AzTehsil.com


Xəbərlər / Video
01 aprel 2020
10 318


Almaniyalı professor koronavirus yalanlarını ifşa etdi



Almaniyalı professor koronavirus yalanlarını ifşa etdi

 

Almaniyanın tanınmış mikrobioloq və infeksionisti Suçarist Bakdi demək olar ki, bütün dünyanı narahat edən koronavirus haqqında fikirlərini bölüşüb. Yoluxucu xəstəliklər üzrə mütəxəssis problemin tamamilə süni şəkildə şişirdildiyini iddia edir. O, bildirib ki, hər gün eyni viruslardan daha çox insan ölür və heç biri çaxnaşmaya səbəb olmur.

Professorun müsahibəsindən vacib məqamları təqdim edirik:

– Demək olar ki, bütün dünya narahatdır və vəziyyət günü-gündən pisləşir. Ümumiyyətlə koronavirus nədir?

– Viruslar bütün dünyada var, həm heyvanlarda, həm də insanlarda tapıla bilər. Bir qayda olaraq, bu cür viruslar tibbi baxımdan heç bir rol oynamır, çünki yüngül qrip simptomları ilə müşahidə olunur, hərarət və ya burun axmasına səbəb olur. Yaşlı insanın bəzi xəstəlikləri varsa, asanlıqla risk qrupuna düşə bilər.

– Ancaq bu qrup viruslardan biri ortaya çıxaraq dünyanı qorxuya salıb.

– Koronavirus Çində aşkarlandı və dünyaya yayıldı. Göründüyü kimi, bu qrup virus əvvəlki viruslardan daha çox ölüm halları ilə müşayiət olunur. Eyni zamanda, oxşar mənzərənin yaşandığı İtaliyadan SOS siqnalı gəldi. Ancaq qeyd etmək vacibdir ki, virusun yayıldığı dünyanın digər bölgələrində koronavirusdan ölüm halları 4 faizdən 6 faizə qədər qeydə alınmayıb. Məsələn, Cənubi Koreyada ölüm faizi təxminən 1, Böyük Britaniyada isə 0,3 faizdir.

"Təxmin deyirəm” çünki … virus özü öldürmürsə, ancaq digər xəstəliklərlə birlikdə məhv edirsə, deməli, ölümlərin məhz virus nəticəsində baş verdiyi deyilə bilməz. Koronavirus ətrafında baş verənlər yalnız səhv deyil, təhlükəlidir. Fakt budur ki, insanlar əsas rol oynayan bir çox digər amillərə əhəmiyyət vermir. Məsələn, Şimali İtaliya ilə Çini birləşdirən nədir? Cavab: Hər iki bölgədə normadan artıq hava çirkliliyi. Axı, İtaliya bir növ Avropadakı Çindir. İtaliya və Çinin çirklənmiş bölgələrində yaşayan insanların ağciyərləri sağlamlıq baxımından daha zəifdir.

– Professor, burada da virus çox yayılıb axı… Almaniya hakimiyyəti ölkədə xüsusi karantin rejimi elan edib.

– Təəssüf ki, bu siyasətçilərin faciəvi səhvidir. Gördükləri bütün tədbirlər heç bir məna vermir. Koronavirus haqqında ən vacib cavablar artıq var. Bu virus yaşlı insanlarda ölümə səbəb olur, yoxsa gənclərdə də eyni hal müşahidə edilə bilər? Cavab tamamilə aydındır.

Hazırda Almaniyada gündə koronavirusdan təxminən 30 ölüm hadisəsi qeydə alınır. Ancaq vurğulamaq lazımdır ki, statistikaya görə, Almaniyada hər gün 65 yaşdan yuxarı 2 min 200 nəfər ölür. Bu 2 min insandan təxminən 1 faizi koronavirus səbəbilə həyatını itirə bilər. (publika.az)




Загрузка...
Həmçinin oxuyun:
Milli Məclis koronavirusla bağlı qanun qəbul edə bilər

Milli Məclis koronavirusla bağlı qanun qəbul edə bilər

Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Tarixin gözəgörünməz düşmənləri.

Tarixin gözəgörünməz düşmənləri.

Koronavirus təşvişindən necə xilas olmalı?-MƏSLƏHƏTLƏR

Koronavirus təşvişindən necə xilas olmalı?-MƏSLƏHƏTLƏR

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

“Dərs vaxtı” - VII - XI siniflər üzrə fizika fənninə dair mövzuların müzakirəsi (14.03.2020)

“Dərs vaxtı” - VII - XI siniflər üzrə fizika fənninə dair mövzuların müzakirəsi (14.03.2020)

Ukraynada virus səbəbindən məktəblər bağlandı

Ukraynada virus səbəbindən məktəblər bağlandı

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Azərbaycanda ölüm halları artacaq -STATİSTİKA

Azərbaycanda ölüm halları artacaq -STATİSTİKA

Koronavirusa qarşı  test sistemi hazırlandı

Koronavirusa qarşı test sistemi hazırlandı

Yeni virus aşkar edildi -DİQQƏT

Yeni virus aşkar edildi -DİQQƏT

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Azərbaycanda məktəblərdə yeni virus yayılıb - FOTO

Azərbaycanda məktəblərdə yeni virus yayılıb - FOTO

Yalan məlumatlar virus qədər təhlükəlidir – ŞƏRH

Yalan məlumatlar virus qədər təhlükəlidir – ŞƏRH

Su çiçəyi dəridə ömürlük izlər buraxa bilər

Su çiçəyi dəridə ömürlük izlər buraxa bilər

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir? -PSİXOLOQ

Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir? -PSİXOLOQ

“Şagirdlərin evdə qalması doğru deyil” - İctimai Şuranın sədri

“Şagirdlərin evdə qalması doğru deyil” - İctimai Şuranın sədri

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi