Xəbərlər / Psixoloq / Valideyn / Müəllim
04 dekabr 2017
3 549


"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

Kompüter və sosial şəbəkələrin həyatımızın mərkəzində olması müxtəlif məqsədli oyunların və oyunçuların artmasına gətirib çıxardı. Artıq uşaqlar məhəllələrdə toplaşaraq oynadığımız gizlənqaç, yeddi şüşə kimi ənənəvi oyunları virtual dünyalarındakı kompüter oyunları ilə əvəzləyib.

 

Uşaqları, yeniyetmələri və ümumilikdə gəncləri hədəf seçən oyunların ən dəhşətlilərindən biri son dövrlər məşhurlaşan "Mavi balina" ("Синий кит" / "Blue Whale Challenge") oyunudur. Əslində hər şey çox sadə və maraqlı səslənir. Amma vəziyyət heç də düşündüyümüz qədər sadə və maraqlı deyil.

 

Məlumata görə, oyunu rusiyalı proqramçı Filip Budeykin və qrupu hazırlayıb. Rusiyanın "VKontakte" sosial şəbəkəsindən oyuna qoşulmaq istəyənlərə WhatsApp vasitəsilə xüsusi link göndərilir. Oyuna qeydiyyat zamanı istifadəçilərdən şəxsi və ailələrilə bağlı məlumatlar soruşulur. Oyun ümumilikdə 50 günü əhatə edir və hər gün oyunçulara müxtəlif təhlükəli və qorxunc tapşırıqlar verilir. Bunlar arasında ailədən uzaqda qalmaq, qollarını, əl-ayaqlarını kəsmək, özlərinə müxtəlif işgəncələr yolu ilə zərər yetirmək və bunu sübuta etmək üçün fotolarını çəkmək və s. ən məşhurlarıdır. 

 

Bütün bu tapşırıqları "uğurla" yerinə yetirən oyunçular 50-ci günün sonunda "balina" olmağa haqq qazanır. Elə "oyunun" da kulminasiya nöqtəsi məhz burasıdır. Balina məntiqi ilə hərəkət edənlərdən sonda intihar etmək tələb edilir. Təbii ki, bunu birbaşa demirlər. Yəni son tapşırıq kimi hündür bir yerdən özünü aşağı atmaq və ya asmaq tapşırılır. Oyunun hər mərhələsi tamamlandıqda, iştirakçıları yüksək səviyyədə təbrik edir, onları növbəti mərhələyə hazırlayırlar. Son səviyyə üçün isə xüsusi motivasiya verilir. İntihar mərhələsindən imtina edənlər isə ailələrinə zərər yetirmə, öldürmə ilə şantaj edilir. Bunu ailəsinə deyə bilməyən və onlara zərər gəlməsini istəməyən şəxs də məcbur qalıb intihara cəhd edir.

 

Bu zaman valideynlərin üzərinə xüsusi məsuliyyət düşür. Çünki uşaqlarda hər hansı psixi problemlər, bədəndə yaralar və kəsiklər olduqda, bu barədə mütləq tədbir görməlidirlər. Rusiya, Türkiyə kimi qonşu və eləcə də, dünyanın müxtəlif ölkələrində ümumilikdə 200-dən çox yeniyetmə və gənc bu bəlaya aludə olaraq intihara cəhd edib. 2015-ci ildən başlayaraq 2016-cı ilin aprel ayına qədər 130 nəfərinin sonu təəssüflər olsun ki, ölümlə nəticələnib. Digərləri isə ağır yaralı halda sağ qalıb.

 

Bir neçə gündür Bakıda da bu "oyunun" istifadəçisi olan məktəblilərin olduğu iddia edilir. Paytaxtda intihar edən 2 məktəblinin də məhz bu oyun nəticəsində həyatına son verdiyi deyilir. Bu məqamda həm məktəblilərin özləri, həm müəllimlər, məktəb psixoloqları və rəhbərlik, həm də valideynlər uşaqlara, yeniyetmələrə sahib çıxmalıdır. 

 

İlk dəfə 2015-ci ildə oyun nəticəsində intihar hadisəsi baş verib. Oyunun qurucusu Rusiyada universitetdən qovulan psixologiya fakültəsinin keçmiş tələbəsi Filip Budeykin saxlanılan zaman polisə verdiyi açıqlamada oyunun məqsədi barədə belə deyib: "Mən cəmiyyəti bioloji zibillərdən təmizləmək üçün bu oyunu qurmuşam".

 

Valideynlər övladları ilə daha çox vaxt keçirməli, onların adı qulağa xoş gələn, lakin mahiyyətcə dəhşətli nəticələrə gətirib çıxaran və kimiləri üçün sadəcə oyun, kimiləri üçünsə ölümə aparan yol olan bu prosesə diqqət etməlidir. Peşəkar psixoloji dəstək almaqdan çəkinməməli, övladlarını hansı yaşda olursa, olsun daimi nəzarətdə saxlamalıdırlar. Əks halda onlara nəzarəti siz yox, "bioloji zibil" olaraq görənlər edəcək.

 

Kamil Əmirli

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

16 yaşlı məktəbli intihar etdi

16 yaşlı məktəbli intihar etdi

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Qız uşaqları daha çox depressiyaya düşür

Qız uşaqları daha çox depressiyaya düşür

Sumqayıtda müəllim məktəbdə intihar etdi

Sumqayıtda müəllim məktəbdə intihar etdi

İntihar edən müəllimə budur - Foto

İntihar edən müəllimə budur - Foto

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızla yaşına uyğun davranın

Uşağınızla yaşına uyğun davranın

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Şabranda  "Coca-Cola Məktəbli Kuboku" üzrə növbəti  oyun baş tutub.

Şabranda "Coca-Cola Məktəbli Kuboku" üzrə növbəti oyun baş tutub.

Sentyabrın ən çox satılan oyun avadanlığı “SNES Mini” oldu

Sentyabrın ən çox satılan oyun avadanlığı “SNES Mini” oldu

10-cu sinif şagirdinin müəmmalı intiharı:  “Sinif yoldaşlarından ayrılandan sonra...”

10-cu sinif şagirdinin müəmmalı intiharı: “Sinif yoldaşlarından ayrılandan sonra...”

Azərbaycanlı tələbə oğlandan kövrəldici intihar mesajı: "Ata mən getdim"

Azərbaycanlı tələbə oğlandan kövrəldici intihar mesajı: "Ata mən getdim"