Sentyabrın ən çox satılan oyun avadanlığı “SNES Mini” oldu
"Nintendo” şirkətinin istehsalı olan "SNES Mini” ABŞ bazarında sentyabr ayının ən çox satılan oyun avadanlığı olub.
Məlumata görə, bu barədə "NPD Group” analitik agentliyinin mütəxəssisləri bildirir.
Mütəxəssislər müqayisəli təhlil apararaq müəyyən ediblər ki, sentyabr ayında "SNES Mini”nin satışları ötən ilin nəticələrini 39 faiz üstələyib. Sentyabr ayında istifadəçilər bu avadanlığa təxminən 1,21 milyard dollar vəsait xərcləyiblər.
"SNES Mini”dən başqa, "Nintendo Switch” və "PlayStation 4” oyun avadanlıqları da xüsusi populyarlığa malik olub.
Oyunlara gəldikdə isə, təkcə sentyabr ayında deyil, həmçinin ümumilikdə 2017-ci ildə ən çox satılan oyun "Destiny 2” oyunu olub.