Xəbərlər / Müəllim / Şagird
01 sentyabr 2020
1 766


Tibbi spirtdən istifadə şagirdlər üçün təhlükə yaradacaqmı?

Tibbi spirtdən istifadə şagirdlər üçün təhlükə yaradacaqmı?

 

Nazirlər Kabinetinin qərarı ilə COVID-19 pandemiyası dövründə 2020-2021-ci tədris ilində təhsil müəssisələrində dərslərin başlanma tarixi məlum oldu.
 
Buna baxmayaraq bəzi məqamlar hələ də açıq qalır.

Misal olaraq, həm müəllimlərin, həm də şagirdlərin məktəb binasına daxil olarkən hərarətinin ölçülməsi, tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsi və digər sanitar-gigiyena standartlarının hansı formada olacağı müəyyənləşməyib. Təhsil Nazirliyi standartlarının aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra tətbiqinin nəzərdə tutulduğu deyilib.

Valideynləri düşündürən bir sual isə tibbi spirtlə bağlıdır. Şagirdlərin çantalarında spirt olsunmu? Yaxud məktəbə spirt gətirilməsi ilə bağlı tələb olacaqmı? Təhsil Nazirliyi bu suallara yaxın müddətdə aydınlıq gətirəcək. Hazırda hökumətin qərarı odur ki, sentyabrın 15-dən I-IV siniflərin şagirdləri əyani formada məktəbə getsinlər. Lakin azyaşlıların spirtdən istifadəsi təhlükəli olmazmı?

Təhsil eksperti Elçin Süleymanov "Report”a açıqlamasında bildirib ki, ümumtəhsil müəssisələrində spirt və ya dezinfeksiya vasitələri məktəbin girişində və ya siniflərdə qoyulmalıdır və bu, məktəbin büdcəsi hesabına təşkil olunmalıdır:

"Bunun məktəb üçün elə böyük bir yük olacağını zənn etmirəm. Bu günə qədər spirt və digər dezinfeksiyaedici vasitələrin uşaqlar üçün elə də ciddi fəsadının olması ilə bağlı məlumat yoxdur. Ona görə də bunun şagirdlərin sağlamlığı üçün  ciddi problemə səbəb olacağını düşünmürəm”.

E.Süleymanov xatırladıb ki, xarici ölkələrdə məktəblərdə dezinfeksiya məhlulu məktəbin girişində qoyulur və hər kəsin istifadəsi məcburidir:

"Bizim ölkədə məktəblilərin spirtdən istifadəsi könüllü olmalıdır. Ümumilikdə isə spirt məktəbin girişində və ya müəllimin masasın da ola bilər və dərslər başlayana kimi bütün şagirdlər əllərini dezinfeksiya edə bilər. Buna nəzarəti də  müəllim və ya növbətçi şagird təşkil etməlidir”.

Həkim-terapevt Şəmsiyyə Namazova isə "Report”a açıqlamasında vurğulayıb ki, hər kəs pandemiya dövründə tələb edilən qaydalara ciddi əməl etməlidir:

"XX əsrin uşaqları zehni baxımdan çox irəliləyiblər. Hər bir valideyn öz övladı üçün gigiyenik qaydaları bütün dövrlərdə başa salır. Yəni bu uşaqlar üçün pandemiya dövründə məhz bu qaydalara əməl edilməsi problem olmamalıdır”.

Mütəxəssis əlavə edib ki, məktəblilərin spirtdən istifadə etməsində heç bir maneə görmür:

"Şagirdlərin spirtdən istifadəsinə müəllimləri sinif otaqlarında nəzarət etməlidir. Sinif otağına girən kimi nəzarət altında spirtdən istifadə edilməsi məsləhətdir. Nəinki pandemiya dövründə, eləcə də bütün vaxtlarda xəstə şagirdlərin dərsə gəlməməsi tövsiyə olunur. Valideyn evdə, müəllimlər isə sinifdə spirtdən istifadə ilə bağlı öz tövsiyələrini versin. Hətta hesab edirəm ki, məktəbdə şagirdlərin spirtdən istifadəsi daha maraqlı ola bilər. Müəllim şagirdə, şagird isə sinif yoldaşının əlinə spirt vurmaqla gigiyena qaydalarına əməl etməyi fərqli formada təbliğ etmiş olar”.

