AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
05 dekabr 2017
2 657


12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?



Dünən Ağdaş rayonunda 12 yaşlı oğlan intihar edib. Təəssüf ki, uşaqların intiharı ilk dəfə deyil, intiharın yaşı bizim ölkədə çoxdan uşaqlaşıb...
 
Artıq cəmiyyət olaraq bu cür xəbərlərə qarşı laqeydləşmişik. Uşaq intiharı qırmızı xətdə çatıb, di gəl bu yöndə bircə dənə də ciddi araşdırma, tədqiqat aparmırıq, səbəbləri gün işığına çıxarmırıq.
 
Ancaq Ağdaşda baş vermiş intihar hadisəsi ciddi reaksiyalar doğurdu. Səbəb ölən uşağın yazdığı məktubdur. 12 yaşlı İsmayılın məktubu belə başlayır: "Mama, siz bunu oxuyanda sevimli peyğəmbərimizin yanında olacam...”
 
Başqa bir fakt da var. Məlum olur ki, balaca İsmayıl kənd mollasından Quran dərsləri alırmış.
 
İstər-istəməz belə bir təəssürat yaranır ki, uşağı "sevimli peyğəmbərimizin yanına getmək” barədə düşünməyə təşviq edən kənd mollasının aşıladıqlarıdır.
 
Mollaların ətəyində namaz qılmaq fikrim yoxdur. Əksəriyyətinin cəhalət yaydığı da məlum. Ancaq gəlin soyuqqanlı olaq və düşünək görək heç molla da intiharı təqdir edərmi?
 
İntihar səmavi dinlər tərəfindən pislənən əməldir. Allahın verdiyi həyatı insanın son qoyması heç vəchlə qəbul edilmir. Üstəlik onlar nəinki peyğəmbərin yanına getməkdən, cənnətin qapısından keçməkdən belə məhrum olurlar. Bu xüsusda başqa məsələlər də var ki, bu yazıda ona geniş toxunmağı vacib saymıram.
 
Deməyim o ki, İslam da daxil olmaqla səmavi dinlərin heç birində intihar qəbul olunmur və cənnətə girməyin qısa yolu sayılmır. Düzdür, ötən əsrdə xristian aləmində intihara təşviq edən sektalar olub və həmin sekta rəhbərlərinin təşkil etdiyi kütləvi intihar ayinləri də baş verib. Ancaq bu sektaların hər biri xristianlıqdan sapmış təşkilatlar idi.
 
İslamda isə intihar heç bir halda qəbul edilmir. İnanmıram ki, səviyyəsindən asılı olmayaraq hər hansı bir molla uşağı intihara təşviq etsin. Əgər molla uşağı başqa bir əmələ - misal üçün cihada - təhrik etsəydi, yenə başa düşmək olardı. Ancaq "peyğəmbərin yanına getmək üçün” intiharı seçməyə təşviq etməsi heç cür ağlabatan deyil.
 
12 yaşlı bir uşağı belə düşünməyə vadar edən nədir? Lap tutalım hansısa bir molla uşağı "yoldan çıxara” bilib. Bəs uşağa təhsil verən məktəb hardadır? Belə çıxır ki, bir adam o boyda Təhsil Nazirliyinin verdiyi təhsili bir-iki günün içində silib ata bilər və uşağı öz istədiyi istiqamətə yönəldə bilər?
 
Belə yerdə məktəbi molladan maraqsız olan Təhsil Nazirliyini qınamamaq olmur. Sxematik, yaradıcı olmayan quru təhsilin fəsadıdır bunlar. Məktəblər şagirdlərə stimul vermir, şagirdlər məktəbə biyara gedər kimi gedirlər.
 
Halbuki məktəblər uşaqlara həyatı, günəşi, sabahları sevdirməlidir.
 
Bəs, görəsən bizim uşaqlar həyatın əvəzinə ölümü niyə seçir?
 
Niyə?!
 
Suallar çox, cavab isə...
 
Təəssüflənməkdən başqa əldən heç nə gəlmir...
 
Mirmehdi Ağaoğlu



Загрузка...
Həmçinin oxuyun:
Molla yanına gedən şagirdin DƏHŞƏTLİ SONU: “Peyğəmbərimin yanına gedirəm"

Molla yanına gedən şagirdin DƏHŞƏTLİ SONU: “Peyğəmbərimin yanına gedirəm"

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

16 yaşlı məktəbli intihar etdi

16 yaşlı məktəbli intihar etdi

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Azərbaycanlı tələbə oğlandan kövrəldici intihar mesajı: "Ata mən getdim"

Azərbaycanlı tələbə oğlandan kövrəldici intihar mesajı: "Ata mən getdim"

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

İntihar edən müəllimə budur - Foto

İntihar edən müəllimə budur - Foto

8-ci sinif şagirdi özünü fındıq ağacından asdı - “Bax, Elman özünü belə asmışdı”

8-ci sinif şagirdi özünü fındıq ağacından asdı - “Bax, Elman özünü belə asmışdı”

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Ağdamda 11-ci sinif şagirdi intihar edib - “Mənsur dərsdən evə gəlib…”

Ağdamda 11-ci sinif şagirdi intihar edib - “Mənsur dərsdən evə gəlib…”

10-cu sinif şagirdinin müəmmalı intiharı:  “Sinif yoldaşlarından ayrılandan sonra...”

10-cu sinif şagirdinin müəmmalı intiharı: “Sinif yoldaşlarından ayrılandan sonra...”

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Sumqayıtda müəllim məktəbdə intihar etdi

Sumqayıtda müəllim məktəbdə intihar etdi

4 yaşlı uşağı döyən bağça müəlliməsi açıqlama verməkdən imtina etdi- FOTOLAR

4 yaşlı uşağı döyən bağça müəlliməsi açıqlama verməkdən imtina etdi- FOTOLAR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

Bakıda müəllim İNTİHAR ETDİ

Bakıda müəllim İNTİHAR ETDİ