AzTehsil.com
RU


Xəbərlər
08 aprel 2017
2 864


"Xarici sərmayədarların təhsil müəssisəsi açması xoşagəlıməyən nəticələrə gətirib çıxara bilər"



"Xarici sərmayədarların təhsil müəssisəsi açması xoşagəlıməyən  nəticələrə gətirib çıxara bilər"

 

"Məktəbəqədər təhsil haqqında” qanun layihəsi "Təhsil haqqında” qanunla müəyyən ziddiyət təşkil edir.
Aztehsil.com gununsesi.info-ya istinadən xəbər verir ki, bunu millət vəkili Şəmsəddin Hacıyev parlamentin Elm və təhsil komitəsinin iclasında "Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
 
 Onun sözlərinə görə, adıçəkilən qanun layihəsinin müəyyən müddəalarında "Təhsil haqqında” qanundakı müddəalarla  ziddiyət təşkil edən məqamlar var:
 
"Burada xeyli məqamı dilə gətirmək olar. Mən ancaq onlardan bir haqqında- təhsil müəssisəsinin təsisçiliyi ilə bağlı məsələni  demək istəyirəm.
 "Təhsil haqqında” qanunda bu məslələr öz əksini tapıb və  indi müzakirəyə çıxarılan bu qanundakı müddəa ilə ziddiyət təşkil edir. Təsisçilik başqa bir şey, tədris tamam başqa bir şeydir. Hesab edirəm ki, əgər biz məktəbəqədər təhsil sahəsinin inkişaf etdirilməsini istəyiriksə, o zaman xarici sərmayədarları də bu prosesə cəlb edə bilərik.
Burada hər hansı problem görmürəm, çünki belə praktika mövcuddur. Ona görə ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun rəhbəri olan zaman  bir sıra xarici ölkədə məktəblər açıb. Ona görə  biz də bu praktikadan istifadə edərək, xarici sərmayədarları bu prosesə cəlb edə bilərik”.
 
Onun bu təklifi isə  bir sıra millət vəkilləri tərəfindən etirazla qarşılanıb.
 

"Xarici sərmayədarların təhsil müəssisəsi açması xoşagəlıməyən  nəticələrə gətirib çıxara bilər"

 

 Millət vəkili Asim Mollazadə bildirib ki, xarici sərmayədarların  Azərbaycanda  təhsil müəssisəsi açması başqa ideologiyaların yayılmasına və digər xoşagəlıməyən  nəticələrə gətirib çıxara bilər.
 

Ş. Hacıyev də  ona cavabında bildirib ki, xarici sərmayədar məscid  açımir ki, burada vahabizim və yaxud digər  ideoloji baxışlar  təbliğ olunsun:
 
"Asim bəy  ilk olaarq "Təhsil haqqında” qanunu oxuyun, ondan sonra deyin. Dövlətin nəzarət mexanizmi var və buna nəzarət eməlidir. Burada hər hansı təhlükəli məqam görmürəm. Elə sərmayədar var ki, heç açdığı təhsil müəssisəsini gəlir gətirmək üçün deyil, xeyriyyə məqsədi ilə açır. Biz niyə görə də bu imkandan istifadə etməyək?!
 
Digər bir məqamı da xatıraladım. Əgər istəmiriksə, o zaman  təsisçiliklə bağlı "Təhsil haqqında” qanuna öncə dəyişiklik edək və ondan sonra burada onu tətbiq edək”.
 

"Xarici sərmayədarların təhsil müəssisəsi açması xoşagəlıməyən  nəticələrə gətirib çıxara bilər"

 

 Komitə sədri İsa Həbbibləyi öz növbəsində məsələyə reaksiya verərək bildirib ki,  bu sahədə hər hansı xarici sərmayəyə və sərmayədara ehtiyac yoxdur.
"Mən də həmkarlarımın mövqeyini dəstəkləyərək hesab edirəm ki,  bu, gələcəkdə müəyyən fəsadlar yarada bilər”.
 



Загрузка...