AzTehsil.com


Xəbərlər / Ekspert
06 oktyabr 2017
6 674


Təhsil eksperti Mikayıl Cabbarovu istefaya səslədi



 

Bəli hər şey yoldan başlayır… Biz Azərbaycan müəllimi olaraq yolumuz da bəllidir, məqsədimiz də.

Siz 5 ildir hara gedirsiniz, yolunuz hayanadır, məqsədiniz nədir,  cənab nazir?

Siz Azərbaycan cəmiyyətində təhsilimizin inkişafı ilə bağlı xəyalları və ümidlərin dəfn olunduğu, geriyə yolu olmayan cəhənnəm adasına təhsilimizi sürüklədiyinizin yəqin ki, fərqindəsiniz. Və bir də gənc kadrlara etimadın göstərilməyəcəyinin (çünki siz və komandanız bu fikirlə bağlı olan ümidləri də alt-üst etdiniz) fərqindəsiniz. Özünüz və komandanız təhsil üçün ayrılmış dövlət vəsaitini talamaqla, sağa-sola paket paylamaqla şəffav işləməyiniz haqqında , "mələk obrazına "girməyinizlə bağlı təsəvvürlərin alt-üst olduğunun fərqindəsiniz.. İndi ölkədə nə təhsilverənlər , nə də təhsil alanlar , bir sözlə heç kim bu nağıllara inanmır. … 6 ay ərzində bir dəfə də olsun cəsarətiniz olmadı ki, çıxıb deyəsiniz bu Thomasın kim (ağzına başqa bir dövlətin bayrağını bürüyən , Azərbaycan dövlətinə , onun rəhbərliyinə qara yaxan məqalələri ilə məhşur olan bir xəfiyənin şəkli ilə olan profil sahibi) olduğunu…

Və Thomas necə Thomasdırsa sizin əvəzinizə TN -ni facebookdan idarə edir , təlimatlar verir,  məktəblərdə dərs bölgüsü aparır, müəllimlərin başına min bir oyun açır.

 

Etiraf etməyə cəsarət tapmırsınız ki, deyəsiniz 2013-2016 -cı illərdə 7000-dən artıq müəllim necə işə düzəlib? İşçiləriniz və sevimli Thomasınız hara baxıb 4 il? Və həmin MİQ-dən kənar adlandırdığınız müəllimləri 1 gün ərzində işdən azad etməklə , normadan 4 dəfə artıq vakansiya çıxartmaqla , məktəblərdə dərs bölgüsü aparmaqla ( təhsildə görünməmiş , təsəvvür edilməsi belə gülünc olan addım) insanların səbrini coşdurmaqla , sosial gərginliyi məqsədli şəkildə artırmaqla əsas məqsədiniz nədir? Azərbaycan müəlliminin yolunda bəllidir , məqsədi də.. Nazirlik etdiyiniz 5 il müddətində hələ də bunu öyrənə bilməmisinizsə sizin "Kim, Nə, Harada” ŞHK-da öz intelektiniz sayənizdə çıxış etməyinizə icazə verin şübhə edim.. Və icazənizlə izah edim. -AZƏRBAYCAN MÜƏLLİMİNİN MƏQSƏDİ AZƏRBAYCAN RESPUBLİKASINA XİDMƏT ETMƏKDİR. YOLU İSƏ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVİN VƏ AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVANIN TUTDUĞU YOLDUR ! (Üzrlü sayın bundan böyük şirif yoxdur telefonumda , yoxsa daha yaxşı görünsün deyə daha böyük yaza bilərdim) Sizin yolunuz və məqsədiniz nədir?

