əyani və distant olacaq: Valideynlərə seçim haqqı verilir
Ali məktəbdə təhsil haqqı: keyfiyyət ödənən vəsaitə uyğundurmu?
Birinci sinfə hazırlaşmağa kömək edəcək 7 məsləhət
Hansı siniflər hansı günlərdə məktəbə gedəcək?

Siniflərdən asılı olaraq dərslərin başlama tarixi və forması belə olacaq, Təhsil Nazirliyi bildirib:

I-IV siniflərdə dərslər sentyabrın 15-dən əyani və distant (məsafədən),
V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən),
X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən).
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda məktəblərdə dərslər əyani olaraq həftədə 2 dəfə, əyani formada dərslər digər şəhər və rayonlarda isə həftədə 3 dəfə keçiriləcək.

Valideynlərə övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim haqqı da verilir.

Nazirlər Kabinetinin xüsusi karantin rejimi dövründə Azərbaycanda tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarında bildirilir ki, təhsil müəssisələrinə operativ operativ nəzarət üzrə məsul şəxslər təyin olunacaq.

Onlar virusa yoluxmanın qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə olunması, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsuldur.

Məsul şəxslər məlumatlandırıcı materialların çatdırılmasını təmin edir, dezinfeksiya tədbirlərinə nəzarət edir.

Təhsil müəssisələrinə giriş-çıxış necə olacaq?

Təhsil müəssisələrinə daxil olan şəxslərin hərarəti ölçüləcək. Hərarəti 37.1°C və ya daha yüksək olanlar müəssisəyə buraxılmayacaq.

Qaydalara əsasən, sıxlığın qarşısını almaq üçün təhsil müəssisələri bütün qapıları giriş-çıxış üçün açılmalı, dezinfeksiya vasitələri yerləşdirilməlidir.

Giriş çıxış zamanı sosial məsafənin qorunması üçün məktəblərin girişindəki meydançada yerlər işarələnəcək.

İbtidai və məktəbəhazırlıq qruplarında şagirdlər məktəbi müəllimin nəzarətində tərk etməlidirlər.

Yaşı 65-dən çox olan müəllimlərə qadağalar varmı?

Yaşı 65-dən yuxarı olan müəllimlər əyani formada tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayacaq, lakin onların əməkhaqqı saxlanılacaq.

Əməkhaqqının hesablanmasında distant formada tədris edilən dərs yükü nəzərə alınacaq.

Müəllimlər tibbi maskalardan istifadə etməlidirlər.

Maskadan istifadə etməliyəmmi?

Qaydalarda deyilir ki, təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin seçiminə verilir.

Peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburidir.

Dərs saatları necə olacaq?

Dərslər şagirdlərin sayından asılı olaraq səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçirilir.

Ümumi təhsil müəssisələrində dərslər məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə müəyyən edilib.

Peşə təhsili müəssisələrində dərslər 30 dəqiqə, uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində dərslər 45 dəqiqə davam edəcək.

Qaydalara görə, orta ixtisas və ali təhsil müəssisələrində bir akademik saatın davametmə müddəti 45 dəqiqə müəyyən edilib. Akademik saatlararası fasilə olmadıqda, dərsin müddəti 80 dəqiqə müəyyən edilir.
 
Növbələr arasında dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə nəzərdə tutulur.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərində, cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində dərslər bir növbədə təşkil ediləcək.

Xüsusi internat məktəblərində evdən gələn şagirdlərlə fiziki təmasın məhdudlaşdırılması məqsədilə eyni sinif üzrə təhsil alan, evə gedib-gələn və gecəqalan şagirdlər üçün ayrı-ayrılıqda siniflər təşkil ediləcək.

Dərslərarası fasilələr 10 dəqiqədən az olmamalıdır. Şagirdlər imkan daxilində təmiz havaya çıxarılmalıdır.

Qaydalarda deyilir ki, təhsil müəssisələrində kütləvi tədbirlərin təşkilinə icazə verilmir.

