AzTehsil.com


Xəbərlər
01 aprel 2017
3 213


“Təhsil Nazirliyi aprel döyüşləri ilə bağlı addımlar atmalıdır”



“Təhsil Nazirliyi aprel döyüşləri ilə bağlı addımlar atmalıdır”

 

Rövşən Rzayev: "Aprel döyüşləri bir sıra baxımdan mühüm dönüş nöqtəsi sayıla bilər”
 
Prezident İlham Əliyev aprel döyüşləri ilə bağlı çıxışında bu döyüşlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib və aprel döyüşlərini dərsliklərə salmağın vacibliyinə toxunub. Maraqlıdır, ölkə başçısının məlum açıqlamasından sonra Təhsil Nazirliyi bu istiqamətdə konkret addımlar atmalıdırmı? Ümumiyyətlə, aprel döyüşlərinin daha ətraflı öyrənilməsi və təbliğinə ehtiyac varmı?
 
Aztehsil.com xəbər verir ki, moderator.az-a açıqlama verən millət vəkili Rövşən Rzayev aprel döyüşlərinin dərsliklərə salınmasının zəruriliyinə toxunub:
"Təbii ki, ölkə başçısının məlum fikirlərindən sonra Təhsil Nazirliyi də məsələyə münasibətini bildirməlidir. Çünki aprel döyüşləri bir sıra baxımdan mühüm dönüş nöqtəsi sayıla bilər. Odur ki, aprel döyüşlərinin ətraflı şəkildə öyrənilməsi, onun nətiələrinin təbliği vacibdir.
 
Azərbaycan ordusunun əsgər və zabitləri aprel döyüşləri zamanı böyük qəhrəmanlıqlar göstərib. Bu qəhrəmanlıqların hər biri ayrı-ayrılıqda öyrənilməli, həmin döyüşlərin bilavasitə qəhrəmanları ilə yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanının, habelə Müdafiə Nazirliyi yetkililərinin aprel döyüşlərindəki xidməti də lazımi səviyyədə qiymətləndiirlməlidir”.



Загрузка...