AzTehsil.com


Xəbərlər
08 iyun 2017
5 733


"Təhsil Qanunu"ndakı dəyişiklik repititorluğu sıradan çıxaracaqsa yaxşıdır"-ekspert rəyi



"Təhsil Qanunu"ndakı dəyişiklik repititorluğu sıradan çıxaracaqsa yaxşıdır"-ekspert rəyi

 


Xəbər verdiyimiz kimi, Azərbaycanda "Təhsil haqqında” Qanuna yeni dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, yeni dəyişikliyə görə, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək. Kursların ödənişli olması nəzərdə tutulacaq. Dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq. 
Hələ MM-də müzakirəyə çıxarılmamış bu dəyişiklik artıq cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Maraqlıdır, ali məktəblərə imtahansız qəbulun ölkənin təhsil sisteminə xeyri çox olacaq, yoxsa zərəri? 

Moderator.az məsələ ilə bağlı bir neçə təhsil ekspertindən münasibət öyrənməyə çalışıb.
 

"Təhsil Qanunu"ndakı dəyişiklik repititorluğu sıradan çıxaracaqsa yaxşıdır"-ekspert rəyi

 

Professor Şahlar Əsgərov "Təhsil haqqında” Qanuna ediləcək bu dəyişikliyin effektli olacağını bildirib:  
"Rusların belə bir misalı var: "Yaddan yaxşı çıxmış hər şey təzədir”. Belə hazırlıq kursları sovet dövründə olub, 1960-cı illərdə. yaranma səbəbi də belə olubdur ki, həmin illərdə universitetlərin prestijli fakültələrinə fəhlə-kəndçi balaları düşə bilmirdi. Hüquq, tibb kimi fakültələrdə əsasən varlı təbəqənin uşaqları oxuyurdu. Ona görə həmin vaxt belə bir qanun qəbul edildi ki, fəhlə və kəndçilərin uşaqları ya kolxozdan, ya da zavoddan müsbət xasiyyətnama gətirməklə həmin fakültələrə düşə bilərlər və düşürdülər də. Bu da ona gətirib çıxarırdı ki, hüquq fakültəsində bir-iki dənə də fəhlə-kəndçi balası oxuyurdu. 
İndiki dövrdə Təhqil Qanununa belə bir dəyişiklik edilməsi də pis deyil. O mənada ki, bu dəyişiklik repititorluq sistemini sıradan çıxaracaq. Repititorluq zərərli və geridəqalmış bir təhsil üsuludur. Yüz il bundan qabaq bütün məktəblər repititor məktəbləri idi və həmin məktəblərdə sistemli şəkildə biliklər öyrədilmirdi, bir çox qüsurları mövcud idi. Güman edirəm ki, bu dəyişiklik repititorluq sisteminə qarşı atılan yüksək addım olacaq.
Ancaq bir məsələni anlaya bilmirəm ki, həmin hazırlıq kurslarına tələbələr indi hansı əsaslarla qəbul ediləcək. Təsəvvür edə bilmirəm ki, seçim necə gedəcək? Pulla olacaqsa, varlı da, kasıb da boğazəndan kəsib uşağı üçün verəcək. Pul hesabına da seçim etmək bazarı qızışdırmaq olar. O üzdən seçim məsələsi bir qədər analiz olunmalıdır, yəqin ki, qanunun müəllifləri bu barədə də fikirləşir”. 
 

"Təhsil Qanunu"ndakı dəyişiklik repititorluğu sıradan çıxaracaqsa yaxşıdır"-ekspert rəyi

 

Təhsil eksperti Elçin Əfəndi isə yeni dəyişikliyi primitiv yanaşma kimi dəyərləndirib: 

"Diqqətinizə çatdırım ki, bu haqda Milli Məclisin 13 iyun tarixinə təyin olunan plenar iclasında qanun layihəsi bir sıra millət vəkili tərəfindən irəli sürüləcək. Bu isə qanun layihəsinin qəbul olunacağı anlamına gəlmir. Qanun layihəsində nəzərdə tutulan bir il ali məktəblərin özündə və ya nəzdində abituriyent hazırlıq keçməklə artıq o universitetin tələbəsi adını qazanmış hesab olunacaq. Bu isə olduqca primitiv yanaşmadır. Əvvəla ona görə ki, ali məktəblər tələbə hazırlayır. Tələbə hazırlamağa onlarda nə zaman, nə də mövcud imkanlar var. İkinci bir tərəfdən bu əksər abituriyentdə arxayınlıq yaratmaqla təhsilin keyfiyyətinin aşağı enməsinə gətirib çıxara bilər. Üçüncüsü isə, bu rüşvət və digər neqativ hallara yol aça bilər. Ona görə də fikrimcə, qanun layihəsi qəbul olmaya bilər. Olarsa belə, bu tez bir zamanda deyil, ali məktəblərin potensial imkanlarının yaxşılaşdırmasından sonra növbəti illərdə həyata keçirilə bilər”.



Загрузка...
Həmçinin oxuyun:
Bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək

Bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək

Təhsil Nazirliyinin təklifi narazılığa səbəb olub

Təhsil Nazirliyinin təklifi narazılığa səbəb olub

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər

"Xarici sərmayədarların təhsil müəssisəsi açması xoşagəlıməyən  nəticələrə gətirib çıxara bilər"

"Xarici sərmayədarların təhsil müəssisəsi açması xoşagəlıməyən nəticələrə gətirib çıxara bilər"

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır

Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Azərbaycanda ilk

İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Azərbaycanda ilk

Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişdirilir

Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişdirilir

Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

Azərbaycanda təhsil haqlarının ödənilməsi qaydası dəyişdirilir

Azərbaycanda təhsil haqlarının ödənilməsi qaydası dəyişdirilir

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

Ali təhsil ixtisaslarında dəyişiklik edildi

Ali təhsil ixtisaslarında dəyişiklik edildi

Şagirdin taleyi bir dəfəyə üç saata həll edilə bilməz

Şagirdin taleyi bir dəfəyə üç saata həll edilə bilməz

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

"Magistr oğlanlara hərbi xidmətdən möhlət hüququ olmamalıdır"-deputatın fikri

"Magistr oğlanlara hərbi xidmətdən möhlət hüququ olmamalıdır"-deputatın fikri