Xatırladaq ki, sentyabrın 15-dən tədrisin ibtidai siniflərdə ənənəvi qaydada həftədə 2-3 dəfə olmaqla bərpa olunması, V-XI siniflərdə isə onlayn qaydada dərslərin keçirilməsi planlaşdırılır. V-IX sinif şagirdlərinin 1 oktyabr, X-XI sinif şagirdlərinin isə 15 oktyabr tarixindən ənənəvi şəkildə dərsə gəlməsi nəzərdə tutulur. Oktyabrın 1-dən həftədə 2 dəfə olmaqla məktəbəhazırlıq qruplarında tədrisin başlanması planlaşdırılır. Ali, orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinə də toxunan nazir qeyd edib ki, sözügedən təhsil müəssisələrində tədris sentyabrın 15-dən distant qaydada təşkil olunacaq.

Eyni zamanda, valideynlərin uşaqları məktəbə göndərib-göndərməmək hüququ tanınacaq. Valideynlər məktəbləri məlumatlandırmaqla övladlarının onlayn, yaxud qarışıq üsulla - həftədə məktəbə 2-3 dəfə gəlməklə, digər dərsləri virtual qaydada keçməsini təmin edə bilər.

Təhsil müəssisələrində sonrakı mərhələlərdə tədrisin hansı formada davam etdirilməsi ilə bağlı da mövcud şəraitə uyğun olaraq qaydaların hazırlanması, yeni qərarların qəbulu gözlənilir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə orta məktəblərdə dərslər martın 3-dən təxirə salınıb, tədris yalnız onlayn qaydada aparılıb. 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF

I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib

KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib

Sentyabrın 15-də Gürcüstanda yeni tədris ili başlayacaq

Sentyabrın 15-də Gürcüstanda yeni tədris ili başlayacaq

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Uşaq bağçaları və məktəblərdə tədris necə bərpa oluna bilər? – Ekspertdən TƏKLİF

Uşaq bağçaları və məktəblərdə tədris necə bərpa oluna bilər? – Ekspertdən TƏKLİF

Övladını məktəbə göndərmək istəməyən valideynlərin nəzərinə!

Övladını məktəbə göndərmək istəməyən valideynlərin nəzərinə!

Dezinfeksiya üçün bu vasitələrdən istifadə etməyin – Koronavirusu öldürmür

Dezinfeksiya üçün bu vasitələrdən istifadə etməyin – Koronavirusu öldürmür

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Çində məktəblərdə dərslər bərpa olunur

Çində məktəblərdə dərslər bərpa olunur

Dərslər sentyabrın 15-də başlanacaq - Elçin Əfəndidən AÇIQLAMA

Dərslər sentyabrın 15-də başlanacaq - Elçin Əfəndidən AÇIQLAMA

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib

"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

Dünya ölkələrində məktəblər bu şəkildə açılacaq

Dünya ölkələrində məktəblər bu şəkildə açılacaq

Tibbi maskadan istifadə zamanı bu qaydalara əməl olunmalıdır

Tibbi maskadan istifadə zamanı bu qaydalara əməl olunmalıdır

Baş nazirdən tədris prosesi ilə bağlı mühüm qərar: Detallar müəyyən olundu

Baş nazirdən tədris prosesi ilə bağlı mühüm qərar: Detallar müəyyən olundu

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

“İbtidai sinif şagirdlərinin məktəblərə daha çox ehtiyacı var” - Deputat

“İbtidai sinif şagirdlərinin məktəblərə daha çox ehtiyacı var” - Deputat

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Rusiya məktəbləri necə açır?

Rusiya məktəbləri necə açır?