Dünyanın ən cəld və güclü smartfonları - REYTİNQ
Mütəxəssislər dünyanın ən cəld işləyən smartfonlarının reytinqini tərtib ediblər.
Aztəhsil.com riafan.ru saytına istinadən xəbər verir ki, bu reytinqdə "qızıl” və "gümüş”ə "Apple” şirkətinin smartfonları layiq görülüb.
Reytinq mobil cihazların öyrənilməsini həyata keçirən "AnTiTu” əlavəsinin yaradıcıları tərəfindən tərtib edilib.
Əgər avqust ayının nəticələrinə görə, reytinqin zirvəsində "OnePlus 5” və "HTC U11” smartfonları dururdusa, sentyabrda mükafat alan yerlərə yeni "iPhone 8 Plus” və "iPhone 8” smartfonları layiq görülüb.
Üçüncü yeri avqust ayının qalibi "OnePlus 5” tutub.
Bundan başqa, ilk onluğa "HTC U11”, "ZTE Nubia Z17”, "Samsung Galaxy Note 8”, "Xiaomi Mi6”, "Samsung Galaxy S8” və S8+ kimi smartfonlar daxil edilib.
Qeyd etmək lazımdır ki, altınüvəli sensorlu "iPhone 8 Plus” telefonu 2017-ci ilin sentyabr ayında təqdim edilib.