Xəyanət, sadə insanların çörəyi ilə oynamaq , islahat əvəzinə ixtilaf aparmaq , təhsil işçilərini onların tutduqları haqq yolundan döndərmək , qızışdırmaq bu yol deyil. Məqsədiniz nədir? – tutduğunuz bu yolda bunu da görməmək mümkün deyil. Yaşıdıq. Mən sizin kimi ingilis dilini bilməsəm də , sizdən və kamandanızdan fərqli olaraq ümumi təhsil sahəsindən az çox xəbərim var. (Bu sahədə 20 il iş stajım var). Və 43 yaşımda Allahdan başqa dayağım olmadı. Bir də cənab Prezidentin bir vətəndaş olaraq hüquqlarımın qarantı olduğuna daim inandım bu gündə inanıram.. Sizin yerinizə olmaq istəməzdim…Amma ən azı belə bir vəziyyətdə istefa verib , xalamuşaqlarını, tələbə yoldaşlarımı, keçmiş iş yoldaşlarımı götürüb səssizcə çıxıb gedərdim. Amma baş verənlərin, təhsilimizə vurduğunuz zərbələrin acısı ,miqyası o qədər böyükdür ki, yəqin ki, bunlara görə Azərbaycan Respublikasının qanunları qarşısında cavab vermək lazım gələcək.. Sözüm çoxdu.. Keçən müddət ərzində qaldırdığım problemlərlə bağlı normalda çağırıb , çağırtdırıb araşdırma aparmalı idiniz. Amma yenə şər, böhtan yalan və qərəzkarlıq. Nifrət və kin (səbəbini mən də bilmirəm) sizin və komandamızın gözünü elə tutub ki… Nə isə.. Çox heyif ..Bir azərbaycanlı olaraq Azərbaycan müəlliminə qarşı aparılan bu sizin islahat , mənim isə ixtilaf adlandırdığım biabrçılıqlara siz rəhbərlik edirsiniz. Bir şeyi bilməyiniz çox vacib idi ki, Azərbaycan müəlliminin ümidi göydə Allaha , vətənimizdə isə cənab Prezidentə və Mehriban xanıma olub, var, və bu həmişə də olacaq. Allah Azərbaycan müəllimini sizdən, Thomas başda olmaqla komandanızdan qorusun.

Nə yaxşı ki, Azərbaycanımızın Lideri cənab İlham Əliyevdir, nə yaxşı ki, təhsil işçilərinin Mehriban xanım Əliyeva kimi böyük himayədarı var.

Elşən Qafarov, təhsil eksperti
 




Загрузка...
Həmçinin oxuyun:
5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Təhsil ümummilli məsələdir. Təhsildə müxalifət olmur.- Təhsil ekspertinin cavabsız SUALLARI

Təhsil ümummilli məsələdir. Təhsildə müxalifət olmur.- Təhsil ekspertinin cavabsız SUALLARI

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Sevimli işinizi necə tapmalı?

Sevimli işinizi necə tapmalı?

Təhsil islahatları bölgə müəlliminin gözü ilə

Təhsil islahatları bölgə müəlliminin gözü ilə

Sizi pis müdir edən 8 QAYDA

Sizi pis müdir edən 8 QAYDA

Tarix müəllimi Cəlilabadda təhsil sahəsində yaşanan özbaşınalıqla bağlı nazirə məktub yazdı - Cəlilabad təhsilində nələr baş verir?

Tarix müəllimi Cəlilabadda təhsil sahəsində yaşanan özbaşınalıqla bağlı nazirə məktub yazdı - Cəlilabad təhsilində nələr baş verir?

Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO

Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO

Ağababa İbrahimov -   Detektivsayağı hekayə

Ağababa İbrahimov - Detektivsayağı hekayə

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Prezidentin fəxri ad verdiyi müəllim işdən çıxarıldı - FOTOLAR

Prezidentin fəxri ad verdiyi müəllim işdən çıxarıldı - FOTOLAR

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

"İndi bildinizmi Azərbaycan təhsilindəki neqativ hallar haradan qaynaqlanır?"

"İndi bildinizmi Azərbaycan təhsilindəki neqativ hallar haradan qaynaqlanır?"

İki–üç diplomlu müəllimənin qızı nazirə müarciət etdi: “Mikayıl əmi, mənim anamı işə götürün”

İki–üç diplomlu müəllimənin qızı nazirə müarciət etdi: “Mikayıl əmi, mənim anamı işə götürün”

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....