Bundan başqa, təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılır.

Siniflər necə olacaq?

Hər bir sinfin bütün dərs günü üçün bir otaq müəyyən edilir. Digər otaqlardan istifadə zəruri olduqda şagirdlər ora otaqlar dezinfeksiya edildikdən sonra buraxılır.

Hər parta arxasında yalnız bir şagird oturmalı və şagirdlər arasındakı məsafə hər tərəfdən azı 1.5 metr olmalıdır.

Şagirdlər həmişə eyni partadan istifadə etməlidir.

Laboratoriyalarda, tədris-istehsalat emalatxanalarında əlcəkdən istifadə edilməlidir.

Məktəblərdə bufetlər işləyəcəkmi?

İnternat tipli təhsil müəssisələri istisna olmaqla digər müəssisələrdə yeməkxanaların fəaliyyəti dayandırılır. Şagirdlərə sinif otaqlarında qidalanma tövsiyə olunur.

İnternat tipli təhsil müəssisələrində yeməkxanalarda masalar azı 1.5 metr məsafədə düzülməlidir.

Yataqxanalar necə işləyəcək?

Təhsil müəssisəsinin nəzdindəki yataqxanalarda təhsilalanların otaqlarını dəyişməsinə və həmin otağa kənar şəxslərin daxil olmasına icazə verilmir.

Yataqxanalarda çarpayılararası məsafə azı 1.5 metr olmalıdır.

Xəstəlik şübhəsində nə etməli?

Qaydalarda deyilir ki, təhsil müəssisələrində Covid-19 virusu şübhəsi olanlarla bağlı ünsiyyət üçün yetərli sayda qoruyucu geyimlər olmalıdır.

Xəstəlik şübhəsi olanlar valideyninə məlumat verilməklə dərhal yaşadığı yerə göndərilməli və təcili tibbi yardım çağırılmalıdır.

Təhsil müəssisələrində xüsusi karantin otağı ayrılmalı və virus şübhəsi olan şəxslər müvəqqəti orada saxlanılmalıdır.




Загрузка...
Həmçinin oxuyun:
Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb

Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Peşə, orta ixtisas və ali təhsil müəssisələrində maskadan istifadə məcburidir

Peşə, orta ixtisas və ali təhsil müəssisələrində maskadan istifadə məcburidir

Baş nazirdən tədris prosesi ilə bağlı mühüm qərar: Detallar müəyyən olundu

Baş nazirdən tədris prosesi ilə bağlı mühüm qərar: Detallar müəyyən olundu

Sentyabrın 15-də Gürcüstanda yeni tədris ili başlayacaq

Sentyabrın 15-də Gürcüstanda yeni tədris ili başlayacaq

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF

I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF

Tibbi spirtdən istifadə şagirdlər üçün təhlükə yaradacaqmı?

Tibbi spirtdən istifadə şagirdlər üçün təhlükə yaradacaqmı?

Ali məktəblərdə karantin qaydaları necə qorunacaq? - SORĞU

Ali məktəblərdə karantin qaydaları necə qorunacaq? - SORĞU

Pandemiya şəraitində məktəb – gigiyena qaydaları necə tənzimlənməlidir?

Pandemiya şəraitində məktəb – gigiyena qaydaları necə tənzimlənməlidir?

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Şagirdlərin tibbi maskadan istifadəsi məcburi olmayacaq

Şagirdlərin tibbi maskadan istifadəsi məcburi olmayacaq

KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib

KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib

Çində məktəblərdə dərslər bərpa olunur

Çində məktəblərdə dərslər bərpa olunur

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dünya ölkələrində məktəblər bu şəkildə açılacaq

Dünya ölkələrində məktəblər bu şəkildə açılacaq

Rusiyada dərslər fərqli vaxtlarda başlayacaq

Rusiyada dərslər fərqli vaxtlarda başlayacaq

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Müəllimlərin nəzərinə: Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı

Müəllimlərin nəzərinə: Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?