AzTehsil.com


Xəbərlər / Müəllim
22 avqust 2020
2 188


“İbtidai sinif şagirdlərinin məktəblərə daha çox ehtiyacı var” - Deputat



 

"Yeni tədris ili yaxınlaşır. Hazırda cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri təhsil müəssisələrinin açılıb-açılmamasıdır. Valideyni həm övladının təhsili düşündürür, həm də koronavirus (COVID-19) pandemiyası şəraitində məktəblərin açılmasının xəstəliyə yoluxma hallarının artmasına təsir göstərəcəyi narahat edir".

Bu fikrləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov yeni dərs ilinə hazırlıq, COVID-19 pandemiyası şəraitində təhsil müəssisələrinin fəaliyyətinin bərpası istiqamətində təkliflərə dair münasibət bildirərkən söyləyib.

“İbtidai sinif şagirdlərinin məktəblərə daha çox ehtiyacı var” - Deputat

 

Deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı payızda koronavirus pandemiyasının növbəti dalğasının olacağını elan edib: "Azərbaycanda Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlər müsbət nəticələrini verdi, yoluxanların sayı aşağı düşdü, sağalanların sayı isə xeyli artdı. Ancaq yumşalma prosesi başlandıqdan sonra yoluxma sayının gündəlik artımı müşahidə edilir. Açıq havada restoranların fəaliyyətinə də imkan yaradıldığını nəzərə alsaq, yoluxmada növbəti artımı müşahidə edə bilərik. Əlbəttə, hazırda yoluxanların statistikası tam nəzarətdədir və Operativ Qərargahın hesablamalarına uyğundur. Ancaq qapalı məkanlar, xüsusən məktəblərin açılması bu prosesi nəzarətdən çıxara bilər”.

M.Həsənov Təhsil nazirinin iştirakı ilə Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin bu mövzu ilə bağlı müzakirələr apardığını, çoxsaylı təkliflər verildiyini diqqətə çatdırıb. Səsləndirilən təkliflər sırasında "hibrid tədris”in daha əlverişli olduğunu deyən deputat bu metodla bağlı fikirlərini bölüşüb: "İbtidai sinif şagirdlərinin məktəblərə, qəbul imtahanlarına hazırlaşan abituriyentlərin isə əyani tədrisə daha çox ehtiyacı var. İbtidai və 11-ci sinif şagirdləri üçün dərslərin məktəbdə təşkilinə Təhsil Nazirliyi tərəfindən yenidən baxılmalıdır. Nəzərə almaq lazımdır ki, xüsusilə ibtidai siniflərdə şagirdlərin sayı çoxdur, əksər məktəblərdə onların sayı 30-a yaxındır. Bu sinifləri iki yarımqrupa bölmək, hər yarımqrup üçün həftədə 3 gün tədris müəyyənləşdirmək olar. Həmçinin dərs saatının qismən azaldılması, yəni 45 dəqiqədən 35-40 dəqiqəyə endirilməsi məsələsi aktualdır”.

Milli Məclisin deputatı digər siniflər üçün tədris prosesinin onlayn qaydada aparılmasının daha məqsədəuyğun olduğunu vurğulayıb:

"Hazırda Bakıda müəyyən vaxtlarda sıxlıq yaşanır. Məktəblərin açılması zamanı bu sıxlıq daha da artacaq. Bu isə yoluxmaya öz təsirini mütləq göstərəcək. Bu baxımdan 5-10-cu siniflərin dərsə onlayn qaydada davam etməsi vəziyyətdən çıxış üçün nəzərdən keçirilə bilər. Tədrisi məktəbdə davam edən şagirdlərin temperaturunun ölçülməsi, onların gigiyenik vasitələrdən və qoruyucu maskalardan istifadəsi zəruridir”.



Загрузка...
Həmçinin oxuyun:
Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil nazirindən yeni tədris ilinin başlama qaydaları ilə bağlı - VACİB AÇIQLAMA

Təhsil nazirindən yeni tədris ilinin başlama qaydaları ilə bağlı - VACİB AÇIQLAMA

“Tələbələrin təqaüdləri artırılmalıdır” - Deputat Milli Məclisə təkliflər verdi

“Tələbələrin təqaüdləri artırılmalıdır” - Deputat Milli Məclisə təkliflər verdi

4 maydan sonra 9-11-ci siniflərdə dərslər o halda başlaya bilər ki…

4 maydan sonra 9-11-ci siniflərdə dərslər o halda başlaya bilər ki…

Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur? - AÇIQLAMA

Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur? - AÇIQLAMA

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı, sağalma sayı artdı

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı, sağalma sayı artdı

Finlandiya məktəbləri karantindən sonra

Finlandiya məktəbləri karantindən sonra

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı (RƏSMİ)

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı (RƏSMİ)

Baş infeksionist: Yumşalma yalnız bu halda ola bilər

Baş infeksionist: Yumşalma yalnız bu halda ola bilər

Təhsil Nazirliyinin İctimai Şurasının üzvü yeni tədris ili barədə danışdı

Təhsil Nazirliyinin İctimai Şurasının üzvü yeni tədris ili barədə danışdı

"Onda ibtidai sinfi qonşu Gürcüstandakı kimi 6 illik etmək zəruridir"

"Onda ibtidai sinfi qonşu Gürcüstandakı kimi 6 illik etmək zəruridir"

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

TƏBİB-dən açıqlama: Biz Azərbaycandakı indiki durumu epidemik prosesin sönməsi kimi qiymətləndiririk

TƏBİB-dən açıqlama: Biz Azərbaycandakı indiki durumu epidemik prosesin sönməsi kimi qiymətləndiririk

Bağçalar məktəblərdən tez açıla bilər?..

Bağçalar məktəblərdən tez açıla bilər?..

Deputatdan TƏKLİF: Siniflərdə şagirdlərin sayı 15-dən artıq olmasın

Deputatdan TƏKLİF: Siniflərdə şagirdlərin sayı 15-dən artıq olmasın

Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?

Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?

Şəraitdən asılı olaraq, biz də əksəriyyət çoxluq kimi dərslərin ənənəvi qaydada başlanılmasının arzusundayıq

Şəraitdən asılı olaraq, biz də əksəriyyət çoxluq kimi dərslərin ənənəvi qaydada başlanılmasının arzusundayıq

Türkiyədə yeni dərs ili onlayn başlayacaq

Türkiyədə yeni dərs ili onlayn başlayacaq

Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA

Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA

Baş nazirdən orta məktəblərlə bağlı YENİ QƏRAR

Baş nazirdən orta məktəblərlə bağlı YENİ QƏRAR

ÜST-dən xəbərdarlıq: Koronavirus pandemiyası uzun müddət davam edəcək

ÜST-dən xəbərdarlıq: Koronavirus pandemiyası uzun müddət davam edəcək