Xəbərlər / Dünya
05 aprel 2020
1 366


Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub

Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub

 

Son sutka ərzində dünyada koronavirus infeksiyasına təxminən 79 mindən çox insan yoluxub, 6 mindən çox insan da bu virusun qurbanı olub.

Barədə Ümumdünya Səhiyyə Təşkilatı özünün gündəlik bülletenində məlumat yayıb.

04 aprel tarixi, Cenevrə vaxtı ilə saat 10:00-a (Bakı vaxtı 13:00) olan statistikaya görə, dünyada 1 051 635 nəfər yeni növ koronavirusa yoluxub, 56 985 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 79 332 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6664 nəfər artıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 583 141 yoluxma və 42 334 ölüm. Sutka ərzində burada yoluxanların sayı 41 333, ölənlərin sayı isə 5231 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 279 543 nəfər koronavirusa yoluxub, 6802 nəfər ölüb.
Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit okean bölgəsi tutur. 04 aprel tarixinə olan məlumata görə, burada 110 362 yoluxma, 3809 ölüm faktı qeydə alınıb.

ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır – 241 703 nəfər. Onun ardınca İtaliya (119 827), İspaniya (117 710), Almaniya (85 778) və Çin (82 875) gəlir.






Загрузка...