AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
29 aprel 2020
9 123


4 maydan sonra 9-11-ci siniflərdə dərslər o halda başlaya bilər ki…



 

Ötən gün Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirdi ki, dünyada karantin rejimindən sonra 9-11-ci, eləcə də ibtidai siniflərdə dərslərin başlaması təcrübəsi tətbiq olunur. Müşavir bu təcrübənin nəzəri olaraq ölkəmizdə də tətbiq oluna biləcəyini vurğuladı.

Maraqlıdır, nazir müşavirinin bu fikri, yəni bölgülər əsasında dərslərin başlaması nə ilə əlaqədardır? Əgər deyilən kimi, 9-11-ci siniflər və ibtidai siniflər arasında dərslər başlasa virusa yoluxma riski necə olacaq?

Məsələ ilə bağlı AzEdu.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirdi ki, hazırki şəraitdə sözügedən siniflər üzrə dərslərə başlamaq yolverilməzdir:

"May ayının 4-dən sonra təhlillər olacaq. Əgər vəziyyət imkan verərsə, ibtidai siniflər və 9-11-ci siniflər dərslərə başlaya bilər. Amma ölkədə yoluxma sayı çox olarsa, bu siniflərin də dərsə başlaması riskli məsələdir. Çünki  toplu şəkildə insanların bir yerə yığılması infeksiyanın yayılması üçün ən əlverişli şəraitdir”.

Təhsil eksperti Elçin Əfəndi deyir ki, ibtidai siniflər üzrə deyil, 9-11-ci siniflər üzrə dərslərə başlamaq lazımdır:

"Məlum olduğu kimi dünyanın bəzi ölkələrində dərslər davam edir, daha çox ölkədə isə bu proses dayandırılıb. Bəzi ölkələrdə isə buraxılış sinifləri üzrə dərslərin başlanması fikri irəli sürülsə də, bu metod hələ də tətbiq edilməyib. Biz pandemiya dövründə dünya təcrübəsinə əsaslanaraq addım atmalı deyilik. Atılacaq addımlar ölkəmizin COVID-19 üzrə nəzarət mexanizminin çevik hərəkətindən asılı olmalıdır.

Hazırda ölkəmizdə COVID-19 virusu üzrə 474 nəfər müalicə alan şəxs var. Səhiyyə Nazirliyinin açıqlamasına görə 3000 nəfərə yaxın vətəndaş da ev şəraitində karantin rejimindədir. Bununla yanaşı, hər gün 25 nəfər üzərindən yoluxma halı qeydə alınır. Ölkə əhalisi 10 milyon 300 min nəfərdən çoxdur. 132640 nəfərdən test götürülüb və onlardan 1717 nəfərində koronavirusa yoluxma faktı aşkarlanıb. Siz təsəvvür edin ki, vaxtında atılmış qabaqlayıcı tədbirlər nəticəsində bu nəticə əldə olunub. Amma bu nəticənin özü belə əhalinin ümumi sayı ilə nisbətdə təhlükəlidir. Mövcud test və yoluxma üzrə bütün əhalini nəzərə alaraq eyniləşdirmə aparsaq, bu zaman daha dəhşətli nəticə üzə çıxar.


Biz ibtidai sinifləri ümumiyyətlə təhlükəyə ata bilmərik. Çünki virusun yoluxmasında aşağı yaş kateqoriyası üzrə də qeydə alınmalar var. Həmçinin,  ibtidailərə dərs deyən müəllimlərin yuxarı yaş kateqoriyasına aid olduğunu nəzərə alsaq, o zaman o müəllimlərin yoluxmasını, eləcə də şagirdlərə virusu keçirməsini də düşünməliyik. ÜST-ün məlumatlarında qeyd olunur ki, virusa yoluxan insan bəzən onu simpitomlarını hiss etmədən də başqasını yoluxdura bilər. Bu isə o deməkdir ki, hər bir şagird yoluxaraq bunu evə daşıya və evdəki ailə üzvlərini yoluxdura bilər. Təsəvvür edin ki, ölkədə təxminən 600 mindən çox şagird aşağı siniflərdə təhsil alır və bu şəxslərin yoluxma və yoluxdurma riski nə qədər yüksək olar.

9 və 11-ci siniflərə gəlincə, ölkəmizdə 122043 nəfər şagird 9-cu, 82782 nəfər şagird isə 11-ci sinif üzrə təhsil alır. Biz dərslərdə üzrlü və üzrsüz iştirak etməyən, təhsildən kənarda qalan şagirdləri nəzərə alaraq təxminən 200000 nəfər şagirdin dərslərə qoşulmasını müzakirə edirik. Bu da özlüyündə bir o qədər ailənin konkret risk qrupuna daxil olması deməkdir. Mən əminəm ki, bu durumda heç bir valideyn övladının sağlamlığını heç nəyə qurban verməz. Və bu səbəbdən də dərs davamiyyəti 100% olmayacaq. Amma təhsil almağın da əhəmiyyətini nəzərə almaq lazımdır. 9 və 11-ci siniflərin buraxılış sinifləri olduğunu, onları qarşıda buraxılış,  müvafiq olaraq kollec və ali məktəblərə qəbul imtahanlarının gözlədiyini nəzərə alsaq, o zaman dərsə qatılmaları mühüm əhəmiyyət kəsb edir. Bu proses isə müvafiq olaraq iki üsulla mümkündür. Birinci üsul hazırda tətbiq edilən onlayn dərslərdir ki, bunu da Təhsil Nazirliyi vaxtında həyata keçirib. İkinci üsul isə canlı dərslərdir. Amma onlayn dərslərdən fərqli olaraq canlı dərslərin pandemiya dövrü üçün təhlükəliliyi çoxdur.
Amma qabaqlayıcı tədbirlər alınarsa, bunu həyata keçirmək olar. Bu zaman şagirdlərin hər birinin qoruyucu maskadan istifadəsi, məktəblərdə həkimlər tərəfindən hər gün dərs başlamadan öncə hərarətin yoxlanılması, ən azı 1,5-2 metr distansiya ilə əyləşmələri nəzərə alınmalıdır. Bunların tətbiqi mümkün olduğu halda dərslərin sırf 9 və 11-ci siniflər üzrə bərpası 10 maydan sonra mümkün ola bilər. Əks halda isə əhalinin bu həssas təbəqəsi dövlət tərəfindən riskə atılmayacaq”.



Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Bu siniflərdə tədris erkən bərpa olunacaq? - RƏSMİ

Bu siniflərdə tədris erkən bərpa olunacaq? - RƏSMİ

Məktəblər yayda açılacaq?

Məktəblər yayda açılacaq?

Dərslər nə zaman başlaya bilər?"- AÇIQLAMA

Dərslər nə zaman başlaya bilər?"- AÇIQLAMA

Elm və təhsil komitəsinin sədr müavini: “Dərs ilinin müddəti uzadıla bilər”

Elm və təhsil komitəsinin sədr müavini: “Dərs ilinin müddəti uzadıla bilər”

Çində məktəblərdə dərslər bərpa olunur

Çində məktəblərdə dərslər bərpa olunur

Koronavirusla bağlı son STATİSTİKA

Koronavirusla bağlı son STATİSTİKA

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Buraxılış və qəbul imtahanları yalnız bu tarixlərdə keçirilə bilər

Buraxılış və qəbul imtahanları yalnız bu tarixlərdə keçirilə bilər

Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub

Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

COVİD-19-a yoluxam ehtimalı yüksəsk olan yerlərin adı açıqlanıb.

COVİD-19-a yoluxam ehtimalı yüksəsk olan yerlərin adı açıqlanıb.

Məktəbli çantasının çəkisi nə qədər olmalıdır?

Məktəbli çantasının çəkisi nə qədər olmalıdır?

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli

Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