AzTehsil.com


Xəbərlər
13 iyun 2017
5 359


Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi



Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi

 

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Təhsil haqqında” qanuna dəyişiklik məsələsi müzakirə olunub.
 
Aztehsil.com modern.az-a istinadən verdiyi xəbərə görə, qanuna nəzərdə tutulan dəyişiklik barədə məlumat verən parlamentin Elm və təhsil komitəsinin sədri müavini Bəxtiyar Əliyev bildirib ki, qanuna üç dəyişiklik nəzərdə tutulur.
"Birinci dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, ali və orta xistisas məktəblərində hazırlıq kursları müvafiq icra hakimiyyəti tərəfindən təşkil olunacaq.
 
Bildiyiniz kimi ildə 70-80 min abituryent imtahan verir, ancaq onların heç də hamısı ali və orta ixtisas məktəblərinə qəbul ola bilmirlər.
 
Onlar müəyyən bal toplasa da, bakalavr pilləsinə qəbul ola bilmirlər. Qanuna nəzərdə tutulan dəyişikliyin də məqsədi imtahan zamanı müəyyən bal toplayan abituryentlərin təhsildən kənarda qalmamasını təmin etməkdir. Bu şəxslər hazırlıq kurslarına cəb olunacaq. Sonra müvafiq icra hakimiyyəti tərəfindən buraxılış imtahanları müəyyən ediləcək. Hazırlıq kurslarının müvəfəqiyyətlə bitirənlərin ali və orta ixtisas məktəblərinə qəbulu məsələsi müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək”.
Deputat onu da əlavə edib ki, hazırlıq kurslarının ödənişli olması nəzərdə tutulur.
Müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafa dəyişikliyi təqdir edərək bildirib ki, ali məktəblərə qəbul qaydalarını asanlaşdırıb, universiteti bitirməyi çətinləşdirmək lazımdır.
 
"Qoy bir ali məktəbə on minlərlə adam qəbul olunsun, ancaq 10-20 nəfəri diplom ala bilsin. Bununla da pul ölkədə qalır. Bəzən elə olur ki, Azərbaycanda ali məktəbə qəbul zamanı yüksək bal toplayan gənclər xaricdəki ali məktəblərdə təhsilə üstünlük verirlər. Amma onlar da xaricdə təhsili nəzərdə tutulan müddətdə başa vurmurlar.
 
Ona görə də bizdə də diploma almağı çətinləşdirmək lazımdır. Tələbə bilməlidir ki, oxumaq lazımdır”.
Deputat Vahid Əhmədovun hazırlıq kurslarını bitirən abituryentlərin ali məktəbə test və ya testsiz qəbul edilməyəcəyi ilə bağlı qaldırdığı məsələ isə Milli Məclis sədri Oqtay Əsədov tərəfindən etirazla qarşılanıb.
Spiker bildirib ki, bəzən bütün məsələlərdə hansısa xoşagəlməz məqamlar axtarırlar.
"İldə Azərbaycanda 70-80 min abituyent imtahan verir və onun haradasa 40 mini tələbə adını qazanır. Qalanları isə kənarda qalır. Məsələn, ötən il 40 min abituriyent tələbə adını ala bilməyib. Onalrın 20 mini xarici ölkəyə üz tututb. Hazırlıq kurslarının da təşkil olunması məhz xaricə axının qarşısını almağa xidmət edir. Burada digər məqam ondan ibarətdir ki, hazırlıq kursunu bitirən abituriyentin ali məktəbə imtahansız qəbulu nəzərdə tutulmur. Hazırlıq kursunu bitirənlər üçün də yekunda imtahan verməsi nəzərdə tutulur”.
Deputat Qüdrət Həsənquliyev də qanuna nəzərdə tutula dəyişikliyi təqdir edərək bildirib ki, bununla da külli miqdarda valyuta ölkədə qalcaq.
 
"Bu gün Azərbaycanda ali məktəbə qəbul olmayanlar xarici ölkələrə üz tutur. Hansı ki, həmin ölkələrdəki ali məktəblər də elə də reytinqli ali məktəblər deyil. Ora üz tutuanların valideynləri də sonradan onlara maddi dəstək vermək üçün ciddi problemlərlə üzləşirlər. Ona görə də qanuna dəyişikliyi təqdir edirəm”. Deputat sonda onu da bildirib ki, Azərbaycanda region ölkələri arasında tələbə sayına görə sonuncu yerdədir və bu say artırılmalıdır.
 
Qanun layihəsi sonda səsə qoyularaq qəbul edilib.



Загрузка...
Həmçinin oxuyun:
Deputat ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib

Deputat ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib

Bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək

Bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək

MM “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsini qəbul edib

MM “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsini qəbul edib

Təhsil Nazirliyinin təklifi narazılığa səbəb olub

Təhsil Nazirliyinin təklifi narazılığa səbəb olub

UNİVERSİTETLƏRİN HAZIRLIĞINA QƏBUL QAYDALARI AÇIQLANDI – Müsahibə

UNİVERSİTETLƏRİN HAZIRLIĞINA QƏBUL QAYDALARI AÇIQLANDI – Müsahibə

"Təhsil Qanunu"ndakı dəyişiklik repititorluğu sıradan çıxaracaqsa yaxşıdır"-ekspert rəyi

"Təhsil Qanunu"ndakı dəyişiklik repititorluğu sıradan çıxaracaqsa yaxşıdır"-ekspert rəyi

Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır

Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

Azərbaycanda ali təhsilin «ali» problemi

Azərbaycanda ali təhsilin «ali» problemi

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Magistr və doktorantlara möhlət hüququ verildi

Magistr və doktorantlara möhlət hüququ verildi

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

"Xarici sərmayədarların təhsil müəssisəsi açması xoşagəlıməyən  nəticələrə gətirib çıxara bilər"

"Xarici sərmayədarların təhsil müəssisəsi açması xoşagəlıməyən nəticələrə gətirib çıxara bilər"

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

"“Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır! "

"“Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır! "

İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Azərbaycanda ilk

İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Azərbaycanda ilk

Tədris vasitələrinə reklam qadağası

Tədris vasitələrinə reklam qadağası

Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişdirilir

Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişdirilir

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

"Təhsil islahatları nə zaman təhsilimizin inkişafına xidmət edəcək?"

"Təhsil islahatları nə zaman təhsilimizin inkişafına xidmət edəcək?"