AzTehsil.com


Xəbərlər / Psixoloq
09 yanvar 2018
3 526


Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir? -PSİXOLOQ



Son dövrlər Azərbaycanda intiharlar – xüsusilə də gənclərin özünəqəsd halları sürətlə artır. Bu insanlar cəmiyyət tərəfindən basqılar, ailədaxili problemlər və bu kimi bir sıra narahatlıqlardan, dözülməz vəziyyətlərdən qaçmaq üçün intihar yolunu seçir. Amma yəqin ki, başqa səbəblər də var...


İntihar edən şəxs müəyyən dövrlərdə depressiyada olduğunu, heç kimlə əlaqə saxlamaq istəmədiyini yaxınlara desə də, adətən, çevrəsi  tərəfindən buna məhəl qoyulmur. Araşdırmalar nəticəsində aydın olub ki, intihar nəticəsində ölən hər yeniyetmə həyatında ən azı bir dəfə intihar etmək istədiyini kiməsə deyib.


Təkcə yanvarın 8-9-da Azərbaycanda 4 gənc intihar edib. 


- Bərdə rayonu Əliyanlı kənd sakini, 23 yaşlı Səfərov Elvin Şamil oğlu özünü asaraq intihar edib.


- Ağdam rayonu Boyəhmədli kənd sakini Cəbiyev Hikmət Araz oğlu Quzanlı qəsəbəsində məskunlaşdığı evin həyətində özünü ağacdan asaraq intihar edib.


- Bakıda, "Ulduz" metro stansiyasında 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu özünü qatarın altına ataraq intihar edib.


- Bakıda Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov özünü dənizə ataraq intihar edib


Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin fikrincə, intihar problemi artıq bütün dünyada qlobal xarakterlidir. Müxtəlif statistik məlumatlara görə, dünyada intiharlar nəticəsində ölənlər sayı müharibə nəticəsində ölənlərdən çoxdur.


Aztəhsil.com xəbər verir ki, psixoloq Ramil Nəcəfli modern.az-a deyib ki, son intiharların şüuraltı baş verdiyi qənaətindədir.

 

O, hesab edir ki, hazırda intiharların səbəbi təkcə-sosial iqtisadi problemlərdən qaynaqlanmır:


"İnsanlar həyata köklənə bilmirlər, çarəsizlik və mənasızlıq duyğuları adamların çoxuna hakim kəsilib. Baxırsan ki, intihar edənlərin əksəriyyəti normal, sakit, həyatda sevilən, qanacaqlı və digər müsbət keyfiyyətləri ilə seçilənlərdir. Hətta bir çoxlarının işi-gücü, pulu da var, lakin yenə də intihar edir. Normal halda insan kəskin şəkildə melanxolik düşüncədə olanda, ümidsizlik, inamsızlıq hiss edəndə, həyatın mənasızlığını fikirləşəndə, adamlara qarşı duyduğu inam və etibarını tam itirəndə intihara meyl edir, özünə qəsd edir. 


Çarəsizlik yoxdur əslində. Çünki baxırsan ki, yaşadığı ölkədə bu kimi adamlardan küsübsə və ya yaşadığı ölkədə həyat artıq mümkün deyilsə, çıxıb xaricə getmək şansı var. Necə ki, bunu bir çoxları edir. Bəs bu intihar edənlər niyə belə davranmır? Bir çarə yoxdumu? Elə mütləq ölümə əl atmalıydılarmı? Demək ki, bu təkcə-sosial iqtisadi bir səbəbdən baş vermir. Ağıl məntiq qəbul etmir. Məntiqi səbəb axtarıb tapa bilməyəndə köməyə psixologiya gəlir. Duyğu, davranış, düşüncə üçbucağında hardasa bir "probka”, bir tıxanma var. Bilirsiniz, elə bilirik ki, bizim davranışlarımızın, hərəktlərimizin səbəbkarı şüurludur. Hər şeydə ağıl, məntiq axtarırıq. Lakin elə deyil. Hərəkətlərimizin, davranışlarımızın çoxu şüuraltı səbəbdən baş verir. İnsan necəsə arzuolunmaz bir iş görür, tutalım 1 saniyənin içində refleks kimi anidən bir iş tutur. Heç fikirləşsəydi bunu edə bilməzdi”.


Ramil Nəcəfli son illərdə insanların dinə, namaza və digər ibadətlərə kütləvi şəkildə gəlməsinin intihara səbəb ola biləcəyini qeyd edib. 


"Biz buna hazır deyilik. Ölkəmiz basdırılmış duyğuların həbsxanasına çevrilir. Onsuz da mentalitetimiz heç ideal deyildi. Bir tərəfdən də dindarlaşmanın gətirdiyi virus acı nəticələr verəcək. Deyəcəksiniz ki, axı dinlə nə əlaqəsi? Axı intihar edənlər dindar deyil.


Dindarlaşma dindarlara şüurlu təsir edirsə də, dindən uzaq adamlara şüuraltı təsir göstərir. Ölüm, o dünya, mənasız həyat, fanilik, qorxular, başqa varlıqların mövcudluğu və sairə kimi toxumlar şüuraltımıza əkilir. Biz istəmədən, ateist olsaq da, dindən uzaq olsaq da beynimizdə oturur və günlərin bir günü istəmədiyimiz addımı atmağa səbəb olur. Anormal bir vəziyyət yaranır. Həqiqi iman və inanc sahibi dinə gəlib xeyir tapır, xilas olur. Dindar olmayan kənardakılarsa bu virusun şüuraltı qurbanına çevrilir. Bu bir növ ateist və dinsiz bir adamın gecə gündüz Allahı söyməsinə oxşayır. Allaha, dinə inanmır. Allah, işi peşəsi Allahdır. Niyə? Çünki bu şüuraltıdır. Ağıl, məntiqi düşüncəylə bunu etmir”.


Psixoloq ruhi xəstələrdən başqa, bütün insanların özünə rahat olan ölüm növünü seçdiyini vurğulayır.


Onlardan bəziləri dərman qəbul edərərk özünü zəhərləyir, böyük qismi asaraq intihar edir və s. Bu intihar növünü seçməyi mütəxəssislər coğrafi şəraitlə də əlaqələndirirlər. Belə ki, dağlıq şəhərlərdə, insanlar özlərini qayadan atırsa, dəniz olan şəhərlərdə suda boğularaq ölməyi seçirlər. Və əksər intihar edən şəxslər hadisədən öncə hansı ölüm növünün asan olduğunu araşdırır.




Загрузка...
Həmçinin oxuyun:
16 yaşlı məktəbli intihar etdi

16 yaşlı məktəbli intihar etdi

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

Sumqayıtda müəllim məktəbdə intihar etdi

Sumqayıtda müəllim məktəbdə intihar etdi

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Azərbaycanlı tələbə oğlandan kövrəldici intihar mesajı: "Ata mən getdim"

Azərbaycanlı tələbə oğlandan kövrəldici intihar mesajı: "Ata mən getdim"

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

İntihar edən müəllimə budur - Foto

İntihar edən müəllimə budur - Foto

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

Ağdamda 11-ci sinif şagirdi intihar edib - “Mənsur dərsdən evə gəlib…”

Ağdamda 11-ci sinif şagirdi intihar edib - “Mənsur dərsdən evə gəlib…”

İntihar edən gəncin tələbə yoldaşı: “Dəfələrlə depressiyada olduğunu demişdi”

İntihar edən gəncin tələbə yoldaşı: “Dəfələrlə depressiyada olduğunu demişdi”

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Uşaq intiharlarının ilkin səbəbləri AÇIQLANDI

Uşaq intiharlarının ilkin səbəbləri AÇIQLANDI

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

8-ci sinif şagirdi özünü fındıq ağacından asdı - “Bax, Elman özünü belə asmışdı”

8-ci sinif şagirdi özünü fındıq ağacından asdı - “Bax, Elman özünü belə asmışdı”

İranlı tələbə sevdiyi qızla dalaşıb intihar etdi - BAKIDA

İranlı tələbə sevdiyi qızla dalaşıb intihar etdi - BAKIDA

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb

Uşaq intiharlarının dəhşətli STATİSTİKASI - Hər 100 min nəfərə...

Uşaq intiharlarının dəhşətli STATİSTİKASI - Hər 100 min nəfərə...

10-cu sinif şagirdinin müəmmalı intiharı:  “Sinif yoldaşlarından ayrılandan sonra...”

10-cu sinif şagirdinin müəmmalı intiharı: “Sinif yoldaşlarından ayrılandan sonra...”

Bakıda müəllim İNTİHAR ETDİ

Bakıda müəllim İNTİHAR ETDİ

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?