Azərbaycan xalqına üzr borcunuz var. İSTEFA verin…
Son günlər ölkə mətbuatının gündəmini zəbt etmiş Təhsil Nazirliyinin 10-cu sinif rus bölməsi üçün nəşr etdiyi "Ümumi Tarix” dərsliyində Azərbaycana məxsus torpaqların "Böyük Ermənistan” kimi göstərilməsi bütün Azərbaycan xalqının, eləcə də ziyalı və xüsusilə də təhsil işçilərinin kəskin etirazına səbəb olub.
Sözügedən informasiyanın yayıldığı ilk günlərdə Təhsil Nazirliyinin rəhbər işçiləri məsələdən xəbərdar olmadıqlarını bildirsələr də, həmin dərsliklərin gizlin şəkildə toplanması faktı üzə çıxıb.
Təhsil Nazirliyi buraxılmış həmin kobud səhvi "texniki səhv” adlandırıb.
Qeyd edək ki, son illərdə çap olunan dərsliklərdə kobud nöqsanlara yol verilməsilə bağlı ayrı-ayrı təhsil mütəxəssisləri, o cümlədən millət vəkilləri mövzu ilə bağlı haqlı etirazlarını bildirsələr də, Təhsil Nazirliyi sözügedən məsələlərlə bağlı nöqsan buraxmaqda davam edir.
Bu baxımdan təhsil işçiləri və ayrı-ayrı ziyalılar sosial şəbəkə üzərindən baş verənlərə etirazlarını bildirir, Təhsil naziri Mikayıl Cabbarovun istefasını tələb edirlər.
Belə çıxışlardan biri də Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru, aztəhsil.com saytının rəhbəri Elşən Qafarov tərəfindən Təhsil naziri Mikayıl Cabbarova ünvanlanıb.
Aztəhsil.com həmin müraciəti təqdim edir.