"Samsung"da gözlənilməz istefa- ŞİRKƏT BAŞÇISIZ QALDI
"Samsung Electronics" şirkətinin sədr müavini və baş icraçı direktor Kvon O Xyun istefa vermək qərarına gəlib.
Aztəhsil.com xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Qeyd olunur ki, səlahiyyət müddəti 2018-ci ilin martında bitəcək Kvon O Xyun İdarə Heyətinə yenidən seçilmək niyyətində deyil. O, "Samsung Display"in baş direktoru vəzifəsindən də gedir.
Xatırladaq ki, 2016-cı ildən bu postlarda çalışan Kvon O Xyun "Samsung"un vitse-prezidenti Cey Linin rüşvətxorluqda təqsirləndirilərək həbs edilməsindən sonra faktiki olaraq şirkətə rəhbərlik edirdi.
1985-ci ildən "Samsung"da çalışan Kvon O Xyun şirkətin əməkdaşlarına vida məktubu da yazıb:
"Hesab edirəm ki, şirkət üçün hər şeyi yeni ruhda və gənc rəhbərliklə yenidən başlamaq vaxtı gəlib çatıb. BU, sürətlə dəyişən İT sahəsinin çağırışlarına daha yaxşı reaksiya vermək üçün vacibdir. İndi şirkətə heç vaxt olmadığı kimi yeni lider daha çox lazımdır".