AzTehsil.com


Xəbərlər / Cəmiyyət
28 avqust 2017
3 238


"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"



 

Artıq neçə gündür ayrı-ayrı insanlardan üzərimə xahişlər yağır. Bəlkə də son 20 gündə 20-yə yaxın tanışdan, dostdan, tanımadığım vətəndaşlarda müraciət alıram ki, bəs uşağı birinci sinifə qəbul etmirlər, bəhanə də budur ki, məktəbdə boş yer yoxdur. Yaxud da öncədən qeydiyyatdan keçməyib. Hələ litsey adlanan məktəblərdə 1-ci sinif uşaqları üçün guya sınaq imtahanı keçirilib, guya lazımi balı toplamadıqlarına görə məktəbə qəbul etmələri mümkün deyil. Anlayıram ki, məktəblərdə yerlə bağlı problem var, müəllimələrin sinifə götürəcəyi şagird sayı üçün də limit var, yəni obyektiv çətinliklər mövcuddur və bunu sadəcə həmin məktəblərin müdürlərinin üzərinə ittiham olaraq yönəltmək istəməzdim. İnsanlara kömək etmək də imkanım xaricindədir, çünki bütün günü götürüb məktəblərə məktub yazmalıyam ki, bəs filan uşağı məktəbə götürmək sizin borcunuzdur, xahiş edirəm borcunuzu yerinə yetirin. Ancaq bütün bunların həm də bir biabırçılıq tərəfi mövcuddur. Birinci sinfə gedən uşaq ümumiyyətlə niyə sınaq imtahanından və ya müsabiqəsindən keçməlidir? Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsi var. Yazılır ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir! Buyurun, uşaq evinə yaxın məktəbdə oxumaq istəyir, valideyn niyə dağa-daşa düşməlidir uşağını məktəbə qoymaq üçün? Əslində biz dövlət olaraq cəhalətdən, kriminaldan qurtulmaq üçün vətəndaşa yalvarıb övladını məktəbə cəlb etmək əvəzinə, vətəndaş yalvarır ki, mənim uşağımı məktəbə götürün! Valideynlərin tək çıxış yolu var: Evinizə yaxın köşkdən Azərbaycan Respublikasının Konstitusuyası yazılmış kitabçanı alıb onun 42-ci maddəsinin altından xətt çəkin və sizin uşağı məktəbə götürə bilmərik deyilən kimi, istənilən vəzifəli şəxsi bu maddəni oxumağa məcbur edin! Yenə də bir nəticə ortaya çıxmasa dərhal məhkəməyə müraciət edin. Narahat olmayın, məhkəmə mütləq xeyrinizə qərar çıxaracaq, çünki əks halda Konstitusiya pozulmuş olacaq. Neçə illərdir bizdə dərslər sentyabrın 15-də başladığına görə, gündəmdən sentyabrın 1-də qeyd etməyə alışdığımız Bilik günü və ya bayramı deyilən məfhum tamamilə yoxa çıxıb. Bu əslində məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir. Təhsilə gec başlamaq sübh tezdən günəş işığının 3-4 saatını yuxuda keçirməyə bənzəyən bir durumdur. İndi 1 sentyabrda yenə də məktəb olmayacaq, Bilik bayramı da olmayacaq, ancaq nə xoş ki, Qurban bayramı məhz həmin gün olacaq. Bu bayramın da fəlsəfəsi budur ki, Yaradana şükr etmək üçün ona qurban kəsməlisən. Kəsəcəyin qurban da adamdan olmaz, mütləq bəlli heyvan cinsindən olmalıdır. Bu o deməkdir ki, adamdan qurban kəsilmirsə, onun təhsilini də, biliyini də nəyəsə, kiməsə qurban vermək olmaz! Odur ki, kimsə ilk başlanğıcdan körpə fidanlarımıza stress yaşatmasın, bütün səlahiyyətli şəxslər anlamalıdırlar ki, məktəbdə oxumağa başlamaq ali məktəbdə oxumaq deyil, dövlət tərəfindən təmin olunan hüquqdur!

Fazil Mustafa, millət vəkili
 




Загрузка...
Həmçinin oxuyun:
4 gün iş olmayacaq

4 gün iş olmayacaq

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

"2 növbəli məktəblərdə nəinki bu gün, gələcəkdə də məktəbə hazırlıq təlimlərini təşkil etmək mümkün olmayacaq"

"2 növbəli məktəblərdə nəinki bu gün, gələcəkdə də məktəbə hazırlıq təlimlərini təşkil etmək mümkün olmayacaq"

"Guya, dərslər  sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə  nə olacaq ki?"-ekspertlərin rəyi

"Guya, dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə nə olacaq ki?"-ekspertlərin rəyi

"Təhsilin məqsədi bilik olmadığına görə dərslərə bilikdən 15 gün adlayaraq başlayırıq"

"Təhsilin məqsədi bilik olmadığına görə dərslərə bilikdən 15 gün adlayaraq başlayırıq"

"Oxutmuram əl çəkin" və ya “Tələbə vikipediya deyil!”

"Oxutmuram əl çəkin" və ya “Tələbə vikipediya deyil!”

Ramazan tətili başlayır

Ramazan tətili başlayır

Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

4 gün iş olmayacaq

4 gün iş olmayacaq

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi

Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Hansı valideynlər övladını Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində oxutdura bilər?

Hansı valideynlər övladını Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində oxutdura bilər?

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Bu gündən 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu üçün müsabiqə başlayıb

Bu gündən 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu üçün müsabiqə başlayıb

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə